Məhkəmə qərarları › İş №e-2(047)-939/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-939/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-939/2023 13.12.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023cü il tarixli, 335263-CNS-43883 saylı borcun restrukturizasiyasına dair müqaviləyə əsasən Cavabdeh illik 11 faiz dərəcəsi ilə 59 ay müddətinə 6501,40 manat, xx.xx.2023-cü il tarixli, 335263-CNS-43882 saylı borcun restrukturizasiyasına dair digər bir müqaviləyə əsasən isə illik 11 faizlə 59 ay müddətinə 5618,99 manat kredit verilmişdir. Lakin borclu Cavabdeh müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh xx.xx.2023-cü il tarixli, 335263-CNS-43883 saylı kredit müqaviləsi üzrə banka 6501,40 manat əsas, 197,75 manat faiz, 37,15 manat cərimə və xx.xx.2023-cü il tarixli, 335263-CNS-43882 saylı kredit müqaviləsi üzrə isə banka 5618,99 manat əsas, 167,70 faiz, 30,25 manat cərimə borcu vardır. Xəbərdarlıq da edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 335263- CNS-43882 saylı borcun restrukturizasiyasına dair müqavilə üzrə 5618,99 manat əsas, 167,70 faiz, 30,25 manat cərimə və xx.xx.2023-cü il tarixli, 335263-CNS-43883 saylı borcun restrukturizasiyasına dair müqavilə üzrə isə 6501,40 manat əsas, 197,75 manat faiz, 37,15 manat cərimə borcunun ümumilikdə 12553,24 manat borcun və ödənilmiş 127,66 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, bankla onun arasında bağlanmış kredit müqavilələrinə əsasən ona bankdan hər iki müqavilə üzrə ümumilikdə 12120,39 manat kredit verilmişdir. Maddi imkanı pisləşdiyinə görə cədvəl üzrə aylıq ödənişləri vaxtında apara bilməmiş və bununla da banka borcu yaranmışdır. O, hər iki müqavilə üzrə iddia tələbini qəbul edir. Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 335263-CNS-43883 saylı borcun restrukturizasiyasına dair müqavilədən görünür ki, Cavabdeh illik 11 faizlə 59 ay müddətinə 6501,40 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 335263-CNS-43882 saylı borcun restrukturizasiyasına dair müqavilədən görünür ki, Cavabdeh illik 11 faizlə 59 ay müddətinə 5618,99 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2023cü il tarixə xx.xx.2023-cü il tarixli, 335263-CNS-43883 saylı kredit müqaviləsi üzrə 6501,40 manat əsas, 197,75 manat faiz, 37,15 manat cərimə və xx.xx.2023-cü il tarixli, 335263- CNS-43882 saylı kredit müqaviləsi üzrə 5618,99 manat əsas, 167,70 faiz, 30,25 manat cərimə ümumilikdə 12553,24 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, cavabdehə borcunu ödəməsi üçün xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, Bank VTB (Azərbaycan)» ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 335263-CNS-43883 saylı borcun restrukturizasiyasına dair müqaviləyə əsasən Cavabdeh illik 11 faizlə 59 ay müddətinə 6501,04 manat, xx.xx.2023-cü il tarixli, 335263-CNS-43882 saylı borcun restrukturizasiyasına dair digər bir müqaviləyə əsasən isə illik 11 faizlə 59 ay müddətinə 5618,99 manat kredit verilmişdir. Lakin kredit müqavilələrinə əsasən borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilələr üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilələrin şərtlərini pozmuşdur. Cavabdehin banka iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə xx.xx.2023-cü il tarixli, 335263-CNS-43883 saylı borcun restrukturizasiyasına dair müqaviləyə əsasən 6501,40 manat əsas, 197,75 manat faiz, 37,15 manat cərimə və xx.xx.2023-cü il tarixli, 335263-CNS-43882 saylı borcun restrukturizasiyasına dair müqaviləsi üzrə isə 5618,99 manat əsas 167,70 faiz, 30,25 manat cərimə, ümumilikdə 12553,24 manat borcu qalmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra mətndə MPM) 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 127,66 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən də məhkəmə sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 335263- CNS-43882 saylı borcun restrukturizasiyasına dair müqaviləyə əsasən 5618,99 manat əsas, 167,70 faiz, 30,25 manat cərimə və 335263-CNS-43883 saylı, xx.xx.2023-cü il tarixli borcun restrukturizasiyasına dair müqaviləyə əsasən isə 6501,40 manat əsas, 197,75 manat faiz, 37,15 manat cərimə, ümumilikdə 12553,24 manat məbləğində borc pul və 127,66 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-nın xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 335263-CNS-43882 saylı borcun restrukturizasiyasına dair müqaviləyə əsasən 5618,99 manat əsas, 167,70 faiz, 30,25 manat cərimə və 335263- CNS-43883 saylı, xx.xx.2023-cü il tarixli borcun restrukturizasiyasına dair müqaviləyə əsasən isə 6501,40 manat əsas, 197,75 manat faiz, 37,15 manat cərimə, ümumilikdə 12553,24 (on iki min beş yüz əlli üç manat iyirmi dörd qəpik) manat məbləğində borc pul və 127,66 (bir yüz iyirmi yeddi manat altmış altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar