Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-796/2023 13.11.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, GTKR5148260A299 saylı elektron qaydada bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 21 faiz dərəcəsi ilə 48 ay müddətinə 9750 manat, xx.xx.2022-ci il tarixli, BBLK5379632A299 saylı elektron qaydada bağlanmış digər bir kredit müqaviləsinə əsasən isə illik 25 faizlə 60 ay müddətinə 900 manat məbləğində kreditlər verilmişdir. Lakin borclu Cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5148260A299 saylı kredit müqaviləsi üzrə banka 8324,67 manat əsas, 1002 manat faiz və xx.xx.2022-ci il tarixli, BBLK5379632A299 saylı kredit müqaviləsi üzrə isə banka 873,41 manat əsas, 159,81 faiz borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5148260A299 saylı kredit müqaviləsi üzrə 8324,67 manat əsas, 1002 manat faiz və xx.xx.2022-ci il tarixli, BBLK5379632A299 saylı kredit müqaviləsi üzrə 873,41 manat əsas, 159,81 faiz borcunun ümumilikdə 10359,89 manat borcun və ödənilmiş 121,08 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr göndərərək bütün məhkəmə baxışı iclaslarının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixli elektron qaydada bağlanmış kredit müqaviləsinə əsasən ona 9750 manat, xx.xx.2022-ci il tarixli elektron qaydada bağlanmış digər bir kredit müqaviləsinə əsasən isə 900 manat məbləğində kredit verilmişdir. Maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da banka borcu yaranmışdır. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, GTKR5148260A299 saylı elektron qaydada bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 21 faiz dərəcəsi ilə 48 ay müddətinə 9750 manat məbləğində kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BBLK5379632A299 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 25 faizlə 60 ay müddətinə 900 manat məbləğində kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, GTKR5148260A299 saylı kredit müqaviləsi üzrə 8324,67 manat əsas, 1002 manat faiz və xx.xx.2022-ci il tarixli, BBLK5379632A299 saylı kredit müqaviləsi üzrə 873,41 manat əsas, 159,81 faiz, ümumilikdə 10359,89 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, cavabdehə borcunu ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, Kapital Bank» ASC tərəfindən xx.xx.2022-ci il tarixli, GTKR5148260A299 saylı elektron qaydada bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh illik 21 faiz dərəcəsi ilə 48 ay müddətinə 9750 manat, xx.xx.2022-ci il tarixli, BBLK5379632A299 saylı elektron qaydada bağlanmış digər bir kredit müqaviləsinə əsasən isə illik 25 faizlə 60 ay müddətinə 900 manat məbləğində kreditlər verilmişdir. Lakin kredit müqavilələrinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Cavabdehin banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, GTKR5148260A299 saylı kredit müqaviləsi üzrə 8324,67 manat əsas, 1002 manat faiz və xx.xx.2022-ci il tarixli, BBLK5379632A299 saylı kredit xətti müqaviləsi üzrə 873,41 manat əsas 159,81 faiz, ümumilikdə 10359,89 manat borcu qalmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 121,08 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5148260A299 saylı kredit müqaviləsi üzrə 8324,67 manat əsas, 1002 manat faiz və xx.xx.2022-ci il tarixli, BBLK5379632A299 saylı kredit müqaviləsi üzrə 873,41 manat əsas, 159,81 faiz, ümumilikdə 10359,89 manat məbləğində borc pul və 121,08 (bir yüz iyirmi bir manat səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh GTKR5148260A299 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8324,67 manat əsas, 1002 manat faiz və xx.xx.2022-ci il tarixli, BBLK5379632A299 saylı kredit müqaviləsi üzrə isə 873,41 manat əsas, 159,81 faiz, ümumilikdə 10359,89 (on min üç yüz əlli doqquz manat səksən doqquz qəpik) manat məbləğində borc pul və 121,08 (bir yüz iyirmi bir manat səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-796/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-796/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver