Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-62/2025 09.01.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi» barədə iddia ilə məhkəməyə müraciət еdərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 21:54 radələrində Bakı şəhəri, H.Əliyev prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “BMW 528” markalı, **- UL-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 idarə etdiyi “Nissan Tiida” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı və X7 idarə etdiyi “Hyundai Sonata” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir. “BMW 528” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktlarından görünür ki, “Nissan Tiida” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5725 manat və “Hyundai Sonata” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2320 manat zərər dəymişdir. xx.xx.2021-ci il tarixli ödəniş sənədlərinə əsasən, 3558.11 manat X4 və 1441.89 manat X7 iddiaçı tərəfindən bank hesablarına ödənilmişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışlardan göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yolnəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Odur ki, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 5000 manat vəsaitin və ödənilmiş 70 manat dövlət rüsumu olmaqla, cəmi 5070 manat pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Günel Ömərova məhkəməyə ərizələr göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. O, iddia tələbini qəbul etmir. Belə ki, onun idarə etdiyi «BMW 528» markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı mülkiyyətçi X11 tərəfindən ona etibarnamə verilmiş, həmin etibarnamənin müddəti hadisədən qabaq qurtarmış, bundan başqa həmin avtomobillə bağlı mülkiyyətçi X11 tərəfindən onun atası X1 adına da iki dəfə etibarnamə verilmiş, hadisə törədilən vaxtı isə həmin etibarnamənin müddəti bitməmişdir. 2021-ci ilin may ayının əvvəllərindən X8 məxsus idarə etdiyi «BMW 528» markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətçinin və atası X1 razılığı ilə təyinatı üzrə istifadə etmək üçün götürmüş, lakin xx.xx.2021-ci il tarixdə onun idarə etdiyi «BMW 528» markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, H.Əliyev prospekti ərazisində X2 idarə etdiyi “Nissan Tiida” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı və X7 idarə etdiyi “Hyundai Sonata” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq həmin nəqliyyat vasitəslərinə zərər vurmuşdur. Bununla bağlı bildirir ki, o, idarə etdiyi «BMW 528» markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobili onun mülkiyyətçisi X5, həmçinin həmin avtomobili etibarnamə əsasında idarə etmək səlahiyyəti olan atası X1 razılıqları ilə 2021-ci ilin may ayının əvvəllərində qəbul etmiş, lakin mülkiyyətçi tərəfindən onun da adına etibarnamə verilsə də həmin etibarnamənin müddəti bitmişdir. Qeyd edilənlərə əsasən də belə hesab edir ki, o, «BMW 528» markalı **-UL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini onun mülkiyyətçisinin, həmçinin həmin avtomobili etibarnamə əsasında idarə etmək səlahiyyəti olan atası X1 razılıqları ilə istifadə etmək üçün qəbul etdiyindən onun iddiaçı "xxxx" ASC qarşısında hər hansı bir sığorta ödənişi öhdəliyi də yaranmamışdır. Göstərilənlərə əsasən də onun iddiaçı "xxxx" ASC qarşısında hər hansı bir sığorta ödənişi öhdəliyi yaranmadığından iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən tərtib edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan, sığorta aktlarından, Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş arayışlardan və qüsur aktlarından görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı ASC-də icbari sığorta növü ilə sığortalanmış X5 mülkiyyətində olan və Cavabdeh idarə etdiyi «BMW 528» markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospekti ərazisində X2 idarə etdiyi “Nissan Tiida” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı və X7 idarə etdiyi “Hyundai Sonata” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq həmin nəqliyyat vasitələrinə zərər vurmuş və nəticədə dəymiş ziyanın ümumi məbləği 8045 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından görünür ki, İddiaçı ASC tərəfindən müəyyən edilmiş 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, müəyyən edilmiş 5000 manat məbləğində sığorta ödənişinin yeddi gün müddətində İddiaçı ASC-nə ödənilməsi Cavabdeh xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş BB 439165 nömrəli sürücülük vəsiqəsinin surətindən və portaldan çıxarışdan görünür ki, Cavabdeh B1, B, C1 və C kateqoriyaları üzrə avtomobilləri idarə etmək hüququ olmuşdur. İş materiallarına əlavə olunmuş etibarnamənin sürətindən görünür ki, BMW 528» markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi X11 tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək hüququ ilə Cavabdeh etibar edilmişdir. İş materiallarına əlavə olunmuş etibarnamələrin sürətindən görünür ki, BMW 528» markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi X11 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək hüququ ilə X3 etibar edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı ASC-də icbari sığorta növü ilə sığortalanmış X5 mülkiyyətində olan və Cavabdeh idarə etdiyi «BMW 528» markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospekti ərazisində X2 idarə etdiyi “Nissan Tiida” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı və X7 idarə etdiyi “Hyundai Sonata” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq həmin nəqliyyat vasitəslərinə zərər vurmuş, bundan sonra Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində cərimə olunmuş, nəticədə dəymiş ziyanın ümumi məbləği 8045 manat müəyyən edilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icbari sığorta müqaviləsinin tələblərinə əsasən həmin məbləğin 5000 manat hissəsi müvafiq qaydada zərər çəkmiş şəxslərə ödənilmişdir. Daha sonra "xxxx" ASC tərəfindən 5000 manat məbləğində dəymiş ziyan cavabdehdən tələb edilsə də qeyd edilən məbləğ Cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Lakin iş materiallarından görünür ki, "xxxx" ASC subroqasiya tələbinin faktiki əsası kimi X5 avtomobili hüquqi əsas olmadan Cavabdeh istifadəsinə verməsinə, qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində də göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirildikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Məhkəmə vurğulayır ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən avtomobili sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilə bilməz. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir. Ona görə ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibinin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır və istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Eyni qayda avtomobildən əvəzsiz istifadə edən şəxslər arasındakı münasibətlərdə də keçərlidir. Mülki Məcəllənin 732-ci maddəsinə görə, əşyanı kirayəyə verənin onu kirayəçinin istifadəsinə verməsi üçün yazılı bir etibarnamə tərtibləməsi tələb olunmur. Göründüyü kimi, əşya (o cümlədən avtomobil) sahibinin iradəsinə zidd şəkildə götürülmədikdə, belə sahiblik və istifadə mülki hüquqi baxımdan qanunsuz sayılmır, həmin şəxs əşyadan istifadə etmək hüququ olmayan hesab edilmir. Başqa hüquq münasibətlərinə aid olan tələblər (məsələn, yol hərəkəti qaydalarını tənzimləyən normalara görə tələb edilən etibarnamə) mülki hüquq münasibətləri çərçivəsində şəxsin əşyaya sahibliyinin və ya ondan istifadəsinin qanuniliyinin müəyyənləşdirilməsi üçün meyar ola bilməz. Çünki, həmin qaydanın tənzimləmə məqsədi mülki hüquq münasibətlərinə aid olmayan (məsələn, yol hərəkəti iştirakçısı olan sürücü ilə yol polisi arasındakı) münasibətləri nizama salmaqdır. Odur ki, başqa sahələrə aid tələblərin məqsədi xaricində, özü də mülki hüquq normalarının mahiyyətinə və funksiyasına uyğun gəlməyən şəkildə mülki hüquq münasibətlərinə tətbiqi yolverilməzdir. Əks yanaşma Mülki Məcəllənin mülki dövriyyənin azadlığını təmin etmək məqsədini nəzərdə tutan 1-ci maddəsinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, habelə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini təsbit edən 6-cı maddəsinə zidd olardı. Beləliklə, məhkəmə bildirir ki, Cavabdeh idarə etdiyi «BMW 528» markalı, **-UL- *** dövlət qeydiyyat nişanlı avtomobilə sahibliyi və ondan istifadəsi hüquqa zidd hesab edilməməlidir. Bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki, Cavabdeh hərəkətləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin qanuni əsası kimi əsaslandığı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin təsir dairəsinə düşmədiyindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı X2 idarə etdiyi “Nissan Tiida” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı və X7 idarə etdiyi “Hyundai Sonata” markalı, **- OC-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş ziyanla bağlı subroqasiya hüququ yaranmamışdır. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə iddia tələbinin təmin olunmamasını qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 5000 manat məbləğində subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasının rədd edilməsi qənaətinə gəlir. Ödənilmiş 70 manat dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 5000 (beş min) manat məbləğində subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu iddiaçının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-62/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-62/2025
09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver