Məhkəmə qərarları › İş №e-2(048)-241/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-241/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-241/2024 02.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı borc pulun alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 29000 manat borc pulun, hüquqi xidmətlərə görə ödənilmiş 320 manat məbləğində pulun və 177 manat ödənilmiş dövlət rüsumun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bir müddətdir tanıdığı Cavabdeh onu aldatmaqla, onun 29,000 (iyirmi doqquz min) manat məbləğində pul vəsaitini mənimsəmişdir. Belə ki, Cavabdeh torpaq alqı-satqısı üçün təcili olaraq ona pul lazım olduğunu bildirmiş və bu məqsədlə ona köməklik göstərməyini xahiş etmiş və xx.xx.2024cü il tarixdə pulun geri qaytaracağına onu inandırmışdır. Cavabdehə xx.xx.2023-cü il tarixdə 10,000 (on min) manat, xx.xx.2023-cü il tarixdə 5,000 (beş min) manat və xx.xx.2024-cü il tarixdə 14,000 (on dörd min) manat olmaqla ümumilikdə 29,000 (iyirmi doqquz min) manat məbləğində pul vermişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iş günləri başlanan kimi bankdan kredit götürüb ondan aldığı 29,000 (iyirmi doqquz min) manat məbləğində pulunu geri qaytaracaqını bildirmişdir. Belə ki, o cavabdehə 24,000 (iyirmi dörd min) manat məbləğində pulu əlbə əl vermiş, 5,000 (beş min) manat pulu isə xx.xx.2023-cü il tarixdə Cavabdeh istəfadəsində olan 5239 1517 0203 2940 nömrəli karta göndərmişdir. 07 yanvar 2024-cü il tarixdə iş günləri başlasa da, Cavabdeh verdiyi vədə əməl etməmiş və ondan aldatma yolu əldə etdiyi 29,000 (iyirmi doqquz min) manat məbləğində pulun geri qaytarılmasından yayınmışdır. xx.xx.2024-cü il tarixdən etibarən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə hər gün dəfələrlə zəng etmiş, lakin, Cavabdeh pulu qaytarmaq əvəzinə müxtəlif bəhanələr gətirərək ona verdiyi pulları geri qaytarmaqdan yayınmışdır. Bir neçə gündən sonra isə ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. Cavabdeh uzun müddətdir ki, Dərnəgül Tikinti Materiallarının Satışı Bazarında tikinti materiallarının satışı ilə məşgul olur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İddiaçı X3 məhkəmə iclası zamanı iddiasına uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək iddiaçının ondan tələb etdiyi 29000 manat pulu o, iddiaçıdan heç vaxt almamışdır.Belə ki, o, iddiaçıdan cəmi 5000 manat məbləğində pul aldığını bildirərək məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Kapital Bank ASC tərəfindən verilmiş 01084 nömrəli qəbzin sürətindən görünür ki, Cavabdeh məxsus bank kartına 5000 manat məbləğində pul daxil olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzin sürətindən görünür ki, Vəkil iddia ərizəsinin tərtib olunması üçün Bakı şəhəri 6 saylı vəkil bürosuna müraciət edərkən 320 manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQNİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Lerik rayonu Çayrud kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 20031 saylı qəbzdən görünür ki iddiaçı məhkəməyə müraciət edərkən 177 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessula Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 5000 manat borclu olması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi 24000 manat məbləğində pul tələbinə gəldikdə belə hesab edir ki, iddiaçıməhkəməyə bu barədə kifayət qədər sübut təqdim edə bilmədiyindən məhkəmə belə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 5000 manat məbləğində pul alınaraq iddiaçı X2 verilidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı X3 tərəfindən ödənilmiş 177 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Əlavə olaraq cavabdeh tərəfinbdən Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 177 manat pul alınaraq iddiaçı X2 verilsin. Əlavə olaraq iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 320 manat pul Cavabdeh alınaraq iddiaçı X2 verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar