Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-171/2024 07.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin problemli kreditlərin iş departamentinin direktoru Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh "xxxx" ASCnin xeyrinə 5819.16 manat olmaqla, cəmi 5819.16 manat məbləğində borcun və 78.2 manat ödənilmiş dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,"xxxx" ASC-nin Yasamal filalı ilə borclu X12 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********32 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 19% dərəcəsi ilə 7100 manat məbləğində kredit verilmişdir. Lakin borclu X12 xx.xx.2021-ci il tarixində vəfat etmişdir.Lerik rayon dövlət notariat ofisi tərəfindən X5 ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh miras əmlakı qəbul etməsi və ona qanun üzrə vərəsəlik hüququ barədə şəhadətnamənin verilməsi barədə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X8 Banka əsas borcu 5819.16 manat olmaqla cəmi 5819.16 manat borcu ödənilməmiş qalmışdır.Cavabdeh miras əmlakı qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx"ASC-nin qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də cavbdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.Nəticədə borclunun "xxxx" ASC-yə 5819.16 manat əsas, cəmi 5819.16 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı "xxxx" ASC-nin problemli kreditlərin iş departamentinin məhkəmələrlə iş və icra şöbəsinin baş hüquqşunası Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edib, iddia tələbini müdafiə etdiyini göstərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-cü il tarixli, BPM**********32 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Yasamal filialı tərəfindən X9 illik 19 % olmaqla 36 ay müddətinə 7100 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh X8 xx.xx.2021-cü il tarixli, BPM**********32 saylı kredit müqaviləsi üzrə 5819.16 manat əsas, cəmi 5819.16 manat borcu vardır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə “Kəskin mieloblast leykemiya” səbəbindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başıçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, X1 həqiqqətən birinci Qarabağ müharibəsində şəhid olmuş X6 anasıdır və ailə tərkibi ; əri-X13 xx.xx.1946-cı il təvəllüdlü, gəlini- X10 xx.xx.1990-ci il təvəllüdlü,nəvəsi X2 xx.xx.2010-cu il,nəvəsi- X7 xx.xx.2012-ci il təvəllüdlü,nəvəsixx.xx.2020-ci il təvəllüdlü X3 ibarətdir. İş materiallarına əlavə edilmiş “Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən olan çıxarışdan” görünür ki, vəfat edən X8 qanun üzrə vərəsəsi Cavabdehdır. İş materiallarına əlavə edilmiş, 31 may 2024-cü il tarixli 9/3343 nömrəli bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(048)-681/2023 saylı qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş ekspert rəyindən görünür ki, X12 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair cari hesdabdan çıxarış,maliyyə arayışı məlumatları və 07 aprel 2021-ci il tarixli,BPM**********32 saylı Tam çərçivə (kredit) müqaviləsində qeyd olunan şərtlərə əsasən X8 "xxxx" Bank ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə əsas borc – 5819.15 manat xx.xx.2024-cü il tarixə faiz borcu - 0.00 manat İş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən cavabdeh X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və həmçinin bank tərəfindən 07 aprel 2021-ci il tarixli BPM**********32 saylı Tam çərçivə (kredit) müqaviləsi üzrə faizlərin hesablanması xx.xx.2021-ci il tarixdə dayandırıldığından ekspertiza tədqiqatı üzrə faizlərin hesablanması həmin tarixədək aparılmışdır. Göründüyü kimi müvafiq kredit müqaviləsinə əsasən X12 cavabdeh kimi ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora ödəməyi öhdəsinə götürmüş olsa da lakin xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən Cavabdeh borclu kimi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh həyat yoldaşı X12 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən Cavabdeh borclu kimi iddiaçı "xxxx" ASC-dən kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 78.20 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respuppblikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən 78.20 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********32 saylı kredit müqaviləsi üzrə 5819.15 manat olmaqla, cəmi 5819.15 manat və 78.20 manat ödənilmiş dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutulub "xxxx" ASC-nin xeyrinə verilsin. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №e-2(048)-171/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-171/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver