Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-835/2023 02.11.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Cavabdeh və Laçın RİHB-nın Fərraş kənd icra nümayəndəliyinə (Cavabdeh çatdırılması üçün) xx.xx.2023-cü il tarixli kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında və eyni zamanda mülki prosessual hüquq və vəzifələrin izahı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh tərəfindən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraz, ona əlavə olunmuş sənədlər, öz dəlillərini və onları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan həmin işin həllinə dair müvafiq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 20 faizlə 18 ay müddətinə 2000 manat, xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı tam kart çərçivə müqaviləsinə əsasən illik 24 faizlə 36 ay müddətinə 300 manat kredit verilmişdir. Lakin borclu Cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdehnın xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı tam kart çərçivə müqaviləsi üzrə banka 269,17 manat əsas, 38,57 manat faiz və xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı kredit müqaviləsi üzrə isə banka 1446,74 manat əsas, 79,83 manat faiz borcu yaranmışdır. Xəbərdarlıq da edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı tam kart çərçivə müqaviləsi üzrə 269,17 manat əsas, 38,57 manat faiz, cəmi 307,40 manat və xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı kredit müqaviləsi üzrə 1446,74 manat əsas, 79,83 manat faiz, cəmi 1526,57 manat borcun və ödənilmiş 38,36 manat dövlət rüsumunun tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 20 faizlə 18 ay müddətinə 2000 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, Cavabdeh illik 24 faizlə 36 ay müddətinə 300 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı tam kart çərçivə müqaviləsi üzrə 269,17 manat əsas, 38,57 manat faiz, cəmi 307,40 manat və xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı kredit müqaviləsi üzrə 1446,74 manat əsas, 79,83 manat faiz, cəmi 1526,57 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, cavabdehə borcunu ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Beynəlxalq Bankı» ASC tərəfindən xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 20 faizlə 18 ay müddətinə 2000 manat, xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı tam kart çərçivə müqaviləsinə əsasən illik 24 faizlə 36 ay müddətinə 300 manat kredit verilmişdir. Lakin kredit müqavilələrinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Cavabdehin banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixinə xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı tam kart çərçivə müqaviləsi üzrə 269,17 manat əsas, 38,57 manat faiz, cəmi 307,74 manat və xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı kredit xətti müqaviləsi üzrə 1446,74 manat əsas, 79,83 manat faiz, cəmi 1526,57 manat məbləğində borcu qalmışdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırıması üçün iddiaçının ödədiyi 38,36 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı kredit müqaviləsi üzrə 269,17 manat əsas, 38,57 manat faiz, cəmi 307,74 manat və xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı kredit müqaviləsi üzrə 1446,74 manat əsas, 79,83 manat faiz, cəmi 1526,57 manat məbləğində borc və 38,36 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı tam kart müqaviləsi üzrə 269,17 manat əsas, 38,57 manat faiz, cəmi 307,74 (üç yüz yeddi manat yetmiş dörd qəpik) manat və xx.xx.2022-ci il tarixli, BPM**********54 saylı kredit müqaviləsi üzrə 1446,74 manat əsas, 79,83 manat faiz, cəmi 1526,57 (bir min beş yüz iyirmi altı manat əlli yeddi qəpik) manat məbləğində borc pul və 38,36 (otuz səkkiz manat otuz altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-835/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-835/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver