Məhkəmə qərarları › İş №e-2(047)-687/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-687/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-687/2024 07.10.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2056.99 manat məbləğində kredit götürmüşdür. Həmçinin o, İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4057.14 manat məbləğində kredit də götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərindən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcları və faiz bоrclarından ibarət vəsaiti qaytarmamışdır. O, 007A********** saylı kredit müqaviləsi üzrə götürdüyü kredit bоrcundan 494.11 manat ödəniş etmiş və оnun iddiaçıya 1562.88 manat məbləğində kredit bоrcu qalmışdır. 007A********** saylı kredit müqaviləsi üzrə isə 384.88 manat ödəniş etmiş və оnun iddiaçıya 3672.26 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən də bildirirlər ki, cavabdeh kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 007A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 924 gün üçün hesablanmış faiz borcu 23.43 manat təşkil edir. 007A********** saylı kredit müqaviləsi üzrə isə kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 1115 gün üçün hesablanmış faiz borcu 66.84 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 007A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 924 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 0.94 manat təşkil edir. 007A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1115 gün üçün hesablanmış cəriməsi isə yoxdur. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Lakin borclu Cavabdeh3 müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2024-cü il tarixə Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə banka 1562,88 manat əsas, 23,43 manat faiz, 0,94 manat cərimə və xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə isə banka 3672,26 manat əsas, 66,84 manat faiz borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 1562,88 manat əsas, 23,43 manat faiz, 0,94 manat cərimə və xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə isə 3672,26 manat əsas, 66,84 manat faiz borcunun, iki kredit müqaviləsi üzrə ümumilikdə 5326,35 manat borcun və ödənilmiş 73,27 manat dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bundan sonra İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Davit Tsiklauri iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə göndərərək Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 1562,88 manat əsas borc, 23,43 manat faiz borcu və 0,94 manat cərimə borcu olmaqla cəmi 1587,25 manat borcun, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə isə 3672,26 manat əsas borc, 66,84 manat faiz borcu olmaqla cəmi 3739,10 manat borcun və ödənilmiş 73,27 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nicat Ələkbərov məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış kredit müqavilələrinə əsasən ona hər iki müqavilə üzrə kredit verilmişdir. Lakin o, hər iki müqavilə üzrə hər ay 50 manat ödəniş etmiş, maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə borcu yaranmışdır. O, hər iki müqavilə üzrə iddia tələbinin əsas borc hissəsini qəbul edir və maddi imkanı pis olduğuna görə həmin borc məbləğini hissə-hissə ödəməyə söz verir. Ona görə də iddia tələbinin əsas borc hissəsinin təmin olunması faiz və cərimə hissəsinin isə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iki ədəd kredit müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə aylıq 0,0833 faizlə 60 ay müddətinə 2056,99 manat, xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə isə aylıq 0,0833 faizlə 60 ay müddətinə 4057,14 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli iki ədəd zaminlik müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 və xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh1 zamin durmuşlar. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, cavabdehlərin xx.xx.2024-cü il tarixə 007A********** saylı kredit müqaviləsi üzrə 1562,88 manat əsas, 23,43 manat faiz, 0,94 manat cərimə, cəmi 1587,25 manat və xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə isə 3672,26 manat əsas, 66,84 manat faiz cəmi 3739,10 manat məbləğində borcu yaranmışdır. İşdə materiallarına əlavə olunmuş bildirişlərdən görünür ki. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə kredit müqavilələri üzrə hesablanmış və ödənilməmiş pul vəsaitlərinin ödənilməsi təklif edilmiş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə digər xərclərinin də tutulacağı cavabdehlərə bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Bundan əlavə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin, MM-nin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-nin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-nin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa, MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh3 xx.xx.2019-cu il tarixli 007A********** saylı kredit müqaviləsi üzrə aylıq 0,0833 faizlə 60 ay müddətinə 2056,99 manat, xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə isə aylıq 0,0833 faizlə 60 ay müddətinə 4057,14 manat kreditlər verilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 və xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə isə öhdəliklərin icrasının təminatı olaraq digər Cavabdeh1 zamin durmuş və bununla da borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımalarını öz üzərlərinə götürmüşlər. Lakin müqavilələrə əsasən Cavabdeh3 kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də İddiaçı QSC tərəfindən cavabdehlərə bildirişlər göndərilərək onlardan kredit müqavilələri üzrə hesablanmış və ödənilməmiş əsas borc qismində borcunu və onlara hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələb edilmiş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunaraq borcdan əlavə digər xərclərinin də tutulacağı cavabdehlərə bildirilmişdir. Bundan sonra da cavabdehlər tərəfindən bildirişdə göstərilən borc məbləğləri ödənilmədiyindən iddiaçı məcbur olub müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 1562,88 manat əsas borc, 23,43 manat faiz borcu və 0,94 manat cərimə borcu olmaqla cəmi 1587,25 manat borcun, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə isə 3672,26 manat əsas borc, 66,84 manat faiz borcu olmaqla cəmi 3739,10 manat məbləğində borcun İddiaçı QSC-nin xeyrinə tutulması tam qanuni və əsaslıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 73,27 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, yəni cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 1562,88 manat əsas borc, 23,43 manat faiz borcu və 0,94 manat cərimə borcu olmaqla, cəmi 1587,25 manat, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə isə 3672,26 manat əsas borc, 66,84 manat faiz borcu olmaqla, cəmi 3739,10 manat borc pul və 73,27 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 1562,88 manat əsas borc, 23,43 manat faiz borcu və 0,94 manat cərimə borcu olmaqla, cəmi 1587,25 (bir min beş yüz səksən yeddi manat iyirmi beş qəpik) manat, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə isə 3672,26 manat əsas borc, 66,84 manat faiz borcu olmaqla, cəmi 3739,10 (üç min yeddi yüz otuz doqquz manat on qəpik) manat borc pul və 73,27 (yetmiş üç manat iyirmi yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar