Məhkəmə qərarları › İş №e-2(047)-944/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №e-2(047)-944/2025

21.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № e-2(047)-944/2025 21.08.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Mən, Laçın Rayon Məhkəməsinin hakimi vəzifəsin müvəqqəti icra edən X2, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 1 X5 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 1 X5 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, elektron məhkəmə sistemindən edilmiş çıxarışdan görünür ki, iş üzrə Cavabdeh Lerik rayon Əliabad kəndində qeydiyyatdadır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmçinin, həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən və iş materiallarından da göründüyü kimi hazırki mülki iş üzrə Cavabdeh Lerik rayon Əliabad kəndində qeydiyyatdadır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 1 X5 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya ərazi aidiyyətı üzrə müvafiq məhkəməyə müraciət etməsi hüququnun olduğu izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1, 152.1.3, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidmətinin 1 X5 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar