Məhkəmə qərarları › İş №e-2(048)-302/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-302/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-302/2024 13.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Abdullayev Oruc Helman oğlunun katibliyi, İddiaçı BOKT KREDEX QSC-nin cavabdeh X1 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT KREDEX QSC-nin direktoru X2 iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 06 mart 2023-cü il tarixli HQS-379-0024-23 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 900.53 manat cərimə borcu üzrə 260.62 manat olmaqla ümumilikdə 1161.15 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı BOKT KREDEX QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT KREDEX QSC ilə Cavabdeh arasında bağlanmış 04 mart 2023-cü il tarixli YMB-153-0017-23 saylı Kart vasitəsilə kreditin verilməsinə dair müqaviləsinə əsasən, İddiaçı həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Təhvil-təslim aktında qeyd edilmiş malları Cavabdehə satmağı, Cavabdeh isə həmin malların 1490 (bir min dörd yüz doxsan) manat məbləğində olan dəyərini 18 (on səkkiz) ay müddətində İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə üzrə İddiaçı malları Cavabdehə təqdim edərək müqavilə üzrə müvafiq öhdəliyini yerinə yetirsə də, Cavabdeh öhdəliklərin icrasından yayınmaqdadır. 04 mart 2023-cü il tarixli YMB-153-0017-23 saylı Kart vasitəsilə kreditin verilməsinə dair müqavilə üzrə öhdəliklərini İddiaçı qarşısında icra etməyən Cavabdehin 09 fevral 2024-cü il tarixinə 900.53 (doqquz yüz manat, əlli üç qəpik) manat əsas borc, 260.62 (iki yüz altmış manat, altmış iki qəpik) manat cərimə olmaqla, cəmi 1161.15 (bir min yüz altmış bir manat, on beş qəpik) manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdiyini, işə onların iştirakı olmadan baxılıb məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 04 mart 2023-cü il tarixli YNB-153-0017-23 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı BOKT KREDEX QSC tərəfindən Cavabdeh 1490 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə BOKT KREDEX QSC-yə ödənilməli olan əsas borcu ödəməmişdir. Halbuki, 04 mart 2023-cü il tarixli YNB-153-0017-23 saylı müqaviləsinə əsasən Cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti banka qaytarmağı, kredit və cərimə üzrə hesablanmış faizləri ödəmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı BOKT KREDEX QSC -dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 06 mart 2023-cü il tarixli HQS-379-0024-23 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 900.53 manat cərimə borcu üzrə 15 manat olmaqla ümumilikdə 915.53 manat və 30 manat ödənilmiş dövlət rüsumu, tutularaq BOKT KREDEX QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar