Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № e-2(048)-1203/2024 29.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı1 – cavabdeh Orand kənd orta Məktəbinə qarşı “2021-2022-ci, 2022-2023-cü və 2023-2024 cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 03 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək övladının kefiyətli təhsil alma hüququnu pozduğu üçün bu qanun pozuntusunun inzibati və ya mülki məhkəmədə baxılması haqqında qərardad çıxarılması” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı1 – cavabdeh Orand kənd orta Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2021-2022-ci, 2022-2023-cü və 2023-2024 cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 03 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək övladının kefiyətli təhsil alma hüququnu pozduğu üçün bu qanun pozuntusunun inzibati və ya mülki məhkəmədə baxılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə müvafiq olaraq, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki iddia ərizəsində cavabdeh kimi Orand kənd orta Məktəbi qeyd edilsə də, iddia cavabdehə qarşı yönəlməmiş, iddia ərizəsinin “xahiş edirəm” hissəsində “2021-2022-ci, 2022-2023-cü və 2023-2024 cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 03 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək övladının kefiyətli təhsil alma hüququnu pozduğu üçün bu qanun pozuntusunun inzibati və ya mülki məhkəmədə baxılması haqqında qərardad çıxarılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü madəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı1 – cavabdeh Orand kənd orta Məktəbinə qarşı “2021-2022-ci, 2022-2023-cü və 2023-2024 cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 03 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək övladının kefiyətli təhsil alma hüququnu pozduğu üçün bu qanun pozuntusunun inzibati və ya mülki məhkəmədə baxılması haqqında qərardad çıxarılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-1203/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №e-2(048)-1203/2024
29.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver