Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-462/2025 24.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2035,46 (iki min otuz beş manat qırx altı qəpik) manat pulun və mediasiya üçün ödənilmiş 55 (əlli beş) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-cü il tarixli 412 saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin OBA Maştağa 1 mağazasında çalışdığı zaman xx.xx.2022-ci il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 3034,57 manat zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2035,46 (iki min otuz beş manat qırx altı qəpik) manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-462/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, Cavabdeh inventarizasiya ilə bağlı sayımda iştirak etmiş, bütün malların sayıldığı ona bildirilmiş, sayım əməkdaşlarından heç bir narazılığı olmamışdır. Cavabdeh mağazada oğruluq edildiyini iddia etsə də, bununla bağlı polisə heç bir müraciət olunmamış, İddiaçı MMC-yə bununla bağlı heç bir sübut təqdim olunmamışdır. Həmçinin cavabdeh öz razılığı ilə işdən azad edildikdən və yeni mağaza müdiri təyin olunduqdan sonra növbədənkənar inventarizasiya aparılmış, inventarizasiya zamanı sayımda mağazada olan mallarda artıq gəlmə halı deyil, əksinə əskik gəlmə halı aşkarlanmışdır. Mail yazışmaları ilə bağlı isə bildirir ki, artıq hadisənin üzərindən uzun müddət keçdiyindən mail yazışmaları qalmamışdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 269 saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən etibarən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli 491 saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən etibarən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə administrator vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş “X3 haqqında müqavilə”dən görünür ki, İddiaçı MMC ilə Cavabdeh işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli iltizamnamədən görünür ki, Cavabdeh sayımda tam olaraq iştirak etmiş, bütün malların sayıldığı ona bildirilmiş, sayım əməkdaşlarından heç bir narazılığı olmamış, qarşılaşdırma olunmuş, ona verilmiş kəsr vərəqlərini səhhəti ilə əlaqədar yoxlaya bilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsindən və İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli 412 saylı əmrindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixindən Cavabdeh əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “İmtina aktı”ndan görünür ki, İddiaçı MMC-nin Oba – Maştağa 1 mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh öhdəsində olan ticari malların yoxlanılması məqsədi ilə inventarizasiya prosesində iştirak etsə də, İnsan Resurslarına təqdim olunan faktiki yaşayış ünvanına xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, müvafiq aktları təsdiqləməkdən imtina etdiyi üçün maddi məsul şəxs Cavabdeh iştirakı olmadan inventarizasiya aparıb nəticəsini müvafiq qaydada aktlaşdırmışlar. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də çalışdığı Oba- Maştağa 1 mağazasında xx.xx.2022-ci il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (Təhvil-təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalaması ilə bağlı Daxili Nəzarət Departamentinə yaxınlaşması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin sabiq adminstratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 22 may 2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-d il tarixində 3034,57 (üç min otuz dörd manat əlli yeddi qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 2035 (iki min otuz beş) AZN borc qalmışdır. Beləliklə, Cavabdeh 22 may 2023-ci il tarixinə “OBA Market" MMC-yə olan ümumi borcu 2035 (iki min otuz beş) AZN təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Daxili Nəzarət Departamentinin Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış və 2035 AZN əskik gəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də, İddiaçı MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatı aparmalıdır. 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən satıcı-kassir, xx.xx.2021-ci il tarixdə administrator vəzifəsinə işə qəbul edilmiş, işə qəbul edilərkən onunla X3 haqqında müqavilə imzalanmış, xx.xx.2022-ci il tarixdə işlədiyi Oba – Maştağa 1 mağazasında inventarizasiya yoxlaması keçirilən zaman 3034,57 (üç min otuz dörd manat, əlli yeddi qəpik) manat kassa kəsri olması müəyyən edilmiş, yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2035 (iki min otuz beş) manat borcu qalmışdır. İşin materiallarından görünür ki, Cavabdeh işə qəbul edilərkən onunla X3 haqqında müqavilə imzalanmışdır. Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış maddi ziyanın ödənilməsi hissəsində mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. -194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. - 200-ci maddəsinə əsasən, 1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X3 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X3 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən X3 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. 5. X3 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. - 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. - 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X3 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Göstərilənlərə əsasən məhkəmə vurulmuş zərərlə bağlı iddiaçı tərəfin təqdim etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, göstərilənlərə əsasən iddiaçıya vurulmuş maddi ziyanın Cavabdeh tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2035,46 (iki min otuz beş manat qırx altı qəpik) manat məbləğində pul və 55 (əlli beş) manat məhkəmə xərci (mediasiya xərci) tutulub İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2035,46 (iki min otuz beş manat qırx altı qəpik) manat məbləğində pul və 55 (əlli beş) manat məhkəmə xərci (mediasiya xərci) İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-462/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-462/2025
24.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver