Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-1131/2025 29.01.2026 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, İddiaçı, X4 İstismarı İdarəsinə dəymiş 854,90 (səkkiz yüz əlli dörd manat doxsan qəpik manat maddi ziyanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cəmi 884,90 (səkkiz yüz səksən dörd manat doxsan qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Lənkəran RQİİ-nin Azərbaycan Beynəlxalq Bank ASC Lənkəran filialı Kod:509556 VÖEN **********, MH AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ38İBAZ******************** saylı hesabına ödənilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində Cavabdeh Lerik rayonu, Kəlvəz kəndində idarə etdiyi “FORD TRANSİT” markalı, 99-UG- 838 dövlət qeydiyyat nömrə nişanlı yük maşını ilə törətdiyi avtoqəza nəticəsində İddiaçı İB-nin X4 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin balansında və istismarında olan orta təzyiqli d=50 mm-lik siyirtmə yararsız hala düşmüş, qaz borusu mexaniki zərbəyə məruz qalaraq yararsız vəziyyətə salınmış, təbii qaz havaya axmışdır. Qəza nəticəsində yaranmış təbii qaz itkisi və kəmərə dəymiş zərər aidiyyatı komissiya tərfindən müvafiq təlimata uyğun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində İddiaçı İB-nin Lənkəran RQİİ-yə 854,90 (səkkiz yüz əlli dörd manat 90 qəpik) manat zərər dəymişdir.Lerik rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılmış, maddi ziyanın tələb edilməsilə bağlı aidiyyəti məhkəməyə müraciət olunması təklif olunmuşdur. Cavabdeh İddiaçı İB-yə dəymiş maddi zərəri ödəmədiyindən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı, X4 İstismarı İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş cədvəldən görünür ki, Lerik rayonu, Kəlvəz kəndində, Cavabdeh idarə etdiyi “Ford Transit” markalı, 99-UG- 838 dövlət qeydiyyat nömrə nişanlı yük maşını ilə törətdiyi qəza zamanı PE90/89 keçidinin zədələnməsi nəticəsində İddiaçınə 854.90 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan 25 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, , İddiaçı, X4 İstismarı İdarəsi tərəfindən Lerik Rayon Polis Şöbəsinə müracət olunaraq X4 İstismarı İdarəsinin Lerik Xidmət Sahəsinin ərazisi olan Lerik rayonu Kəlvəz kəndində 10 sentyabr 2025-ci il tarixdə saat 17:20 radələrində Cavabdeh idarə etdiyi "FORD TRANSİT' markalı **-UG-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi qəza nəticəsində PE90/89 mm-lik keçid, D=50 mm-lik siyirtmə yararsız vəziyyətə düşmüş, təbii qaz havaya axmış və qəza nəticəsində yaranmış təbii qaz itkisi və kəmərə dəymiş zərər aidiyyəti komissiya tərəfindən müvafiq təlimata uyğun hesablanmış, müəyyən edilmişdir ki, qəza nəticəsndə “Azərıqaz" İB-nin Lənkəran RQll-nə 854.90 (səkkiz yüz əlli dörd manat 90 qəpik) manat zərər dəymiş, dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Lerik RPŞ-nin TQ-nun, polis kapitanı X1 tərəfindən qəbul olunmuş 13 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın sürətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan qaz kəmərinin zədələnməsi zamanı qazitkisinin hesablanmasına dair cədcəldən görünür ki, Lerik rayonu, Kəlvəz kəndində PE-90/D89 mm-lik keçidin zədələnməsi nəticəsində 3065.8 m3 qaz itkisi olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci madəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətdiyinə görə dəymiş maddi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, Cavabdeh Lerik rayonu, Kəlvəz kəndində idarə etdiyi “Ford Transit” markalı, 99-UG- 838 dövlət qeydiyyat nömrə nişanlı yük maşını ilə törətdiyi avtoqəza nəticəsində İddiaçı İB-nin X4 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin balansında və istismarında olan orta təzyiqli d=50 mm-lik siyirtmə yararsız hala düşmüş, qaz borusu mexaniki zərbəyə məruz qalaraq yararsız vəziyyətə salınmış, təbii qaz havaya axmışdır.İş materiallarında olan Lerik RPŞ-nin qərarındanda görünür ki, cavabdeh izahatında törətdiyi əməli etiraf etmişdir.Bununlada İddiaçı İB-yə maddi ziyan vurması, Cavabdeh Lerik RPŞnin qərarında qeyd olunmuş izahatı və işin digər materialları ilə tam sübuta yetirildi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən, İddiaçı İB- yə dəymiş maddi ziyana görə hesablanmış 854.90 manat məbləğində zərərin cavabdehdən tutularaq İddiaçı İB-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 854.90 (səkkiz yüz əlli dörd manat doxsan qəpik) manat məbləğində zərərin əvəzi tutularaq İddiaçı hesabına ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №e-2(048)-1131/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-1131/2025
29.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver