Məhkəmə qərarları › İş №e-2(048)-28/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-28/2025

13.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-28/2025 13.01.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində ona dəyən 300000 (üç yüz min) manat pulun, həmçinin 100000 (yüz min) manat əldən çıxmış faydanın, ümumilikdə 400000 (dörd yüz min) manat pulun və ödənilmiş 690 (altı yüz doxsan) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayonu, Kəlvəz kəndində yerləşən 2,35 ha torpaq sahəsi artıq 23 ildən çoxdur ki, onun sahibliyində və istifadədir. Qeyd edilən torpaq sahəsini ölkədə aqrar islahat həyata keçirilməzdən əvvəl o, kənd təsərrüfatı ilə məşğul olmaq niyyəti ilə götürmüşdür. O, torpaq sahəsini götürərkən həmin torpaq sahəsi tam əkinə yararsız olmuş, sahədə iri daşlar olduğu üçün kəndlilər buranı heç vaxt əkib becərə bilməmişlər. Hətta o, özü də bu torpaq sahəsini götürüb əkinə yararlı hala salmaq istəyərkən çox ciddi problemlərlə qarşılaşmış və buranı əkinə yararlı hala gətirmək çox böyük xərc və əziyyət tələb edirdi. Torpaq sahəsində yerləşən daşları parçalamaq istədikdə, əraziyə gətirilən ağır texnika yararsız hala düşdüyündən o, əlacsız qalaraq bu daşları torpaq sahəsində yük maşınları vasitəsi ilə insan əməyindən istifadə edib təmizləyə bilmişdir. Torpaq iri daşlardan təmizləndikdən sonra isə məlum olmuşdur ki, burada normal təsərrüfatın qurulması üçün arteziyan quyuları qazılmalıdır və bu ərazidə su həddindən artıq dərində yerləşdiyindən arteziyan quyularını da xüsusi texnika vasitəsi ilə dərin qazmaq lazımdır. O, bu maneəni də aradan qaldırmış və Bakı şəhərindən artezian quyularının qazılması üçün xüsusi qazma qurğuları gətizdirib ərazidə artezian quyularını qazdırmışdır. Quyular qazılıb hazır olandan sonra əraziyə yüksək gərginlikli elektrik xətti çəkilmiş və transformator qoyulmuşdur ki, bu torpaq sahəsi ilə yanaşı, ətraf ərazilərdə yerləşən torpaq sahələrində də normal təsərrüfatla məşğul oluna bilinsin. Bundan əlavə, payız və qış aylarında yağan yağıntılardan səmərəli istifadə məqsədi ilə ərazidə süni göl yaradılaraq yağış və qar sularından da təsərrüfatda səmərəli istifadəyə nail olunmuşdur. Yalnız qeyd edilən bütün zəruri infrastruktur işləri görüldükdən sonra ərazi əkinə yararlı hala gətirilmiş və bundan sonra ərazidə kənd təsərrüfatı məhsullarının əkininə başlanılmışdır. Qeyd edilən torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün bu günədək o, həmin sahəyə 300.000 (üç yüz min) manatdan artıq xərc çəkmişdir. Maraqlıdır ki, artıq 23 ildir ki, qeyd edilən torpaq sahəsi mübahisəsiz onun sahibliyində və istifadəsində olsa da, bu günədək bir nəfər də olsun bu torpaq sahəsinin cavabdehə aid olduğunu bildirməmişdir. Lakin, ötən il hazırki iş üzrə cavabdeh ona qarşı məhkəmədə iddia qaldıraraq 23 ildən çoxdur ki, onun sahibliyində olan torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və torpaq sahəsindən çıxarılmağını və “qanunsuz hərəkətlərə son verilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Görünən odur ki, Cavabdeh torpaq sahəsinin əkinə yararlı hala gətirilməsini səbrlə gözləmiş, torpaq sahəsindəki əkinlər məhsul verməyə başladıqda isə torpaq sahəsinin ona aid olduğunu bildirməklə rahat yoldan varlanmaq fikrinə düşmüşdür. Məhz cavabdehin bu fikrini bildikdən sonra o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN-0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 2,3775 ha torpaq sahəsində qazılmış süni gölün cavabdeh İddiaçı tərəfindən onun hesabına torpaqla doldurulması, torpaq sahəsinin onun tərəfindən və onun hesabına hamarlaşdırılması, yerə basdırılmış armaturlara bərkidilmiş metal tor hasarın onun tərəfindən və onun hesabına sökülməsi və onun hesabına ərazinin təmizlənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayon Aqrar istehsalat Komissiyasının qərarı ilə onun ailəsinin 6 nəfər üzvünə Lerik rayonu Kəlvəz kəndi ərazisində ümumi sahəsi 43642,34 kv.m. torpaq sahəsi ayrılaraq verilmişdir. Torpağa aid dövlət aktı da təsdiq edilmişdir. Bu torpaq sahələrinin qanuni olaraq mülkiyyətlərində olmasına baxmayaraq, torpaqların 23775,11 kv.m. yəni (2,38 ha) hissəsi cavabdeh X13 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh X13 həmin torpaq sahəsində qanunsuz olaraq daxil olaraq ot sahəsinə çevirmiş və təsərrüfat işləri aparmışdır. Cavabdeh həmin sahədə 4 ilə yaxın müddətdir ki, əkir-biçin işləri görür. Cavabdehə dəfələrlə 23775,11 kv.m. torpağın zəbtdən azad edilməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh buna heç bir məhəl qoymamışdır. Hətta, cavabdeh şəxsə yaxın insanlar vasitəsilə, qanunsuz hərəkətlərindən çəkinməyi xəbərini göndərsə də, bir nəticəsi olmamışdır. Lakin, cavabdeh tələblərinə əhəmiyyət verməyərək, qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh barədə yerli icra hakimiyyəti nümayəndələrinə və iki dəfə Lerik rayon İcra Hakimiyyətinə də məlumat verilmişdir. Sonda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və ailəsinə məxsus Lerik rayonu Kəlvəz kəndində yerləşən Lerik rayon Aqrar istehsalat Komissiyası tərəfindən verilmiş 2,38 hektar torpaq sahəsinin cavabdeh X13 tərəfindən geri alınması, eyni zamanda həmin 2,38 ha torpaq sahəsi üçün 2018-2022-ci il üçün əldən çıxmış faydaya görə X4 15000 manat məbləğində maddi ziyan alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-134/2023 saylı, xx.xx.20223-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Lerik rayonu, Kəlvəz kəndində yerləşən JN-0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə onun və ailə üzüvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 2,3775 ha torpaq sahəsinin cavabdeh İddiaçı alınaraq onun mülkiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-509/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lerik Rayon Məhkəməsinin 2(048)-134/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti versə də, şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək əsassız varlanma nəticəsində ona dəyən 300000 manat pulun, həmçinin 100000 manat əldən çıxmış faydanın, ümumilikdə 400000 manat pulun və ödənilmiş 690 manat dövlət rüsumunun ondan tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Baxılmış işlər üzrə məhkəmə aktları və İddiaçı izahatları, o cümlədən iddia ərizəsi ilə müəyyən edilir ki, onun mülkiyyətində olan sözügedən torpaq sahəsi İddiaçı tərəfindən özbaşına tutulmaqla yanaşı erroziya və dəyişikliklərə məruz qalmışdır. Belə ki, İddiaçı torpaq sahəsini məftil çəpərə salmaqla yanaşı orada guya süni göl düzəltmək adı ilə texnikadan istifadə etmiş çox kobud qazıntı işləri aparmış, torpaq sahəsinin hamarlığını pozmuş, torpağın münbit qatını məhv etmiş, torpaq sahəsindən məqsədli təyinat üzrə istifadə etməyinə açıq-aşkar maneəçilik yaratmışdır. Bu hal iş materialları ilə müəyyən edilir. İddiaçı heç bir qanuni əsas olmadan torpaq səhəsinə sahiblənməklə və heç bir qanuni əsas olmadan torpaq sahəsinin hamarlığını pozmaqla onun mülkiyyət hüququna qəsd etmiş sayılır. Lerik Rayon Məhkəməsinin 2(048)-447/2020 saylı mülki iş üzrə 26 iyul 2022-ci il tarixli saylı qərardadına əsasən iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli 10/6846 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2153/2023 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu X11 xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN-0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin dörd hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 4,66 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 2,3775 ha hissəsi yerləşir və 2,3775 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı JN-0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 2,3775 ha hissəsinin bütövlüklə cavabdeh İddiaçı tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Bu hal qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmişdir və mübahisə edilmir. İş materiallarında olan ekspert rəyi və işin digər halları ilə müəyyən edilmiş mübahisəsiz hal odur ki, hazırkı Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN-0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisə predmeti olan mübahisəli ərazidə yerləşən 2,3775 ha hissəsi bütövlükdə cavabdeh İddiaçı tərəfindən istifadə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyul 2024-cü il tarixli məhkəmə texniki-tikinti ekspertizasının rəyi ilə müəyyən edilir ki, onun mülkiyyətində olan 2,3775 ha torpaq sahəsi də daxil olmaqla mübahisəli 6 ha torpaq sahəsi cavabdeh İddiaçı tərəfindən yerə basdırılmış armaturlara bərkidilməklə metal torla hasara alınmışdır. İndiki halda həmin hasarın sökülməsi və qazılmış süni gölün doldurulmaqla hamar vəziyyətə salınması, ərazinin boşadılması cavabdehin vəzifəsidir. Cavadehə qadağan edilmiş hərəkətlərə son qoymasını, ona məxsus torpaq sahəsində qazılmış süni gölün doldurulmasını, sahənin hamarlaşdırılmasını, çəpər hasarın sökülməsini, ərazinin təmizlənməsini tələb etsə də bunun heç bir faydası olmamışdır. Artıq bu qadağan edilmiş özbaşınalıq uzun müddətdir ki, davam etməkdədir. Lerik Rayon Məhkəməsinin 2(048)-46/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair 2(048)- 46/2025 saylı və İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(048)- 28/2025 saylı mülki işlərə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi, birləşdirilmiş işlər üzrə icraatın 2(048)-28/2025 №-si ilə aparılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X14 iddia tələbini müdafiə edərək, Cavabdeh İddiaçı qarşı olan iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı 6 ha torpaq sahəsində yaxşılaşdırma işləri görmüşdür. Belə ki, İddiaçı həmin torpaq sahəsində artezian quyuları qazdırmış, süni göllər yaratmış, metal tor hasar çəkdirmiş, su xətləri çəkdirmiş, eləcə də transformator quraşdırmışdır. Transformator bu ərazidə olan göllərin doldurulması üçün nasosları işlətməkdən ötrü lazımdır, eləcə də su quyularından suyun çəkilərək ərazinin suvarılması üçün istifadə edilir. Belə ki, həmin torpaq sahəsində kartof əkilirdi və bu da su tələb edir. Tor hasarın həmin ərazidən götürülməsi mümkündür, lakin götürülən zaman həmin tor hasar yararsız hala düşəcəkdir. Belə ki, həmin tor hasar uzun müddətdir ki, açıq havada qaldığından öz keyfiyyətini itirmiş, eləcə də Cavabdeh həmin torpaq sahəsindən istifadə edərkən də onu yarasız hala salmışdır. Cavabdeh 23 il gözləmiş, torpaq sahəsi hazır vəziyyətə gətiriləndən və bəhrə verəndən sonra gələrək ərazinin ona məxsus olduğunu bildirmişdir. Transformator və su quyuları cavabdehin torpaq sahəsinə xidmət etmək üçün çəkilmişdir. Həmin artezian quyularının qazılması ilə bağlı bir neçə sübut təqdim edilmiş, lakin həmin artezian quyularının qazılması ilə bağlı smetası sənədləri onlarda qalmamışdır. Həmin quyular təxminən 20 il əvvəl qazılmış və eləcə də ərazidə transformator qoyulmuşdur. Həmin dövrdə ödənilmiş vəsait hazırda dəyişmiş, smeta dəyəri indeksasiya edilərsə böyük fərq yaranacaqdır. İddiaçı həmin torpaq sahəsindən aqrar islahat komissiyasının islahatı getməmişdən əvvəl yəni 1998-ci il tarixdən istifadə edirdi. İddiaçı həmin torpaq sahəsinin daşdan-çınqıldan təmizləmiş, yararlı hala salmışdır. Aqrar islahat komissiyası ancaq kağız üzərində getmiş, konkret olaraq torpaq sahəsinin kimə məxsus olması yerində bildirilməmişdir. İddiaçı bələdiyyəyə müraciət etmiş və bələdiyyə ödənişlərini ödəməklə həmin torpaq sahəsini 26 il istifadə etmişdir. Daha sonra 2019-cu ildə Cavabdeh gələrək 6 ha torpaq sahəsinin onun və ailə üzvlərininin (atası, qardaşı və özünün) olduğunu iddia etmiş, əvvəlki məhkəmə araşdırmasında 2,34 ha torpaq sahəsinə hüququ tanınmış və həmin torpaq sahəsi ona qaytarılmışdır. Sonda iddiaçı (cavabdeh) İddiaçı etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbinin təmin edilməsini, iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, həm mövsümi xarakterli xəstəlik, həm də daimi sağlamlıq problemi ilə əlaqədar səhhətində yaranmış narahatlıq səbəbindən iş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bununla əlaqədar olaraq, işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini, eyni zamanda təqdim etdiyi iddia tələbini tam həcmdə müdafiə etdiyini, qarşı tərəfin ona qarşı irəli sürdüyü əsassız iddianı isə tam şəkildə rədd etdiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.4-cü maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh (iddiaçı) Cavabdeh iddia tələbini müdafiə edərək, İddiaçı ona qarşı olan iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin İddiaçı tərəfindən zəbt olunması ilə bağlı ilk öncə 2019-cu il tarixdən cavabdehin özü ilə məsələni həll etmək istəmiş, lakin aralarında olan mübahisə həll olunmamışdır. Daha sonra o, 2021-ci il tarixdən bələdiyyə sədrinə şikayət etmiş, kənd icra nümayəndəsinin də qəbulunda olunmuşdur. Lakin məsələ həll olunmamış, ona məxsus olan torpaq sahəsi ona qaytarılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmiş və ona məxsus torpaq sahəsi məhkəmə qərarına əsasən ona qaytarılmışdır. İddiaçı tərəfindən ona məxsus torpaq sahəsində heç bir iş görməmiş, artezian quyuları da İddiaçı məxsus torpaq sahəsində yerləşir. Transformator da ümumi kəndin sakinlərinə məxsusdur, orada 20 ədəd sayğac vardır. Bundan əlavə ona və ailə üzvlərinə məxsus torpaq sahəsində İddiaçı 2 ədəd süni gölü və tor hasarı vardır. 4 ədəd arteziyan quyularından 3 ədədi İddiaçı məxsus torpaq sahəsində, 1 ədədi bələdiyyə ərazisində yəni atasına məxsus ərazinin yaxınlığında yerləşir. Həmin ərazidə qazılmış quyulardan suyun çəkilməsi məqsədi ilə dövlət hesabına transformator quraşdırılmışdır. Həmin transformatordan kənd əhalisi sayğac qoymaqla ərazidə olan əkinlərini suvarmaq üçün istifadə edir. Özü həmin transformatordan istifadə etmir. Transformator Famil adlı şəxsin ərazisində yerləşir. Quraşdırılmış transformator İddiaçı torpaq sahəsindən 25 metr uzaqlıqda, onun sahəsindən isə 500-600 metr uzaqlıqda yeləşir. Hazırda həmin transformator işləyir. Ona məxsus 2,3775 ha torpaq sahəsində yalnız İddiaçı məxsus çəkilmiş metal tor və 2 ədəd qazılmış süni göl vardır, qazılmış göllərdə su yoxdur. O, özünə məxsus torpaq sahəsində taxıl əkir, lakin qazılmış göllərə görə təxminən 0,3 ha torpaq sahəsini itirmişdir. Həmin torpaq sahəsi mülkiyyətində olsa da, 2018-ci ilədək həmin torpaq sahəsi otlaq sahəsi kimi istifadə etmişlər. 2018-ci ildən etibarən torpaq sahəsinin əkilməsinə görə dövlət tərəfindən subsidiya ayrıldığı üçün əkin əkmək qərarına gəlmişdir. Ona məxsus torpaq sahəsi 2018-ci ildən etibarən zəbt olunmuşdur. 2018-ci ildə o, kəndə qayıtdığı zaman İddiaçı ona məxsus torpaq sahəsində əkin işləri apardığını görmüş, Füzuli Əliyevdən torpaq sahəsini niyə əkdiyini soruşduqda İddiaçı ona artıq əkdiyini, növbəti il torpaq sahəsini özünə qaytaracağını demiş və razılaşmışlar. Həmin tarixdə Füzuli Əliyev qeyd olunan ərazidə qazıntı işləri aparmamışdır. Növbəti il isə o, Füzuli Əliyevin həmin torpaq sahəsini təkrar əkdiyini görmüş və ona belə etməməsini bildirmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona və ailə üzvlərinə məxsus təxminən 5 ha torpaq sahəsi vardır. Onun 2,3775 ha hissəsi mübahisəli ərazidə, digər hissəsi başqa ərazidə yerləşir. Qeyd olunan mübahisəli torpaq sahəsi aqrar islahat zamanı 1998-ci ildə onların (onun və ailə üzvlərinin) mülkiyyətinə verilmişdir. Onlar həmin torpaq sahəsindən əvvəllər də otlaq sahəsi kimi istifadə etmişlər. Qazılmış quyulara cavabdehin qeyd edildiyi məbləğdə pul vəsaiti sərf edilməmişdir. Sonda cavabdeh (iddiaçı) onun cavabdeh İddiaçı qarşı “torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia tələbinin təmin edilməsini, İddiaçı ona qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Baxşıyev Zəfər Yüzbaşı oğlu izahavtında bildirmişdir ki, 2004-2019-cu illərdə ərazinin bələdiyyə sədri vəzifəsində işləmişdir. Kəlvəz kəndi onların ərazisinin tərkibindədir. Prosesdən məlumatı olmuşdur. İddiaçı qeyd olunan ərazini neçə illərdi əkirdi, lakin Cavabdeh ona bununla bağlı heç nə bildirməmiş və həmin dövrdə kənddə yaşamırdı, gedib-gəlirdi. Daha sonra 2018-ci ildə Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu ona bildirmiş, o da İddiaçı bunu demiş, İddiaçı isə ərazinin Cavabdeh deyil ona məxsus olduğunu bildirmişdir. Sözügedən torpaq sahəsinin suvarılması ilə əlaqədar illər əvvəl ərazidəki transformator İddiaçı tərəfindən quraşdırılmış, həmçinin ərazidəki quyular da onun tərəfindən qazılmış və suni göllər yaradılmışdır. Hazırda həmin ərazidə Cavabdeh əkin işləri aparır. Qazılmış quyulardan biri Cavabdeh torpaq sahəsinin içində, digərləri isə yaxınlığında yerləşir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia rədd edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilməlidir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “zəbt olunmuş pay torpaq sahəsindən çıxarma və 15000 manat maddi ziyanın tutulması” tələbinə dair iddiası qismən təmin edilərək Lerik rayonu, Kəlvəz kəndində yerləşən JN- 0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 2,3775 ha torpaq sahəsinin cavabdeh İddiaçı alınaraq Cavabdeh mülkiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh tərəfindən kadastr və yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzinə ödənilmiş 109 manatın, dövlət rüsumunun əvəzi olan 200 manatın cavabdeh İddiaçı Şahşverən oğlundan alınaraq iddiaçı Cavabdeh verilməsi, əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 509/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lerik Rayon Məhkəməsinin 2(048)- 134/2023 saylı, 04 dekabr 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2429/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2024-cü il tarixli, 2(106)-509/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/3411 saylı rəyindən görünür ki, İddiaçı istifadəsində olan 6,0 ha torpaq sahəsinin suvarılması məqsədi üçün artezian quyularının qazıldığı, torpaq sahəsini (artezianları) elektrik enerjisi ilə təmin etmək üçün işıq xəttinin və transformatorun texniki tikintisinin aparıldığı müəyyən edilmişdir. Qeyd olunur ki, bu artezianların tikintisi (qazılması və texniki quraşdırılması), eləcə də torpaq sahəsini (artezianları) elektrik enerjisi ilə təmin etmək üçün işıq xəttinin və transformatorun texniki tikintisi xüsusi növ işlərə aid olduğundan və quraşdırılması müvafiq şirkət(lər) (təşkilat) tərəfindən aparıldığından, həmin işlərə çəkilmiş xərclərin dəyəri sifarişçi ilə podratçı şirkət(lər) (təşkilat) arasında bağlanmış müqavilələr və smeta sənədləri əsasında müəyyən oluna bilər. Baxış zamanı əldə olunmuş məlumatlar əsasında tərtib olunmuş smeta üzrə aparılmış hesablamalara əsasən İddiaçı istifadəsində olan 6,0 ha torpaq sahəsində suyu toplamaq, suvarmada təyziq yaratmaq üçün su saxlanc göllərinin yaradılmasına və borularla suvarma xəttlərinin çəkilməsinə, o cümlədən torpaq sahəsini heyvanlardan qorumaq məqsədi ilə hasarlanmasına (metal torla) çəkilmiş xərcin dəyəri 40830 (qırx min səkkiz yüz otuz) manat məbləğində müəyyən edilmişdir. İddiaçı istifadəsində olan 6,0 ha torpaq sahəsində görülən işlər vahid kompleks işlər şəklində icra olunduğundan və ayrılması mümkün olmadığından həmin torpaq sahəsinin Cavabdeh verilmiş 2,3775 ha hissəsinə çəkilmiş xərcin miqdarını təyin etmək mümkün olmamışdır. İddiaçı istifadəsində olan torpaq sahəsini suvarmaq üçün qazılmış artezian quyulardan başqa yaxınlıqda alternativ su mənbəyinin və torpaq sahəsinə yaxın çəkilmiş elektrik xəttindən başqa alternativ elektrik xəttinin mövcud olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2025-ci il tarixli, 10/9661 saylı rəyindən görünür ki, Lerik rayonu, Kəlvəz kəndində yerləşən ümumilikdə 6,0 ha sahənin (mübahisəli 2,3775 ha torpaq sahəsi daxil olmaqla) təsərrüfat (əkin) üçün yararlı hala salınmasından ötrü ərazidə artezian quyuları qazılmış, suyu toplamaq, suvarmada təyziq yaratmaq üçün su saxlanc gölləri yaradılmış, borularla suvarma xəttləri çəkilmiş, torpaq sahəsini heyvanlardan qorumaq məqsədi ilə hasarlama işləri aparılmış (metal torla), o cümlədən təxminən 140 metr aralıda transformator quraşdırılaraq elektrik xətlərinin çəkildiyi müəyyən edilmişdir. Qeyd olunur ki, artezianların tikintisi (qazılması və texniki quraşdırılması), eləcə də torpaq sahəsini (artezianları) elektrik enerjisi ilə təmin etmək üçün işıq xəttinin və transformatorun texniki tikintisi xüsusi növ işlərə aid olduğundan və quraşdırılması müvafiq şirkət(lər) (təşkilat) tərəfindən aparıldığından, eləcə də sözügedən 6,0 ha torpaq sahəsində görülən işlər vahid kompleks işlər şəklində icra olunduğundan və ayrılması mümkün olmadığından həmin torpaq sahəsinin 2,3775 ha hissəsində görülmüş işlərin dəyərini təyin etmək mümkün olmamışdır. Lerik rayonu, Kəlvəz kəndində yerləşən ümumilikdə 6,0 ha sahənin (mübahisəli 2,3775 ha torpaq sahəsi daxil olmaqla) daxilində bir ədəd, xaricində isə üç ədəd artezian su quyusu qazılmışdır. Artezian quyulara elektrik xəttləri cəkilmiş və su nasosları quraşdırılmışdır. Artezian quyularından (daxildə və xaricdə yerləşən quyulardan) sahədə olan göllərə 50 mm diametrli borularla xətlər çəkilmişdir. Lerik rayonu, Kəlvəz kəndində yerləşən 6,0 ha (mübahisəli 2,3775 ha torpaq sahəsi daxil olmaqla) torpaq sahəsindən təxminən 140 metr aralıda quraşdırılmış elektrik transformatorundan və elektrik xətlərinin başqa alternativ elektrik xəttinin mövcud olmadığını, həmin transformatordan artezian quyularında olan su nasoslarına və mübahisəli torpaq sahəsinə elektrik xətti çəkilmişdir. Çəkilmiş elektrik xətləri vasitəsilə elektrik təchizatlı avadanlıqlar fəaliyyət göstərmişdir. Hal-hazırda həmin elektrik xətlərinin qırıldığı müşahidə edilmişdir. Lerik rayonu, Kəlvəz kəndində yerləşən 6,0 ha (mübahisəli 2,3775 ha torpaq sahəsi daxil olmaqla) torpaq sahəsini suvarmaq üçün qazılmış artezian quyulardan başqa yaxınlıqda alternativ su mənbəyi mövcud deyil. Cavabdehin mülkiyyətindəki torpaq sahəsində olan süni göllərə su təchizatı nasoslar vasitəsi ilə həyata keçirilmiş və bu nasosların elektrik təchizatı sahədən 140 metr məsafə kənarda quraşdırılmış transformatordan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2025-ci il tarixli, 10/5124 saylı rəyindən görünür ki, Lerik rayonu, Kəlvəz kəndində yerləşən ümumilikdə 6,0 ha sahədə (mübahisəli 2.3775 ha torpaq sahəsi daxil olmaqla) təsərrüfat (əkin) üçün yararlı hala salınmasından ötrü ərazidə artezian quyuları qazılmış, suyu toplamaq, suvarmada təyziq yaratmaq üçün su saxlanc gölləri yaradılmış, borularla suvarma xətləri çəkilmiş, torpaq sahəsini heyvanlardan qorumaq məqsədi ilə hasarlama işləri aparılmış (metal torla), o cümlədən təxminən 140 metr aralıda transformator quraşdırılaraq elektrik xətlərinin çəkildiyi müəyyən edilmişdir. Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 2,3775 ha torpaq sahəsində süni göllərin torpaq sahəsi ilə doldurulması texniki cəhətdən mümkündür. Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 2,3775 ha torpaq sahəsində yaxşılaşdırma işləri görüldüyündən, o cümlədən torpağın yararlı hala salınmasından ötrü ərazidə artezian quyuları qazılması, suyu toplamaq və suvarmada təzyiq yaratmaq üçün su saxlanc göllərinin yaradılması, borularla suvarma xəttləri çəkilməsi, torpaq sahəsini heyvanlardan qorumaq məqsədi ilə hasarlama işləri aparılması (metal torla) müəyyən edildiyindən qərardadın üçüncü və dördüncü sualları üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-0069 nömrəli, Kod 80306158 olan Dövlət Aktından görünür ki, Cavabdeh və ailə üzvlərinin adına Lerik rayon Aqrar İslahat komissiyasının 1998-ci il 21 oktyabr tarixli qərarı ilə Lerik rayonu, Kəlvəz kəndində 4,66 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti Başçısının Kələxan kənd Ərazi İcra nümayənədəliyinin 01 dekabr 2025-ci il tarixli, 5-65-20/2-57/2025 saylı arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında mübahisə predmeti olan ərazidə Kəlvəz kəndində yerləşən torpaq sahəsinin daxilində olan 1 ədəd, xaricində isə 3 ədəd subartezian su quyusunun kim tərəfindən qazılması tərəflərindən araşdırılmış və araşdırma zamanı Kəlvəz kənd ağsaqqallarının və kənd sakinlərinin verdiyi məlumata görə bir neçə il öncə sözügedən subartezian quyuları İddiaçı öz hesabına qazdırdığı məlum olmuşdur. Həmin subartezian quyuları biri İddiaçı ilə Cavabdeh arasında mübahisə predmeti olan torpaq sahəsində, biri Kəlvəz kəndində Kəhrizlər adlanan ərazidə təyinatı məlum olmayan torpaq sahəsində, digər ikisi isə İddiaçı Kəlvəz kəndində meyvə bağı saldığı torpaq sahəsində yerləşir. Məlumat üçün bildirilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisə predmeti olan torpaq sahəsindən təxmini 140 metr aralıda Kəlvəz kəndinin qeydiyyatında olan X15 pay torpaq sahəsində yerləşən elektrik transformatoru 2008-ci ildə dövlət hesabına qazılmış subartezian quyusunun su nasosunu işlətməkdən ötrü 2008-ci ildə dövlət hesabına quraşdırılmışdır. İş materiallarında olan X21 tərəfindən İddiaçı xx.xx.2207-ci il tarixli sorğusuna cavab olaraq verilmiş arayışdan görünür ki, Kəlvəz kəndindən dördüncü Sərhəd Postuna gedən yolun üstündə yerləşən torpaq sahəsində öz şəxsi vəsaiti hesabına X21 tərəfindən Lerik 35/10 kv-luq y/stansiyadan qidalanan 7 saylı hava xəttindən Kəlvəz kəndi ərazisində həmin X12 budaqlanma götürməklə 10 kv-luq hava xətti dəmir dayaqlarla çəkərək 160 kva transformator quraşdırılmışdır. Mütəxəssislərin hesablanmasına əsasən 29500 manat vəsait İddiaçı tərəfindən xərclənmişdir. Həmin 10 kv-luq hava xətti və 160 kv-t transformator X17 balansında deyil xətt və 160 kv-t transformator Kəlvəz kənd sakini İddiaçı məxsusdur. Mübahisə predmetinin müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə İddiaçı iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq onun iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda Cavabdeh iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, hər iki iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. İddiaçı iddia tələbləri üzrə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli, 44 saylı qərarı ilə Lerik rayonu, Kəlvəz kəndində cizgidə göstərilən sərhəd daxilində yerləşən 4,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Mirzəyev İnİqilab Sahil oğlunun və onun ailə üzvləri X5, X8, X9, X1 və X2 mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktı üzrə torpaq sahəsi 4 massivdən ibarətdir: 0069 nömrəli (2951 kv.m.), 69M nömrəli (23775,11 kv.m.), 69N nömrəli (18679,23 kv.m.) və 69V nömrəli (1188 kv.m.). Həmçinin Lerik rayon Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli, 44 saylı qərarı ilə Lerik rayonu, Kəlvəz kəndində cizgidə güstərilən sərhəd daxilində yerləşən 1,59 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvü X3 mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktı üzrə torpaq sahəsi 2 massivdən ibarətdir: 0054 nömrəli (982,56 kv.m.) və 54M nömrəli (14891 kv.m.). Həmin 43642,34 kv.m olan torpaq sahəsinin 23775,11 kv.m. (2,38 ha) hissəsi İddiaçı tərəfindən qanunsuz olaraq zəbt edildiyi üçün Cavabdeh ona və ailəsinə məxsus Lerik rayonu, Kəlvəz kəndində yerləşən Lerik rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 2,38 hektar torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən zəbt olunmuş torpaq sahəsinin geri alınması, eyni zamanda həmin 2,38 ha torpaq sahəsi üçün 2018-2022-ci illərdə əldən çıxmış faydaya görə İddiaçı 15000 manat məbləğində maddi ziyanın tutularaq ona və ailə üzvlərinə verilməsi barədə iddia ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticəsində iddiaçı Cavabdeh məxsus olan Lerik rayon Kəlvəz kəndində yerləşən 2,3775 ha hissəsinin İddiaçı tərəfindən çəpərə alınaraq istifadə edildiyi müəyyən olunmuşdur. Lerik Rayon Məhkəməsinin 2(048)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “zəbt olunmuş pay torpaq sahəsindən çıxarma və 15000 manat maddi ziyanın tutulması” tələbinə dair iddiası qismən təmin edilərək Lerik rayonu, Kəlvəz kəndində yerləşən JN-0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 2,3775 ha torpaq sahəsinin cavabdeh İddiaçı alınaraq Cavabdeh mülkiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh tərəfindən kadastr və yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzinə ödənilmiş 109 manatın, dövlət rüsumunun əvəzi olan 200 manatın cavabdeh İddiaçı Şahşverən oğlundan alınaraq iddiaçı Cavabdeh verilməsi, əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya və kasassiya şikayətləri versə də, şikayətləri təmin edilməmiş, İddiaçı isə qeyd edilən qətnamədən şikayət verməmiş, başqa sözlə zəbt faktını mübahisələndirməmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Hazırda isə İddiaçı Lerik rayonu, Kəlvəz kəndində yerləşən 2,35 ha torpaq sahəsi artıq 23 ildən çoxdur ki, onun sahibliyində və istifadə olmasını göstərərək qeyd edilən torpaq sahəsinin əkinə yararlı hala gətirilməsi üçün bu günədək o, həmin sahəyə 300.000 (üç yüz min) manatdan artıq xərc çəkməsini, həmin müddətdə mübahisəsiz onun sahibliyində və istifadəsində olsa da, bu günədək bir nəfər də olsun bu torpaq sahəsinin cavabdehə aid olduğunu bildirməməsini göstərməklə göstərilən məbləği əsassız varlanma nəticəsində ona dəyən zərər kimi qiymətləndirmiş və həmçinin əldən çıxmış fayda kimi cavabdehdən 100.000 (yüz min) manat pulun tutulmalı olmasını iddia etmişdir. İşin materiallarından görünür ki, Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 2,3775 ha hissəsi bütövlüklə İddiaçı tərəfindən istifadə edilmiş, o zəbt etdiyi sahəni öz sahəsi ilə birlikdə istifadəsi zamanı həmin sahədə xüsusi qazma qurğuları gətizdirib ərazidə artezian quyularını qazdırmasını, quyular qazılıb hazır olandan sonra əraziyə yüksək gərginlikli elektrik xətti çəkməsini və transformator qoymasını göstərsə də, bu işlərin hər biri üçün sərf edilmiş vəsaiti ayrılıqda deyil, bütün zəruri infrastruktur işləri görüldükdən sonra ərazini əkinə yararlı hala gətirilərək ərazidə kənd təsərrüfatı təyinatlı məhsulların əkininə başlanılması üçün ümumilikdə 300.000 (üç yüz min) manatdan artıq xərc çəkməsini iddia etmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, ekspertiza əsasında İddiaçı istifadəsində olan 6,0 ha torpaq sahəsində suyu toplamaq, suvarmada təzyiq yaratmaq üçün su saxlanc göllərinin yaradılmasına və borularla suvarma xətlərinin çəkilməsinə, o cümlədən torpaq sahəsini heyvanlardan qorumaq məqsədi ilə hasarlanmasına (metal torla) çəkilmiş xərcin dəyəri 40830 (qırx min səkkiz yüz otuz) manat məbləğində müəyyən edilmiş, həmçinin 6,0 ha sahənin (mübahisəli 2,3775 ha torpaq sahəsi daxil olmaqla) daxilində 1 ədəd, xaricində isə 3 ədəd artezian su quyusu qazılmışdır. Başqa sözlə, mübahisəli sahədə, yəni Cavabdeh aid sahədə 1 ədəd artezian quyusunun olması müəyyən edilmişdir. İşin bu halı Lerik Rayon İcra Hakimiyyəti Başçısının Kələxan kənd Ərazi İcra nümayənədəliyinin 01 dekabr 2025-ci il tarixli, 5-65- 20/2-57/2025 saylı arayışı ilə də təsdiq edilir. Lerik Rayon İcra Hakimiyyəti Başçısının Kələxan kənd Ərazi İcra nümayəndəliyi mübahisə predmeti olan torpaq sahəsindən təxmini 140 metr aralıqda yerləşən elektrik transformatoru 2008-ci ildə dövlət hesabına qazılmış subartezian quyusunun su nasosunu işlətməkdən ötrü 2008-ci ildə dövlət hesabına quraşdırılmasını göstərsə də, X21 X12 budaqlanma götürməklə 10 kv-luq hava xətti dəmir dayaqlarla çəkərək 160 kv-luq transformator quraşdırılmasına 29500 manat vəsaitin İddiaçı tərəfindən xərclənməsini göstərmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddia etdiyi elektrik transformatoru quraşdırılması ilə bağlı ziddiyyətli məqamlar olsa da, müəyyən edilmişdir ki, onun bu transformator vasitəsilə işlətməsinə istinad etdiyi qazılmış subartezian quyuların biri istisna olmaqla qalanları zəbt etdiyi torpaq sahəsindən kənarda olmuşlar. Yəni, başqa sözlə, o özünə məxsus sahələri suvarmaq üçün mübahisəli sahədə olan quyunun da elektrik təminatını bu tranformator vasitəsilə həyata keçirmişdir. İddiaçı zəbt etdiyi sahədə qazdırdığı artezian quyusuna konkret sərf edilmiş vəsaitlə bağlı dəfələrlə sübut növü təqdim edilməsi təklif edilsə də, belə bir sübut təqdim edilməmişdir. Məhkəmə şahid ifadəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Həmçinin şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Baxşıyev Zəfər Yüzbaşı oğlu izahatı İddiaçı iddia tələblərinin əsaslı olmasını təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, onun ifadəsində verdiyi məlumatlar həm İddiaçı maraq və mənafeyinə uyğun verilməsi kimi qiymətləndirilir, həm də bu məlumatlar işin digər araşdırılmış sübutları ilə öz təsdiqini tapmamışdır. Həmçinin onun ifadəsində hazırda həmin ərazidə Cavabdeh istifadəsində olması və qazılmış quyulardan biri onun torpaq sahəsinin içində, digərlərinin isə yaxınlığında yerləşməsi işin müəyyən edilmiş halları olmaqla bunun şahid ifadəsi ilə təsdiq edilməsinə zərurət olmamışdır. Məhkəmə, İddiaçı iddia tələblərinin əsaslandırması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduru xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.1, 21.2-ci maddələri) Məhkəmə daha sonra qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə, zərərin mövcud olması bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuranşəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Həmçinin də, iddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala - qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olub-olmadığı araşdırılmalıdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə hesab edir ki, İddiaçı tələbinin əsaslı olmasına dair izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, Əliyev X10 İnqilab Sahil oğlu və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 2,3775 ha hissəsinin bütövlüklə istifadə edərkən iddia etdiyi yaxşılaşdırmaları zəbt etdiyi sahə ilə birlikdə öz sahəsi üçün də etməsini nəzərə alındıqda belə bu işlərə görə zəbt etdiyi sahə üzrə məhz 300.000 (üç yüz min) manatdan artıq xərc çəkməsinə, başqa sözlə, Cavabdeh ona ziyan vurulmasına dair məhkəməyə heç bir mötəbər və tutarlı sübut növü təqdim etməmişdir. Həmçinin də İddiaçı tələbinin əldən çıxmış faydaya görə pul tələbi hissəsində öz tələbi ilə bağlı hər hansı sübut təqdim etməməklə yanaşı, əldən çıxmış fayda kimi müəyyən edilmiş 100.000 (yüz min) manat məbləğin hansı gəlirlərdən ibarət olmasını, həmin gəlirin hansı qaydada hesablandığını, əgər hüququ pozulmasaydı, həmin məbləği adi mülki dövriyyə şəraitində əldə edə biləcəyini təsdiq edən hansı sübutlarının olduğunu güstərməmiş, onun həmin torpaq sahəsindən hər hansı gəlir götürüb-götürmədiyini, gəlir götürmüşdürsə, həmin gəlirin məbləğinin nə qədər olduğunu və onun hansı qaydada müəyyən edildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, əldən çıxmış fayda şəklində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə ona əldən çıxmış fayda şəklində zərərin vurulmasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları da təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmyə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün əldən çıxmış fayda şəklində vurulmuş zərərin ödənilməsi ilə bağlı tələbinə dair lazımi sübutları təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Belə ki, Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından İddiaçı iddiası üzrə öz hüquqi mövqeyini sübut edilə bilmədiyi üçün iddiası əsaslı sayıla və təmin edilə bilməz. Cavabdeh iddia tələbləri üzrə: Cavabdeh iddia tələbləri əsasən Lerik Rayon Məhkəməsinin 2(048)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar üzərində qurulmuş və o, İddiaçı zəbt etdiyi 2,3775 ha torpaq sahəsində qazılmış süni gölün cavabdeh İddiaçı tərəfindən onun hesabına torpaqla doldurulması və yerə basdırılmış armaturlara bərkidilmiş metal tor hasarın onun mülkiyyət hüquqlarının pozulmasını iddia etmişdir. Qeyd edilən halların, yəni süni gölün yaradılması və yerə basdırılmış armaturlara bərkidilmiş metal tor hasarın çəkilməsinin mövcudluğu İddiaçı tərəfindən inkar edilməmişdir. Lakin qeyd edilən qətnamə icra edilərək mübahisəli torpaq sahəsi Cavabdeh qaytarılsa da, göstərilən göl və tor hasar həmin ərazidə qalmış və buna görə də o qazılmış süni gölün cavabdeh İddiaçı tərəfindən onun hesabına torpaqla doldurulması, torpaq sahəsinin onun tərəfindən və hesabına hamarlaşdırılması, yerə basdırılmış armaturlara bərkidilmiş metal tor hasarın onun tərəfindən və hesabına sökülməsi, ərazinin təmizlənməsini iddia etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı torpaq sahəsini məftil çəpərə salmaqla, orada süni göl düzəltməsi zamanı təbii ki, texnikadan istifadə edilmiş və bu da iddia edildiyi kimi torpaq sahəsinin hamarlığının pozulmasına və torpağın münbit qatına öz təsirini göstərməyə bilməz. Bütün bu işlər mülkiyyətçinin razılığı ilə görülmədiyi üçün və İddiaçı heç bir qanuni əsas olmadan Cavabdeh məxsus torpaq səhəsindən istifadə edərək torpaq sahəsinin hamarlığını pozması kimi hərəkətləri sonuncunun mülkiyyət hüququna qəsd kimi qiymətləndirilir. Buna görə də, o hazırki iddia ilə müraciət etməkdə haqlıdır. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddiaçı Cavabdeh İddiaçı orluna qarşı “torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsi üzərində aparılmış qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası təmin edilsin. Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN-0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə iddiaçı Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 2,3775 ha torpaq sahəsində qazılmış su saxlanc gölləri cavabdeh İddiaçı hesabına torpaqla doldurularaq hamarlaşdırılsın, yerə basdırılmış armaturlara bərkidilmiş metal tor hasar (140 metr) onun hesabına sökülsün. İddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizalarının dəyəri olan 200 (iki yüz) manat cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X6, KOD 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar