Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-91/2024 18.03.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********90 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 7000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra Bakı şəhər 9 saylı Notariat ofisində xx.xx.2022-ci il tarixli vərəsəlik işi açılmış və qanun üzrə vərəsə olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın “Sabunçu” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən X4 vəfat etdiyi tarixə banka ödənilməmiş 3549,95 manat əsas,19,67 manat fazi borcu olmaqla, cəmi 3569,62 manat kredit borcu qalmışdır. Cavabdeh mərhum X5 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3549,95 manat əsas, 19,67 manat fazi borcu olmaqla, cəmi 3569,62 manat məbləğində kredit borcunun və ödənilmiş 56,10 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək mülki işə iştirakları olmadan baxılaraq iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X6 17 faizlə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Bakı şəhər 9 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 192 nömrəli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X1 adına vərəsəlik işi açılmış və onun qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan “Hyundai Elantra” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili miras əmlakı kimi qəbul etmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdehin müqaviləyə əsasən əsas borc üzrə 3549,95 manat və faiz borcu üzrə isə 19,67 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, cavabdehə borcunu ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbinə etirazının məzmunundan görünür ki, X3 miras qalmış “Hyundai Elantra” markalı **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə ödənişləri Cavabdeh ödədiyindən o, atası Qənimət Əsədovun adına olan kredit borcu üzrə heç bir məsuliyyət daşımır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 hüquq və öhdəliklərinin ötürülməsi haqqında 1901/0576 saylı daxili lizinq müqaviləsinə əlavə xx.xx.2019-cu il tarixli sazişə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan **-PX-*** dövlət qeydiyyat nişanlı HYUNDAİ markalı ELANTRA modelli minik avtomobili sonuncunun istifadəsinə verilmişdir. Sözügedən saziş üzrə xx.xx.2021-ci il tarixədək 13267 manat lizinq ödənişləri ödənilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. МM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. MM-nin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. MM-nin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-nin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Beynəlxalq Bankı» ASC tərəfindən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən X6 17 faizlə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Bakı şəhər 9 saylı Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 adına vərəsəlik işi açılmış, onun qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan miras qalan “Hyundai Elantra” markalı **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobili miras əmlakı kimi qəbul etmiş və "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən isə mərhum X7 xx.xx.2021-ci il tarixdə vəfat edənədək onun tərəfindən 13267 manat məbləğində lizinq ödənişləri ödənilmişdir. Ona görə də bank tərəfindən X4 banka olan borcu onun qanun üzrə vərəsəsi Cavabdeh tələb olunsa da cavabdeh bu günədək atası X4 banka olan borcunu ödəməmişdir. Göstərilənlərə əsasən də xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdehin banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən əsas borc üzrə 3549,95 manat və faiz borcu üzrə isə 19,67 manat məbləğində borcu qalmışdır. Bundan başqa məhkəmə araşdırmaları zamanı bankın tələb etdiyi borc məbləğinin həcminin miras qoyanın, yəni X4 ölümündən sonra cavabdehə çatası miras payının həcmindən artıq olmadığı da müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən də məhkəmə X4 qanun üzrə vərəsəsi Cavabdeh əsas borc üzrə 3549,95 manat, faiz borcu üzrə 19,67 manat, cəmi 3569,62 manat məbləğində borc pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktlarını və işin müəyyən edilmiş hallarını əsas götürən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, X1 qanun üzrə vərəsəsi Cavabdeh əsas borc üzrə 3549,95 manat, faiz borcu üzrə 19,67 manat, cəmi 3569,62 (üç min beş yüz altmış doqquz manat altmış iki qəpik) manat məbləğində borc pul və 56,10 (əlli altı manat on qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. X4 qanun üzrə vərəsəsi Cavabdeh əsas borc üzrə 3549,95 manat, faiz borcu üzrə 19,67 manat, cəmi 3569,62 (üç min beş yüz altmış doqquz manat altmış iki qəpik) manat məbləğində borc pul və 56,10 (əlli altı manat on qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-91/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-91/2024
18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver