Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-398/2024 18.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizulı oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdeh X2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 2314.16 manat əsas borc,444.61 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla cəmi ümumilikdə 3258.77 manat məbləğində borcun və 53.40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə İbrahimova Xatirə Canəli qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BAKU1- 45498-19695 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 23 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir.İbrahimova Xatirə Canəli qızı kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 18 saylı notariat ofisnin 28 fevral 2024-cü il tarixli və məktubu və ona əlavə edilmiş sənədlərdən görünürki, X3 mərhumun bütün əmlakını qəbul etmiş, mərhumun oğlu X4 isə ona çatan miras əmlakından imtina etmişdir.Miras əmlakın Hacıiyev Canəli oğlu qəbul etdiyinə görə iddianıda ona qaldırmışlar. İbrahimova Xatirə Canəli qızının 05 mart 2024-cü il tarixinədək 2314.16 manat əsas borc,444.61 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 3258.77 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. İş materiallarina əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki,Azərbaycan Repsublikasının Təhsil Nazirliyi Baki şəhəri üzrə təhsil idarəsi 4 saylı xidmət və əməliyyat mərkəzinin xx.xx.2022-ci il tarixli 58 nömrəli məktubuna əsasən əmək haqqının üç misli miqdarında 2610 manat 72 qəpik ödənilməmiş məbləğı və xəstəlik məbləğinin pulu 590 manat 47 qəpik məbləğindən ibarətdir. İş materiallarina əlavə edilmiş ölüm haqqında şəhdatənamənin surətindən görünür ki, İbrahimova Xatirə Canəli qızı. xx.xx.2022-ci il tarixdə qaraciyər hüceyrəli xərcəng səbəbindən vəfat etmişdir. İş materiallarina əlavə edilmiş ölüm haqqında şəhdatənamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə kəskin ürək çatışmamazliği səbəbindən vəfat etmişdir. İş materiallarina əlavə edilmiş AZE 0******* nömrəli səxisyyət vəsiqəsinin surətindən görünür ki, X15 oglu xx.xx.1936 ci il tarixdə Lerik rayon Almu kəndində anadan olmuşdur. İş materiallarina əlavə edilmiş AA3833114 nömrəli səxisyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarina əlavə edilmiş xx.xx.2021-ci il tarixli BAKU1-45498-19695 saylı kredit müqaviləsindən görünür ki, İbrahimova Xatirə Canəli qızı illik 23 % olmaqla 5000 manat kredit götürmüşdür. İş materiallarina əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışindan görünür ki ,İbrahimova Xatirə Canəli qızının 2314.16 manat əsas borcu,444.61 manat faiz borcu, 500 manat cərimə borcu olmaql cəmi 3258.77 manat borcu var. İş materiallarina əlavə edilmiş Paşa Bank ASC tərəfindən verilmiş xx.xx.2024 -cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müracıət edərkən 53 manat dövlət rüsumu ödəmişdir. İş materiallarina əlavə edilmiş mirasın qəbul edilməsi və vərəsəlik barədə olan X7 tərəfindən yazılan ərizədən görünür ki, 12 oktyabr 2022-vi il tarixdə vəfat etmiş qızı olan İbrahimova Xatirə Canəli qızından qalan miras əmlakın qəbul etmişdir. İş materiallarina əlavə edilmiş X6 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş anasi İbrahimova Xatirə Canəli qızından irs qalmış bütün mirasın ona çatan hissəsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, İbrahimova X9 Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən 5000 manat məbləğində kredit götürmüşdür.O, müqavilə üzrə öhdəliklərini tam icra etməmişdir. X17 Kredit Təşkilatı "xxxx" MMC-yə 3258.77 manat borcu yaranmışdır. İbrahimova Xatirə Canəli qızı xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra bütün miras əmlakını atası X8 qəbul etmişdir. İbrahimova Xatirə Canəli qızının oğlu X6 mirasın ona qalan hissəsindən imtina etmişdir. Miras əmlakın X8 qəbul etdiyinə görə iddianıda ona qaldırmışlar. Ona görə də cavabdeh X8 iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli BAKU1-45498-19695 saylı kredit müqaviləsinə əsasən cavabdeh X1 2314.16 manat əsas, 444.61 manat faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 2778.77 manat borc tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC--nin xeyrinə verilməlidir. Bundan əlavə məhkəmə cavabdehdən tələb olunan cərimə məbləğinin 20 manat həddinədək azldılmasın məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 53.40 manat dövlət rüsumunun 48.09 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 5.31 manatı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X1 2314.16 manat əsas, 444.61 manat faiz, 20 manat faiz borcu cəmi 2778.77 manat məbləğində pul tutulub Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 53.40 manat dövlət rüsumunun 48.09 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 5.31 manatı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №e-2(048)-398/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-398/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver