Məhkəmə qərarları › İş №e-2(048)-1072/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-1072/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-1072/2024 27.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 897,48 (səkkiz yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat əsas borc, 84,59 (səksən dörd manat əlli doqquz qəpik) manat faiz borcu və 48,4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 1030,47 (min otuz manat qırx yeddi qəpik) manat borcun və iddia ərizəsinə görə ödənilmiş 30,3 (otuz manat otuz qəpik) manat dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 336142-1-29420 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” bağlanılmış və illik 25,9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 1338 (min üç yüz otuz səkkiz) manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 897,48 (səkkiz yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat əsas borc, 84,59 (səksən dörd manat əlli doqquz qəpik) manat faiz borcu və 48,4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 1030,47 (min otuz manat qırx yeddi qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit “kredit alan” tərəfindən icra edildikdən sonra “Bank” tərəfindən “kredit alan”ın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Kredit uçotu “Kredit alan”ın müvafiq ssuda hesablnda aparılır (2.12- ci bənd). “Kredit alan” Müqaviə üzrə ayrılmış kredit vəsaitlərinin “Cari hesabı”ndan “Kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir (3.8-ci bənd). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 336142-1-29420 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”ndən görünür ki, “kredit alan”ın “Bank”a xx.xx.2024-cü il tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2021-ci il tarixli, 336142-1-29420 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 25,9 faiz hesablanması şərti ilə 60 ay müddətinə 1338 (min üç yüz otuz səkkiz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X1 xx.xx.2021-ci il tarixli, 336142-1-29420 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 897,48 (səkkiz yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat əsas borc, 84,59 (səksən dörd manat əlli doqquz qəpik) manat faiz borcu və 48,4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 1030,47 (min otuz manat qırx yeddi qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdeh X2 ünvanlanmış xx.xx.2024cü il tarixli bildirişdən görünür ki, Bank cavabdehdən 897,48 (səkkiz yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat əsas borc, 84,59 (səksən dörd manat əlli doqquz qəpik) manat faiz borcu və 48,4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 1030,47 (min otuz manat qırx yeddi qəpik) manat vəsaiti 3 iş günü müddətində Banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 336142-1-29420 saylı kredit müqaviləsi şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" ASC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda iddiaçı "xxxx" ASC-nin məhkəmə qaydasında Cavabdeh 897,48 (səkkiz yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat əsas borc və 84,59 (səksən dörd manat əlli doqquz qəpik) manat faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “48,4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 336142-1-29420 saylı müqaviləsindən irəli gələn 897,48 (səkkiz yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış “48,4 (qırx səkkiz manat qırx qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 15 (on beş) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeharasında bağlanmış xx.xx.2021-ci il tarixli, 336142-1-29420 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 897,48 (səkkiz yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat əsas borc, 84,59 (səksən dörd manat əlli doqquz qəpik) faiz borcu və 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 997,07 (doqquz yüz doxsan yeddi manat yeddi qəpik) manat borc və ödənilmiş 30,3 (otuz manat otuz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 336142-1-29420 saylı kredit müqaviləsinə əsasən 897,48 (səkkiz yüz doxsan yeddi manat qırx səkkiz qəpik) manat əsas borc, 84,59 (səksən dörd manat əlli doqquz qəpik) faiz borcu və 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 997,07 (doqquz yüz doxsan yeddi manat yeddi qəpik) manat borc və ödənilmiş 30,3 (otuz manat otuz qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar