Məhkəmə qərarları › İş №e-2(048)-258/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-258/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-258/2024 13.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədirliyi, Hacızadı Emin Rüfət oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2015-ci il tarixli 1xx/xx/100429/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1736.92 manat məbləğində əsas borcu, 1257.95 manat məbləğində faiz borcu, 838.11 manat məbləğində cərimə borcu, 509.52 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 4342.5 manat məbləğində borcun və 63.43 manat dövlət rüsumunun QSC “Bank Standard” KBnın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışıdır ki, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının “Lənkəran” filialı ilə Cavabdeh arasında 09 sentyabr 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/128298/15 saylı müqavilə bağlanmış və hamin müqayiləyə əsasən Bank tərəfindən Cavabdehna illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1200 (bir min iki yüz) manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 07 sentyabr 2018-ci il tarixinə Banka 1355,03 manat məbləğində əsas borcu, 802,27 manat məbləğində faiz borcu, 402,03 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2559,33 manat məbləğində borcu qalmışdır. 09 sentyabr 2015-ci il tarixli 1xx/xx/128298/15 saylı kredit müqaviləsinin 4.4.5-ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək «Borc alan»ın vəzifəsidir. Eyni müqavilənin 4.4.8-ci bəndinə əsasən müqavilə şərtlərini tam və vaxtında icra etmək «Borc alan»ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdehna xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfındən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı QSC “Bank Standard” KB-dən məhkəməyə daxil olmuş ərizəsində məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 03 aprel 2015-ci il tarixli 1xx/xx/100429/15 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı QSC “Bank Standard” KB tərəfindən Cavabdeh illik 22% olmaqla 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdehnın 03 aprel 2015-ci il tarixli 1xx/xx/100429/15 saylı kredit müqaviləsi üzrə iddiaçı QSC “Bank Standard” KB-yə 1736.92 manat məbləğində əsas borcu, 1257.95 manat məbləğində faiz borcu, 838.11 manat məbləğində cərimə borcu, 509.52 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 4342.5 manat məbləğində borcu vardır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə QSC “Bank Standard” KB-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, 03 aprel 2015-ci il tarixli 1xx/xx/100429/15 saylı kredit müqaviləsinin 4.4.5ci bəndinə əsasən Cavabdeh alınmış krediti və ona hesablanmış faizləri vaxtı-vaxtında ödəmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı QSC “Bank Standard” KB-dən aldığı kredit üzrə əsas borc və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 63.43 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən ödənilmiş rüsumun əvəzində 63.43 manat tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.1991-ci il təvəllüdlü, Lerik rayonu, Monidigah kəndində qeydiyyatda olan Cavabdeh 1736.92 manat məbləğində əsas borc, 1257.95 manat məbləğində faiz borcu, 638.11 manat məbləğində cərimə borcu, 509.52 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla ümumilikdə 4142.5 və 63.43 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub QSC “Bank Standard” KB-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar