Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № e-2(047)-971/2023 24.10.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Mən, Laçın Rayon Məhkəməsinin hakimi İbrahimov Cavad Cavanşir oğlu, İddiaçı QSC-nin cavabdeh X2 qarşı borc tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d im: İddiaçı QSC cavabdeh X1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, iş üzrə cavabdeh X3 Bakı şəhəri, Nərimanov rayonu Ə.Əliyev küçəsi ev 52A mənzil 61-də qeydiyyatdadır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmçinin, həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən və iş materiallarından da göründüyü kimi hazırki mülki iş üzrə cavabdeh X3 Bakı şəhəri, Nərimanov rayonu Ə.Əliyev küçəsi ev 52A mənzil 61-də qeydiyyatdadır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, İddiaçı QSC-nin cavabdeh X1 qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya ərazi aidiyyətı üzrə müvafiq məhkəməyə müraciət etməsi hüququnun olduğu izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1, 152.1.3, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : İddiaçı QSC-nin cavabdeh X2 qarşı borc tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılsın və iddiaçıya ərazi aidiyyətı üzrə müvafiq məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-971/2023
Laçın Rayon Məhkəməsi Qərardad — İş №e-2(047)-971/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver