Məhkəmə qərarları › İş №e-2(048)-635/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-635/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-635/2025 15.01.2026 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin – Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC – Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə CL-EE003021232 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 16692,58 (on altı min altı yüz doxsan iki manat əlli səkkiz qəpik) manat əsas borc və 1660 (min altı yüz altmış) manat faiz borcu olmaqla, cəmi 18352,58 (on səkkiz min üç yüz əlli iki manat əlli səkkiz qəpik) manat borcun və ödənilmiş 147,56 (yüz qırx yeddi manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış CL-EE003021232 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 17,9 faizlə 48 ay müddətinə 19000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən CL-EE003021232 saylı, xx.xx.2024-cüil tarixli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə cavabdehin əsas borc üzrə 16692,58 manat və faiz borcu üzrə 1660 manat olmaqla, cəmi 18352,58 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 145,06 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixində 6-2-22/2-19486/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Sonradan iddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 16692,58 (on altı min altı yüz doxsan iki manat əlli səkkiz qəpik) manat əsas borc, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş (17,9 %-lə hesablanmış) 1679,57 (min altı yüz yetmiş doqquz manat əlli yeddi qəpik) manat faiz borcu və pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş (5 %-lə hesablanmış) 463,68 (dörd yüz altmış üç manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 18835,84 (on səkkiz min səkkiz yüz otuz beş manat səksən dörd qəpik) manat borcun, 146,51 (yüz qırx altı manat əlli bir qəpik) manat dövlət rüsumunun 0,8 (səksən qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında ehtiyacı olduğu üçün bankdan 19000 manat məbləğində kredit götürdüyünü, əvvəl işlədiyi üçün ödənişlər etdiyini, sonradan işdən çıxdığı üçün ödənişlər edə bilmədiyini, kredit borcu ödəyə bilmədiyi üçün faiz məbləğinin dayandırılması barədə banka müraciət etdiyini, lakin heç bir nəticəsi olmadığını, borc məbləğini birdəfəlik ödəməyə maddi imkanının olmadığını, borcunu hissə-hissə ödəyə biləcəyini bildirərək iddia tələbinin faizlərin tutulması hissəsində təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış CL- EE003021232 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh illik 17,9 faiz olmaqla 48 ay müddətinə 19000 manat məbləğində kredit vermişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh CL-EE003021232 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə "xxxx" ASC-yə 16692,58 (on altı min altı yüz doxsan iki manat əlli səkkiz qəpik) manat əsas borc və 1660 (min altı yüz altmış) manat faiz borcu olmaqla, cəmi 18352,58 (on səkkiz min üç yüz əlli iki manat əlli səkkiz qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Cavabdeh arasında bağlanmış CL-EE003021232 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə 19000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müqavilədə göstərilən müddətdə və qaydada kredit üzrə hesablanacaq faizləri qaytarmağı öz öhdəsinə götürmüş, kredit vəsaitindən istifadə etmiş, lakin 16692,58 (on altı min altı yüz doxsan iki manat əlli səkkiz qəpik) manat məbləğində əsas və 1660 (min altı yüz altmış) manat faiz borcunu ödəməmiş, bununla müqavilənin şərtlərini pozmuşdur. Göstərilənləri nəzərə alaraq, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin 3 (üç) gün müddətində tam yerinə yetirilməsi xahiş edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Lerik Rayon Məhkəməsinin 2(048)-635/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin – Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2025-ci il tarixli 9/3677 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış CL-EE003021232 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2025-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu əsas borc üzrə 16691,3 (on altı min altı yüz doxsan bir manat otuz qəpik) manat, faiz borcu üzrə 1651,56 (min altı yüz əlli bir manat əlli altı qəpik) manat olmaqla, ümumilikdə 18342,86 (on səkkiz min üç yüz qırx iki manat səksən altı qəpik) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh CL-EE003021232 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə "xxxx" ASC-yə ödənilməmiş 16692,58 (on altı min altı yüz doxsan iki manat əlli səkkiz qəpik) manat əsas borc, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş (17,9 %-lə hesablanmış) 1679,57 (min altı yüz yetmiş doqquz manat əlli yeddi qəpik) manat faiz borcu və pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş (5 %-lə hesablanmış) 463,68 (dörd yüz altmış üç manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 18835,84 (on səkkiz min səkkiz yüz otuz beş manat səksən dörd qəpik) manat məbləğində borcu vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC Cavabdeh CL-EE003021232 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən illik 17,9 faiz olmaqla 48 ay müddətinə 19000 manat məbləğində kredit vermişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və bu səbəbdən borcalan Cavabdeh Banka kredit borcu yaranmışıdr. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. - 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC ilə bağladığı müqaviləyə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlər vaxtında aparılmamış öhdəliyin icrası gecikdirilmişdir və bu səbəbdən Bank qarşısında hazırda məsuliyyət-cavabdehlik daşıyır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizin ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə borcun həcmi ilə bağlı qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh CL- EE003021232 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə "xxxx" ASC-yə ödənilməmiş 16692,58 (on altı min altı yüz doxsan iki manat əlli səkkiz qəpik) manat əsas borc, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş (17,9 %-lə hesablanmış) 1679,57 (min altı yüz yetmiş doqquz manat əlli yeddi qəpik) manat faiz borcu və pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş (5 %-lə hesablanmış) 463,68 (dörd yüz altmış üç manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 18835,84 (on səkkiz min səkkiz yüz otuz beş manat səksən dörd qəpik) manat məbləğində borcu vardır. Məhkəmə tərəfindən iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 18 noyabr 2025-ci il tarixli 9/3677 saylı ekspert rəyinə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış CL-EE003021232 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2025-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu əsas borc üzrə 16691,3 (on altı min altı yüz doxsan bir manat otuz qəpik) manat, faiz borcu üzrə 1651,56 (min altı yüz əlli bir manat əlli altı qəpik) manat olmaqla, ümumilikdə 18342,86 (on səkkiz min üç yüz qırx iki manat səksən altı qəpik) manat məbləğində borcu müəyyən edilmişdir. Məhkəmə, ekspertiza rəyini mötəbər sübut kimi qiymətləndirir və qəbul edir. Belə ki, rəyi təkzib edən hər hansı bir sübut növü məhkəmyə təqdim edilməmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini və iddia tələbinin həcmini nəzərə alaraq hesab edir ki, pretenziya məktubunun göndərilmə tarixinə qədər ödənilməmiş faiz borcu ekspertiza rəyi ilə müəyyən edilən 1651,56 (min altı yüz əlli bir manat əlli altı qəpik) manat məbləğində tutulmalıdır. Məhkəmə həmçinin iddia tələbinin “pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş (5 %-lə hesablanmış) 463,68 (dörd yüz altmış üç manat altmış səkkiz qəpik) manat faiz borcunun tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğv etmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki: “1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. 2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Həmin qərara əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixli bildirişlə borcun ödənilməsi və müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədən sonra yaranmış olan öhdəliklərin icrasını cavabdehdən tələb etmək hüququ tanınmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu (bildiriş) göndərilməklə birtərəfli qaydada ləğv edildiyindən faiz borcu həmin tarixdən sonra 5 faizlə hesablanmalıdır. Odur ki, pretenziya məktubunun göndərilmə tarixindən sonra ödənilməmiş (5%-lə hesablanmış) 463,68 (dörd yüz altmış üç manat altmış səkkiz qəpik) manat faiz borcu da Cavabdeh tutulmalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 146,42 (yüz qırx altı manat qırx iki qəpik) manat hissəsi və 0,8 (səksən qəpik) mnanat bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 90 (doxsan) manat hissəsi cavabdehdən, 10 (on) manat hissəsi iddiaçıdan tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh CL-EE003021232 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 16692,58 (on altı min altı yüz doxsan iki manat əlli səkkiz qəpik) manat əsas borc, 1651,56 (min altı yüz əlli bir manat əlli altı qəpik) manat faiz borcu, pretenziya məktubunun göndərilməsindən sonra 5% hesablanmış 463,68 (dörd yüz altmış üç manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 18807,82 (on səkkiz min səkkiz yüz yeddi manat səksən iki qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun 146,42 (yüz qırx altı manat qırx iki qəpik) manat hissəsi və 0,8 (səksən qəpik) manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 90 (doxsan) manat hissəsi cavabdehdən, 10 (on) manat hissəsi iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh CL-EE003021232 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 16692,58 (on altı min altı yüz doxsan iki manat əlli səkkiz qəpik) manat əsas borc, 1651,56 (min altı yüz əlli bir manat əlli altı qəpik) manat faiz borcu, pretenziya məktubunun göndərilməsindən sonra 5% hesablanmış 463,68 (dörd yüz altmış üç manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 18807,82 (on səkkiz min səkkiz yüz yeddi manat səksən iki qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun 146,42 (yüz qırx altı manat qırx iki qəpik) manat hissəsi və 0,8 (səksən qəpik) manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manatın 90 (doxsan) manat hissəsi Cavabdeh, 10 (on) manat hissəsi "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar