Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-58/2025 13.01.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı bir müddət əvvəl Cavabdeh ilə tanış olmuşdur. Cavidan əmisinin fəaliyyət götərdiyi mağazaya gəlib-getmiş və İddiaçı ilə aralarında münasibət yaranmışdır. 2024-cü ilin iyun ayında Cavabdeh İddiaçı yaxınlaşaraq banka borcu olduğunu və zaminin zaminlikdən çıxmaq istədiyini bildirmişdir. Banka borcunun 2500 (iki min beş yüz) manat olduğunu, həmçinin pulu verəcəyi təqdirdə hər ay 300 (üç yüz) manat iddiaçıya ödəyəcəyini bildirmişdir. İddiaçı da Cavabdehla razılaşmışdır. İddiaçı Sərxan adlı işçisinə onlara getməyi və evlərindən 2500 (iki min beş yüz) manat pulu gətirərək Cavabdeh verməyi tapşırmışdır. Sərxan 2500 (iki min beş yüz) manatı gətirib İddiaçı iştirakı ilə Cavabdeh təqdim etmiş və buna İddiaçı digər işçiləri də şahiddir. Növbəti ay İddiaçı tərəfindən Cavabdeh telefon vasitəsi ilə zəng olunaraq 300 (üç yüz) manat pulun ödəniş olunması tələb olunsa da Cavabdeh həmin pulu İddiaçı məxsus kolbasa sexində işləyərək iddiaçıya qaytaracağını bildirmişdir. Lakin Cavabdeh nə işə gəlmişdir nə də ki, indiyədək aldığı borcu qaytarmamışdır. Həmçinin cavadeh Şəki Şəhər- Rayon Polis Şöbəsində verdiyi izahatında da öz borcunu yəni 2500 (iki min beş yüz) manatı etiraf etmişdir. Həmin etiraf xx.xx.2024-cü il tarixli arayışda da öz əksini tapmışdır. Bundan sonra dəfələrlə cavabdehdən borcun ödənilməsi tələb edilməsinə baxmayaraq cavabdeh həmin 2500 (iki min beş) manat pulu İddiaçı ödəmədiyinə görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 49,20 manat dövlət rüsumu, iddia sənədlərinin hazırlanması və hüquqi yardım üçün vəkilə 420 manat xidmət haqq ödəmişdir. Hal-hazırda da Cavabdeh iddiaçıya borclu olduğu 2500 manatı ödəməkdən imtina edir. Odur ki, Cavabdeh 2500 manat pulun 420 manat hüquqi yardım üçün vəkilə ödənilmiş xərcin və 49,20 manat dövlət rüsumu qismində ödənilmiş pulun, cəmi 2969,20 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə olan İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçınının nümayəndəsi və eyni zamanda vəkilini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən Şəki Şəhər-Rayon Polis Şöbəsinə verilən izahatdan və xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Əhmədov X1 Mehman Sabir oğluna 2500 manat borclu qaldığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 420 manat hüquqi xidmətə görə vəkilə ödənilən xərc qismində və 49,20 manat da dövlət rüsumu kimi Laçın Rayon Məhkəməsinin hesabına pul məbləğləri ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırmaları zamanı tərəfin izahatı, iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Cavabdeh İddiaçı 2024-cü ilin iyun ayında ümumilikdə 2500 manat borc pul almış və həmin borcu hər ay 300 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı bir neçə dəfə cavabdehdən borcunun ödənilməsini tələb etdikdə cavabdeh ümumiyyətlə həmin borcu ödəməkdən imtina etmişdir. Hal-hazıra kimi də cavabdeh iddiaçıya olan 2500 manat borcunu ödəməmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Şəki Şəhər-Rayon Polis Şöbəsinə verdiyi izahatında da İddiaçı ümumilikdə 2500 manat borc pul aldığını etiraf etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun normasından və məzmunundan göründüyü kimi qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilməsini qeyd etmişdir. Xərclərin ağlabatan məbləği anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa bir iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər. Mübahisənin hüququn hansı sahəsinə aid olması, nümayəndənin (vəkilin) iş təcrübəsi, hüququn konkret sahəsindən və ya konkret institutdan olan mübahisələrin həlli ilə əlaqədar işlərin aparılmasında nümayəndənin (vəkilin) ixtisaslaşması, işlərin müxtəlif səviyyəli mürəkkəblik dərəcələri, hüquqi yardımın qısa müddət ərzində göstərilməsi, habelə hüquqi yardımın hansı bölgədə (ərazidə) göstərilməsi və sairə hallar xərclərin məbləğinə təsir göstərir. Nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləğinin müəyyən edilməsində sadalanan hallar, habelə həmin bölgədə (ərazidə) həmin kateqoriyadan olan işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, nümayəndənin, (vəkilin) iştirak etdiyi (deməli vaxt sərf etdiyi) məhkəmə hərəkətlərinin (iclaslarının) sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi, göstərilən hüquqi yardımın nəticəsi olaraq müəssisənin daha çox itkidən yaxasını qurtarması və s. aiddir. Məhkəmə hüquqi yardıma görə xərclərin ağlabatan məbləğini müəyyən edən zaman xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini, xeyrinə qətnamə çıxarılanın təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtlənmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən 420 manat ödənilmiş xərcin əvəzi cavabdehdən tutulmalı, yəni iddia tələbi həmin hissədə təmin edilməlidir. Eyni zamanda İddiaçı ödəmiş olduğu dövlət rüsumu hesabına Cavabdeh 49,20 manat məbləğində dövlət rüsumu da iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə belə hesab edir ki, mübahisənin yaranmasında təqsirli şəxs Cavabdehdur. Qeyd olunanlara əsasən də məhkəmə iddia tələbinin təmin edilərək 2500 manat məbləğində borc pulun, 420 manat məbləğində nümayəndəyə (vəkilə) çəkilən xərcin, həmçinin ödənilmiş 49,20 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçının xeyrinə tutulmasını qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2500 manat borc pul, 420 manat məbləğində hüquqi yardım üçün vəkilə ödənilən xərc və ödənilmiş 49,20 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat borc pul, 420 (dörd yüz iyirmi) manat məbləğində hüquqi yardım üçün vəkilə ödənilən xərc və ödənilmiş 49,20 (qırx doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu, cəmi 2969,20 (iki min doqquz yüz altmış doqquz manat iyirmi qəpik) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-58/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-58/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver