Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-272/2025 07.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlu, İddiaçı QSC BOKT-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıQSC BOKT - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC BOKT-nin xeyrinə 1306,36 (min üç yüz altı manat, 36 qəpik) manat əsas borc və 1,45 (bir manat, 45 qəpik) manat faiz borcu olmaqla, cəmi 1307,81 (min üç yüz yeddi manat,81 qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 33,07 (otuz üç manat,7 qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 09 iyul 2021-ci il tarixli, 04 saylı Qərarının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Lənkəran filialı ilə Lerik rayonu, Sivəkəran kənd sakini Cavabdeharasında ilə 26 noyabr 2021-ci il tarixli 27/21-LRT-04 saylı X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi (bundan sonra Restrukturizasiya Müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh əsas borcuna illik 1% hesablanmaqla, 2373,31 (iki min üç yüz yetmiş üç manat otuz bir qəpək) manat kredit borcunun müqavilə imzalandığı tarixdən 36 (otuz altı) ay müddətədək ödənilməsi razılaşdırılmışdır. Cavabdehqrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməletməmişdir. Borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh restrukturizasiya müqaviləsinin şərtləriniəhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. Bağlanmış 26 noyabr 2021-ci il tarixli 27/21-LRT-04 saylı Restrukturizasiya Müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-yə olan əsas borcu 1306,36 manat, faiz borcu 1,45 manat, cəmi borcu1307,81 (bir min üç yüz yeddi manat səksən bir qəpik) manat təşkil edir. Borclu Cavabdehilə bağlanmış Restrukturizasiya Müqaviləsinin 2.4-cü bəndinə əsasən, restrukturizasiya olunan kredit borcuna illik 1%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq cavaddeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc galığına illik 2%-lə faiz hesablanır. Borcun ödənilməsi barədə Cavabdehdəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdeh göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 09 iyul 2021-ci il tarixli, 04 saylı Qərarının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Lənkəran filialı ilə Lerik rayonu, Sivəkəran kənd sakini Cavabdeharasında ilə 26 noyabr 2021-ci il tarixli 27/21-LRT-04 saylı X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi (bundan sonra Restrukturizasiya Müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh əsas borcuna illik 1% hesablanmaqla, 2373,31 (iki min üç yüz yetmiş üç manat otuz bir qəpək) manat kredit borcunun müqavilə imzalandığı tarixdən 36 (otuz altı) ay müddətədək ödənilməsi razılaşdırılmışdır. Cavabdehqrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməletməmişdir. Borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh restrukturizasiya müqaviləsinin şərtləriniəhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. Bağlanmış 26 noyabr 2021-ci il tarixli 27/21-LRT-04 saylı Restrukturizasiya Müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-yə olan əsas borcu 1306,36 manat, faiz borcu 1,45 manat, cəmi borcu1307,81 (bir min üç yüz yeddi manat səksən bir qəpik) manat təşkiledir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, İddiaçı QSC BOKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 27/21LRT-04 saylı krеdit müqaviləsinə əsasən cavabdeh üzərinə götürmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən İddiaçı QSC BOKT qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı QSC BOKT -nin məhkəmə qaydasında Cavabdeh 1306,36 (min üç yüz altı manat, 36 qəpik) manat əsas borc və 1,45 (bir manat, 45 qəpik) manat faiz borcu olmaqla, cəmi 1307,81 (min üç yüz yeddi manat,81 qəpik) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 27/21LRT-04 saylı kredit müqaviləsinə əsasən 1306,36 (min üç yüz altı manat, 36 qəpik) manat əsas borc və 1,45 (bir manat, 45 qəpik) manat faiz borcu olmaqla, cəmi 1307,81 (min üç yüz yeddi manat,81 qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 33,07 (otuz üç manat,7 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC BOKT-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 27/21LRT-04 saylı kredit müqaviləsinə əsasən 1306,36 (min üç yüz altı manat, 36 qəpik) manat əsas borc və 1,45 (bir manat, 45 qəpik) manat faiz borcu olmaqla, cəmi 1307,81 (min üç yüz yeddi manat,81 qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 33,07 (otuz üç manat,7 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC BOKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Xəlilov Rövşən
Məhkəmə qərarları › İş №e-2(048)-272/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-272/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver