Məhkəmə qərarları › İş №e-2(047)-730/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-730/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-730/2025 29.07.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı MMQBKT-nın Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı MMQBKT Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Ağbulaq kənd üzrə icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2025-ci il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı MMQBKT-nın nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMQBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********0290 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit (restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə olan 742,25 manat qalıq məbləği, həmçinin eyni tarixli **********0301 saylı digər güzəştli kredit (restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə olan 469,25 manat qalıq məbləği illik 1 faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0290 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun 1 il güzəşt müddətində hər ay 0,64 manat, 4 il müddətində isə hər ay 15,79 manat olmaqla, həmçinin **********0301 saylı digər kredit müqaviləsi üzrə isə 1 il güzəşt müddətində hər ay 0,40 manat, 4 il müddətində isə hər ay 9,98 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Lakin kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. xx.xx.2025-ci il tarixə Cavabdeh İddiaçı MMQBKT-na xx.xx.2019-cu il tarixli **********0301 saylı müqavilə üzrə 135,76 manat əsas, həmçinin eyni tarixli **********0290 saylı digər müqavilə üzrə isə 430,29 manat məbləğində əsas borcu qalmışdır. Odur ki, Cavabdeh **********0301 saylı müqavilə üzrə 135,76 manat əsas və **********0290 saylı digər müqavilə üzrə isə 430,29 manat məbləğində əsas borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı MMQBKT-nın xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli güzəştli kredit (restrukturizasiya) müqavilələrindən görünür ki, İddiaçı MMQBKT ilə Cavabdeh arasında bağlanmış **********0290 saylı müqaviləyə əsasən cavabdehin vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə olan 742,25 manat qalıq məbləği, həmçinin eyni tarixli **********0301 saylı digər müqavilə üzrə isə bu müqavilə imzalanan tarixə olan 469,25 manat qalıq məbləği illik 1 faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı MMQBKT-na xx.xx.2019-cu il tarixli **********0301 saylı müqavilə üzrə 135,76 manat əsas borcu qalmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı MMQBKT-na eyni tarixli **********0290 saylı digər müqavilə üzrə isə 430,29 manat əsas borcu qalmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən xx.xx.2019-cu il tarixli **********0301 saylı müqavilə üzrə 135,76 manat borcunu tam həcmdə ödəməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən xx.xx.2019-cu il tarixli **********0290 saylı digər müqavilə üzrə isə 430,29 manat borcunu tam həcmdə ödəməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. . MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. MM-nin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəklində şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərimişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə də müəyyən edilir ki, İddiaçı MMQBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit (restrukturizasiya) müqavilələrinə əsasən cavabdehin **********0290 saylı müqavilə üzrə vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə olan 742,25 manat qalıq məbləği, həmçinin eyni tarixli **********0301 saylı digər müqavilə üzrə isə bu müqavilə imzalanan tarixə olan 469,25 manat qalıq məbləği illik 1 faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Lakin müqaviləyə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Ona görə də İddiaçı MMQBKT tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərdarlıqlar göndərilərək xx.xx.2019-cu il tarixli **********0301 saylı müqavilə üzrə 135,76 manat, həmçinin **********0290 saylı digər müqavilə üzrə isə 430,29 manat borcunu tam həcmdə ödəməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq cavabdehin barəsində müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan sonra da cavabdeh tərəfindən bildirişdə göstərilən borc məbləği ödənilmədiyindən iddiaçı məcbur olub müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən də tərəflər arasında mövcud olan kredit müqavilələrinə birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada xitam verildiyini, yəni həmin kredit müqavilələrinin ləğvinin müqavilələrin ləğvinin ümumi formasında həyata keçirildiyini, lakin iddiaçı tərəfindən cavabdehə ünvanlanan bildirişlərdə göstərilən borc məbləği ilə iddia ərizəsində qeyd edilən borc məbləğinin eyniyyət təşkil etdiyini nəzərə alaraq məhkəmə belə hesab edir ki, Cavabdeh İddiaçı MMQBKT-nin xeyrinə xx.xx.2025-ci il tarixə yaranmış xx.xx.2019-cu il tarixli **********0301 saylı müqavilə üzrə 135,76 manat əsas, həmçinin eyni tarixli **********0290 saylı digər müqavilə üzrə isə 430,29 manat məbləğində əsas borc pulun tutulması tam qanuni və əsaslıdır. Həmçinin, iddia tələbi təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli **********0301 saylı müqavilə üzrə 135,76 manat, həmçinin eyni tarixli **********0290 saylı digər müqavilə üzrə isə 430,29 manat olmaqla, ümumilikdə 566,05 manat məbləğində əsas borc pul və ödənilmiş 30 manat dövlət rüsumu tutulub İddiaçı MMQBKT-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli **********0301 saylı müqavilə üzrə 135,76 manat, həmçinin eyni tarixli **********0290 saylı digər müqavilə üzrə isə 430,29 manat olmaqla, ümumilikdə 566,05 (beş yüz altmış altı manat beş qəpik) manat məbləğində əsas borc pul, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MMQBKT-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar