Məhkəmə qərarları › İş №e-2(048)-137/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-137/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-137/2025 17.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, 316079-CNS-43869 saylı “Borcun restrukturizasina dair müqaviləsi”nə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11044,2 (on bir min qırx dörd manat iyirmi qəpik) manat əsas borc, 441,65 (dörd yüz qırx bir manat altmış beş qəpik) manat faiz borcu və 302,75 (üç yüz iki manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 11788,6 (on bir min yeddi yüz səksən səkkiz manat altmış qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 125,37 (yüz iyirmi beş manat otuz yeddi qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 316079-CNS43869 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri ərizəsi” bağlanılmış və illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətinə 11439,8 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents) saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini (Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 11.1.3cü bəndinə əsasən) lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 11044,2 (on bir min qırx dörd manat iyirmi qəpik) manat əsas borc, 441,65 (dörd yüz qırx bir manat altmış beş qəpik) manat faiz borcu və 302,75 (üç yüz iki manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 11788,6 (on bir min yeddi yüz səksən səkkiz manat altmış qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Sonradan İddiaçı ASC məhkəməyə iddia tələbi həcminin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, 316079-CNS-43869 saylı “Borcun restrukturizasina dair müqaviləsi”nə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10977,7 (on min doqquz yüz yetmiş yeddi manat yetmiş qəpik) manat əsas borc, 13,15 (on üç manat on beş qəpik) manat faiz borcu və 302,75 (üç yüz iki manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 11293,6 (on bir min iki yüz doxsan üç manat altmış qəpik) manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 125,37 (yüz iyirmi beş manat otuz yeddi qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 316079-CNS-43869 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”ndən görünür ki, “kredit alan”ın “Bank”a xx.xx.2023cü il tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2021-ci il tarixli, 331861-CNS- 26984 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətinə 11439,8 (on bir min dörd yüz otuz doqquz manat səksən qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 316079-CNS-43869 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 11044,2 (on bir min qırx dörd manat iyirmi qəpik) manat əsas borc, 441,65 (dörd yüz qırx bir manat altmış beş qəpik) manat faiz borcu və 302,75 (üç yüz iki manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 11788,6 (on bir min yeddi yüz səksən səkkiz manat altmış qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bank cavabdehdən 11044,20 manat əsas borc, 441,65 manat faiz borcu və 302,75 manat cərimə borcu olmaqla, cəmi 11788,6 manat vəsaiti 3 iş günü müddətində Banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 316079-CNS-43869 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 10977,7 (on min doqquz yüz yetmiş yeddi manat yetmiş qəpik) manat məbləğində əsas borc, 13,15 (on üç manat on beş qəpik) manat məbləğində faiz borcu və 302,75 (üç yüz iki manat yetmiş beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 11293,6 (on bir min iki yüz doxsan üç manat altmış qəpik) manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olduğundan Cavabdeh xx.xx.2023-cü il tarixli, 316079-CNS-43869 saylı “Borcun restrukturizasiyasına dair müqavilısi”nə əsasən 10977,7 (on min doqquz yüz yetmiş yeddi manat yetmiş qəpik) manat əsas borc və 13,15 (on üç manat on beş qəpik) manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbində göstərilən “302,75 (üç yüz iki manat yetmiş beş qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 10977,7 (on min doqquz yüz yetmiş yeddi manat yetmiş qəpik) manat məbləğində əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 302,75 (üç yüz iki manat yetmiş beş qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində qeyd edilən məbləğdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 125,37 (yüz iyirmi beş manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun 123,12 (yüz iyirmi üç manat on iki qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 2,25 (iki manat, iyirmi beş qəpik hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 316079-CNS-43869 saylı “Borcun restrukturizasiyasına dair müqavilə” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 316079-CNS-43869 saylı “Borcun restrukturizasiyasına dair müqavilə”yə əsasən 10977,7 (on min doqquz yüz yetmiş yeddi manat yetmiş qəpik) manat məbləğində əsas borc, 13,15 (on üç manat on beş qəpik) manat faiz borcu və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 11040,85 (on bir min qırx manat səksən beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 123,12 (yüz iyirmi üç manat on iki qəpik) manat hissəsi tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 316079-CNS-43869 saylı “Borcun restrukturizasiyasına dair” müqaviləyə əsasən 10977,7 (on min doqquz yüz yetmiş yeddi manat yetmiş qəpik) manat əsas borc, 13,15 (on üç manat on beş qəpik) manat faiz borcu və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 11040,85 (on bir min qırx manat səksən beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 123,12 (yüz iyirmi üç manat on iki qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar