Məhkəmə qərarları › İş №e-2(047)-538/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-538/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-538/2024 01.08.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim vəzifəsini müvəqqəti icra edən Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sarxan Aqil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Nərimanov” filialı ilə X4 arasında bağlanmış CL-EE000363849 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X3 illik 16.9 faizlə 24 ay müddətinə 800 manat məbləğində və EE000285335 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə illik 19.9 faizlə 60 ay müddətinə 1500 manat məbləğində elektron təsdiq vasitəsilə (OTP kod) kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsəsi Cavabdeh xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda qeyd edilən müqavilələrə əsasən xx.xx.2024-cü il tarixinə EE000285335 saylı, xx.xx.2022-ci tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 1374.63 manat, faiz borcu üzrə 9.12 manat olmaqla, cəmi 1383.75 manat borcu mövcuddur. CL-EE000363849 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin əsas borc üzrə 624.41 manat borcu, faiz borcu üzrə 6.76 manat borcu olmaqla, cəmi 631.17 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 40.15 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, mərhum X2 vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixli, EE000285335 saylı kredit müqaviləsi üzrə 1374,63 manat əsas, 9,12 manat faiz, cəmi 1383,75 manat və xx.xx.2022-ci il tarixli, CL-EE000363849 saylı kredit müqaviləsi üzrə isə 624,41 manat əsas, 6,76 manat faiz, cəmi 631,17 manat olmaqla ümumilikdə 2014,92 manat borcun və ödənilmiş 40,55 manat dövlət rüsumunun tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək mülki işə iştirakları olmadan baxılaraq iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, CL-EE000363849 saylı kredit müqaviləsindən görünür ki, X3 illik 16,09 faizlə 24 ay müddətinə 800 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 01 iyun 2022-ci il tarixli, EE000285335 saylı kredit müqaviləsindən görünür ki, X3 illik 19,9 faizlə 60 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, X2 vəfat etdiyi tarixə xx.xx.2022-ci il tarixli, CL-EE000363849 saylı kredit müqaviləsi üzrə 624,41 manat əsas, 6,76 manat faiz və 01 iyun 2022-ci il tarixli, EE000285335 saylı kredit müqaviləsi üzrə isə 1374,63 manat əsas, 9,12 manat faiz, ümumilikdə 2014,92 manat borcu yaranmışdır. İşdə materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, CL-EE000363849 saylı və 01 iyun 2022-ci il tarixli, EE000285335 saylı tam kredit müqavilələrinə əsasən cavabdehdən ümumilikdə 2014,92 manat məbləğində pul vəsaitinin 7 (yeddi) gün müddətində ödənilməsi, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə digər xərclərinin də tutulacağı cavabdehə bildirilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Şəki Regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 802 nömrəli məktubundan görünür ki, mərhum X2 adına vərəsəlik işi açılmış və onun qanun üzrə vərəsəsi Cavabdeh tanınaraq ona xx.xx.2023-cü il tarixdə 2V- 571/576 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ADY tərəfindən X3 ödənilməli olan 2347,63 manat pul vəsaiti onun vərəsəsi Cavabdeh birdəfəlik şəkildə ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Şəki filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 adına qalığı 100 manat olan hesab aşkar edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. MM-nin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. MM-nin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-nin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-nin “Nərimanov” filialı ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000363849 №-li və 01 iyun 2022-ci il tarixli, EE000285335 №-li kredit müqavilələrinə əsasən bank tərəfindən Sədrəddin İbişova 60 ay müddətinə, illik 19.9 faiz dərəcəsi ilə hesablanmaqla 1500 manat məbləğində və 24 ay müddətinə, illik 16.9 faiz dərəcəsi ilə hesablanmaqla, 800 manat məbləğində kreditlər verilmişdir. Lakin kredit müqavilələrinə əsasən borclu kreditlərin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bundan sonra Şəki Regional “Asan Xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 802 nömrəli məktubuna əsasən mərhum X2 adına vərəsəlik işi açılmış, onun qanun üzrə vərəsəsi Cavabdeh tanınaraq ona xx.xx.2023-cü il tarixdə 2V- 571/576 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və bununla da o, mərhumdan qalan miras əmlakını qəbul etmişdir. Bundan sonra qanunvericiliyin tələblərinə əsasən bank tərəfindən X2 banka olan borcu onun qanun üzrə vərəsəsi Cavabdeh tələb olunsa da cavabdeh bu günədək mərhum X2 banka olan borcunu ödəməmişdir. Ona görə də iddiaçı məcbur olub mərhum X2 qanun üzrə vərəsəsi Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən də mərhum X2 vəfat etdiyi tarixə banka iddiaçının təqdim etdiyi maliyyə arayışlarına əsasən xx.xx.2022-ci il tarixli, CL-EE000363849 saylı kredit müqaviləsi üzrə 624,41 manat əsas, 6,76 manat faiz, cəmi 631,17 manat və 01 iyun 2022-ci il tarixli, EE000285335 saylı kredit müqaviləsi üzrə isə 1374,63 manat əsas, 9,12 manat faiz, cəmi 1383,75 manat olmaqla ümumilikdə 2014,92 manat məbləğində borcu qaldığından X2 qanun üzrə vərəsəsi Cavabdeh qəbul olunmuş miras aktivinin həddini aşmamaqla xx.xx.2022-ci il tarixli, CL- EE000363849 saylı kredit müqaviləsi üzrə 624,41 manat əsas, 6,76 manat faiz, cəmi 631,17 manat və 01 iyun 2022-ci il tarixli, EE000285335 saylı kredit müqaviləsi üzrə isə 1374,63 manat əsas, 9,12 manat faiz, cəmi 1383,75 manat olmaqla ümumilikdə 2014,92 manat məbləğində borcun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasını məhkəmə qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, mərhum X2 qanun üzrə vərəsəsi Cavabdeh qəbul olunmuş miras aktivinin həddini aşmamaqla xx.xx.2022-ci il tarixli, CL-EE000363849 saylı kredit müqaviləsi üzrə 624,41 manat əsas, 6,76 manat faiz, cəmi 631,17 manat və 01 iyun 2022-ci il tarixli, EE000285335 saylı kredit müqaviləsi üzrə isə 1374,63 manat əsas, 9,12 manat faiz, cəmi 1383,75 manat olmaqla ümumilikdə 2014,92 manat məbləğində borc pul və 40,55 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. X2 qanun üzrə vərəsəsi Cavabdeh qəbul olunmuş miras aktivinin həddini aşmamaqla xx.xx.2022-ci il tarixli, CL-EE000363849 saylı kredit müqaviləsi üzrə 624,41 manat əsas, 6,76 manat faiz, cəmi 631,17 manat və 01 iyun 2022-ci il tarixli, EE000285335 saylı kredit müqaviləsi üzrə isə 1374,63 manat əsas, 9,12 manat faiz, cəmi 1383,75 manat olmaqla ümumilikdə 2014,92 (iki min on dörd manat doxsan iki qəpik) manat məbləğində borc pul və 40,55 (qırx manat əlli beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar