Məhkəmə qərarları › İş №e-2(048)-1031/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-1031/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-1031/2024 12.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlu, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 1300,07 (bir min üç yüz manat yeddi qəpik) manat əsas, 20,31 (iyirmi manat otuz bir qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 10,98 (on manat doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla,ümumilikdə 1331,36 (bir min üç yüz otuz bir manat otuz altı qəpik) manat borcun və iş üzrə ödənilmiş 33,32 (otuz üç manat otuz iki qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Əzimov Habil Novruzəli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0567/RES nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə 1.865 (bir min səkkiz yüz altmış beş) manat məbləğində kredit verilmişdir. Cavabdeh Əzimov Habil Novruzəli oğluna kredit verilərkən Cavabdeh ilə Bank arasında xx.xx.2019-cu il tarixli 08/0567/RES nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddia ərizəsinə əlavə etdiyimiz Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 087419 nömrəli “X1”dən görünür ki, kredit alan Əzimov Habil Novruzəli oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bundan əlavə Ədliyyə Nazirliyinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, kredit alan Əzimov Habil Novruzəli oğlunun adına vərəsəlik işi açılmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Mülki Məcəlləsinin472-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli Plenum Qərarına əsasənhazırda kredit borcunu yalnız zamin Cavabdeh tələb edirik. Kredit müqaviləsinin 5.1.3-cü bəndinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində kreditin təminatının mövcudluğunu və vəziyyətini, o cümlədən zaminlərin əmlak və maliyyə vəziyyətini istənilən vaxt yoxlamaq. “Borcalan” tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi və ya çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin 5.1.4-cü bəndinə əsasən “Borcalan” öz öhdəliklərini bu müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazmınca icra etmədikdə qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət etmək və bunun üçün zəruri tədbirlər görmək barədə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12- 5/2-Ə-21-1416/2024 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Əzimov Habil Novruzəli oğlunun kredit üzrə cəmi borcu 1.331,36 (bir min üç yüz otuz bir manat 36 qəpik) AZN təşkil edir. Bundan 1.300,07 (bir min üç yüz manat 07qəpik) AZN əsas, 20,31 (iyirmi manat 31 qəpik) faiz vəAR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 10,98 (on manat 98 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan iddiaçı ləğv prosesində olan "xxxx" ASC ilə cavabdeh Əzimov Habil Novruzəli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0567/RES nömrəli kredit müqaviləsinə əsasən X2 Novruzəli oğluna 60 (altmış) ay müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə 1865 (bir min səkkiz yüz altmış beş) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh xx.xx.2019-cu il tarixli 08/0567/RES nömrəli kredit müqaviləsi üzrə zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İş materiallarında olan iddiaçı ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Əzimov Habil Novruzəli oğlunun xx.xx.2019-cu il tarixli, 08/0567/RES nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1300,07 (bir min üç yüz manat yeddi qəpik) manat əsas, 20,31 (iyirmi manat otuz bir qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 10,98 (on manat doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla,ümumilikdə 1331,36 (bir min üç yüz otuz bir manat otuz altı qəpik) manat borcu vardır. İş materiallarında olan Lerik rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 087419 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əzimov Habil Novruzəli oğlu xx.xx.2020-ci il tarixdə Lerik rayon Bürsülüm kəndində vəfat etmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)- 131/2020 saylı, 14 may 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilərək, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondunun banka ləğvedici təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatdan görünür ki, Əzimov Habil Novruzəli oğlu öldükdən sonra vərəsəlik işi aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, X2 Novruzəli oğlu İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyətcavabdehlik daşımışdır. Eyni zamanda digər Cavabdeh da zaminlik müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirməmişdirlər. X2 Novruzəli oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, vəfatından sonra adına vərəsəlik işi açılmamışdır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh 1300,07 (bir min üç yüz manat yeddi qəpik) manat əsas, 20,31 (iyirmi manat otuz bir qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 10,98 (on manat doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla,ümumilikdə 1331,36 (bir min üç yüz otuz bir manat otuz altı qəpik) manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2019-cu il tarixli 08/0567/RES nömrəli kredit müqaviləsinə əsasən 1300,07 (bir min üç yüz manat yeddi qəpik) manat məbləğində əsas borc, 20,31 (iyirmi manat otuz bir qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 10,98 (on manat doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla,ümumilikdə 1331,36 (bir min üç yüz otuz bir manat otuz altı qəpik) manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 33,32 (otuz üç manat otuz iki qəpik) manat dövlət rüsumu Cavabdeh tutalaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1300,07 (bir min üç yüz manat yeddi qəpik) manat məbləğində əsas borc, 20,31 (iyirmi manat otuz bir qəpik) manat faiz, gecikdirilmiş vaxt üçün 10,98 (on manat doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla,ümumilikdə 1331,36 (bir min üç yüz otuz bir manat otuz altı qəpik) manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 33,32 (otuz üç manat otuz iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xəlilov Rövşən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar