Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № e-2(048)-57/2024 11.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı “X1”ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X1”ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5042,17AZN əsas, 214,31 AZN faiz, 35,05 AZN cərimə, cəmi 5291,53 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 73.32 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 11 yanvar 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı “X1”ASC təyin olunmuş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanmasına heç bir etiraz etmədi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin, 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı “X1”ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu mailto:contact@lerikcourt.gov.azElektron ünvan «11» yanvar 2024-cü il № 2 (048)-57/2024 "Unibank Kommersı̇ ya Bankı" Açiq Səhmdar Cəmı̇ yyətı̇ nə Şəmkir şəhəri, 20 Yanvar küç 1 Surəti: Cavabdeh Lerik ray, Çayrud kəndi Lerik Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(048)-57/2024 saylı qərardadı Sizə göndərilir. Qoşma: 02 vərəqədə qərardad hər bir ünvana. Məhkəmənin sədri: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №e-2(048)-57/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №e-2(048)-57/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver