Məhkəmə qərarları › İş №e-2(048)-147/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-147/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-147/2025 07.04.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə 3585,01 (üç min beş yüz səksən beş manat bir qəpik) manat əsas borc və 1183,65 (min yüz səksən üç manat altmış beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4768,66 (dörd min yeddi yüz altmış səkkiz manat altmış altı qəpik) manat borcun və ödənilmiş 67,69 (altmış yeddi manat altmış doqquz qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə X10 arasında bağlanmış BPM**********79 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən X7 illik 21 faizlə 36 ay müddətinə 4500 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən X10 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Lerik rayon dövlət notariat ofisi tərəfindən təqdim edilmiş 119 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Hümbatova X3 İsmət Yavər qızının vərəsəsi kimi tanınmışdır və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X5 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd krediti üzrə 3585,01 (üç min beş yüz səksən beş manat bir qəpik) manat əsas borc və 1183,65 (min yüz səksən üç manat altmış beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4768,66 (dörd min yeddi yüz altmış səkkiz manat altmış altı qəpik) manat borcu qalmışdır. Eyni zamanda Bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 67,69 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2- 41702/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, mərhum anası X10 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 24 iyun 2022-ci il tarixli, BPM**********79 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bağlanmış kredit müqaviləsinə əsasən isə ona 4500 manat məbləğində kredit məbləği ayrılmışdır. Belə ki, 09 iyul 2022-ci il tarixində, saat 07:00 radələrində X9 adlı şəxs etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan «Volkswagen Passat» markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat şossesi, Heydər Əliyev prospekti istiqamətində olan korpunun üstündən uzü Heydər Əliyev adma Beynəlxalq hava limanı istiqamətində körpünün üstündə sağdan birinci zolaqla saatda 50-60 km sürətlə hərəkətdə olan zaman avtomobilin qabaq hissəsi ila yolu süpürən piyada mərhum anası X8 vuraraq ölümünə səbəb olmuşdur. Bakı şəhəri Sabunçıı Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 1(008)- 176/2023 saylı hökmü ilə X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və təqsirləndirilən şəxs X6 Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, mərhum anası X5 vəfatından sonra bu barədə banka məlumat verməklə yanaşı onun ölüm haqqında şəhadətnaməsini poçt vasitəsi ilə, rəsmi qaydada 11 avqust 2023-cü il tarixdə “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinə göndərərək faiz və cərimələrin dayandırılmasını xahiş etmişdir. Çünki həmin vaxta qədər mərhum anası X5 bank qarşısında hər-hansı borc öhdəliyinin olmasından məlumatlı olmamışdır. Bundan əlavə anası vəfat edənə qədər Mənzil İstismar sahəsində işləmiş və əmək haqqını da "xxxx"ndan almışdır. O, vəfat edəndən sonra almalı olduğu əmək haqqı da bank tərəfindən birtərəfli qaydada onun borcundan silinmişdir. Lakin bu sənədlərdə öz əksini tapmamışdır. Digər tərəfdən bank Mülki Məcəllənin 1306, 1146, 1255-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinad etməklə hazırki iddia tələbini irəli sürmüşdür. Hesab edir ki, qeyd olunan qanunverciliyin tələblərinə istinad etməklə mənə hazırki iddia tələbinin irəli sürülməsi abdurddur. Hazırki iddia tələbi üzrə o, cavabdehlik daşımır. Ümumiyyətlə ilk öncə aydınlaşdırılmalıdır ki, miras əmlak dedikdə nə başa düşülür. Mülki Məcəllənin 1151.1-ci maddəsi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxıl olmasını göstərmişdir. Mərhum anası nə vəfatına qədər, nədə ki vəfatından sonra o, hər hansı bir miras kütləsi qoymamışdır. O, yalnız onun vəfatı ilə bağlı ödənilən sığorta məbləğini qəbul etmişdir. Həmin məbləğ isə miras kütləsinə daxil olmadığından hazırki mübahisə üzrə bankın onu cavabdeh kimi göstərməsi və ondan pulu tələb etməsi qanunsuz və əsassızır. Göstərilənlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********79 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı illik 21%-lə, 36 ay müddətinə ödəmək şərtilə 4500 manat məbləğində krediti cavabdehə vermişdir. İş materiallarında olan iddiaçı "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X5 xx.xx.2022-ci il tarixli, BPM**********79 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 3585,01 (üç min beş yüz səksən beş manat bir qəpik) manat əsas borc və 1183,65 (min yüz səksən üç manat altmış beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4768,66 (dörd min yeddi yüz altmış səkkiz manat altmış altı qəpik) manat borcu vardır. İş materiallarında olan Lerik rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş vərəsəlik işi haqqında məlumatdan görünür ki, X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Hümbatova X3 İsmət Yavər qızının vərəsəsi kimi tanınmışdır və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak – "xxxx" ASC-nin ödədiyi 5000 (beş min) manat sığorta məbləğindən ibarətdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdeh Banka olan borcunu ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsinə əsasən Bank kredit alana 4500 manat məbləğində kredit vermiş, borcalan istifadə etdiyi kreditə görə Banka ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və bu səbəbdən borclu X5 xx.xx.2022-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsi üzrə 3585,01 (üç min beş yüz səksən beş manat bir qəpik) manat əsas borc və 1183,65 (min yüz səksən üç manat altmış beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4768,66 (dörd min yeddi yüz altmış səkkiz manat altmış altı qəpik) manat borcu yaranmışıdr. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə borclu X10 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və iş üzrə Cavabdeh ölmüş X5 vərəsəsi kimi tanınmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da, borcu ödəməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, X10 iddiaçı "xxxx" ASC ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşımışdır. Belə ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə X5 vəfat etdiyini, Cavabdeh onun vərəsəsi kimi tanındığını, qanunvericiliyi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeni nəzərə alaraq hesab edir ki, iddiaçı borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, borc məbləği Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 67,69 (altmış yeddi manat altmış doqquz qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, X5 vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsinə əsasən 3585,01 (üç min beş yüz səksən beş manat bir qəpik) manat əsas borc və 1183,65 (min yüz səksən üç manat altmış beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4768,66 (dörd min yeddi yüz altmış səkkiz manat altmış altı qəpik) manat borc və ödənilmiş 67,69 (altmış yeddi manat altmış doqquz qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X5 vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********79 saylı kredit müqaviləsinə əsasən 3585,01 (üç min beş yüz səksən beş manat bir qəpik) manat əsas borc və 1183,65 (min yüz səksən üç manat altmış beş qəpik) manat faiz borcu olmaqla, cəmi 4768,66 (dörd min yeddi yüz altmış səkkiz manat altmış altı qəpik) manat borc və ödənilmiş 67,69 (altmış yeddi manat altmış doqquz qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar