Məhkəmə qərarları › İş №e-2(048)-170/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №e-2(048)-170/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № e-2(048)-170/2024 24.10.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 494/K/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 42549,9 manat, faiz borcu üzrə 1280,25 manat olmaqla, cəmi 43880,15 manat məbləğində borcun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin DƏDK və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt ərazi idarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 30 manat dövlət rüsumu və 15 manat xidmət hqqının Cavabdeh tutulması, 494/K/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə Bank arasında bağlanan xx.xx.2019-cu il tarixli, 494/K/14 nömrəli xx.xx.2014-cü sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən bağ evinin (Seriya PX, № 0390690, qeydiyyat nömrəsi: **********,qeydiyyat tarixi xx.xx.2014) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh məxsus ipoteka qoymuş ünvan 1 ünvanında yerləşən bağ evinin (Seriya PX, № 0390690, qeydiyyat nömrəsi: **********,qeydiyyat tarixi xx.xx.2014) Cavabdeh istifadə hüquqlarına xitam verilməsi, bağ evindən çıxmaları və bağ evinin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, məhkəməyə müraciət üçün ödənilmiş 221,49 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC iddia tələbi həcminin azaldılması barədə ərizə verərək Cavabdeh iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə 494İK/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 40483,72 manat, faiz borcu üzrə 146,1 manat olmaqla, cəmi 40629.82 manat məbləğindəki borcun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt ərazi idarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 30 manat məbləğindəki dövlət rüsumu və 15 manat xidmət haqqının Cavabdeh tutulması, 494İK/14 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə Bank arasında bağlanan xx.xx.2019-cu il tarixli, 494İK/14 nömrəli xx.xx.2014-cü sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən bağ evinin (Seriya RX, № 0390690, qeydiyyat nömrəsi; **********, qeydiyyat tarixi - xx.xx.2014) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh məxsus ipoteka qoyulmuş ünvan 2 ünvanında yerləşən bağ evindən (Seriya RX, № 0390690, qeydiyyat nömrəsi; **********, qeydiyyat tarixi - xx.xx.2014) Cavabdeh istifadə hüquqlarına xitam verilməsi, bağ evindən çıxarılmaları və bağ evinin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, məhkəməyə müraciət üçün ödənilmiş 221,49 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddia ərizəsi baxılmamış saxlanıldığından Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş 221.49 (iki yüz iyirmi bir manat qırx doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz) iddiaçı "xxxx" ASC-yə qaytarılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar