Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-644/2023 30.11.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin etibarnamə üzrə əlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 avqust 2017-ci il tarixdi LAN-182702/17 nömrəli kredit müqaviləsi üzrə 5217.50 (beş min iki yüz on yeddi manat 50 qəpik) manat əsas, 2332.04 (iki min üç yüz otuz iki manat 04 qəpik) manat faiz, 19.96 (on doqquz manat 96 qəpik) manat cərimə və 239.04 (iki yüz otuz doqquz manat 04 qəpik) manat kredit müqaviləsinin müddəti bitandan sonra AR Konstitusiya Mahkamasinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən ilk 5%- la hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 98.09 (doxsan səkkiz manat 09 qapik) manat dövlət rüsumunun cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "AmrahBank ASC-nin xeyrinə tutulması dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Şabanov Abdulla Rufulla oğlu arasında 04 avqust 2017-ci il tarixli № LAN- 182702/17 saylı kredit müqaviləsi bağlanaraq borcalana 60 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə, 8532 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Şifahi əldə olunmuş məlumata əsasən borcalan Şabanov Abdulla Rufulla oğlu vəfat etmişdir. Tərəflər arasında bağlanmış Kredit (bank hesabı, kredit və zaminlik) müqaviləsinə əsasən borclu götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaranmış mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 ilə 04 avqust 2017ci il tarixli № LAN-182702/17 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bununla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Hazırda borclunun banka 5217.50 (beş min iki yüz on yeddi manat 50 qəpik) manat əsas, 2332.04 (iki min üç yüz otuz iki manat 04 qəpik) manat faiz, 19.96 (on doqquz manat 96 qəpik) manat cərimə və 239.04 (iki yüz otuz doqquz manat 04 qəpik) manat kredit müqaviləsinin müddəti bitandan sonra AR Konstitusiya Mahkamasinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən ilk 5%- lə hesablanmış faiz borcu vardır. İddiaçının nümayəndəsi R.Bağırov ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, 04 avqust 2017-ci il tarixli № LAN-182702/17 saylı kredit müqaviləsi bağlanaraq borcalan Şabanov Abdulla Rufulla oğluna 60 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə, 8532 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 04 avqust 2017-ci il tarixli № LAN-182702/17 saylı kredit müqavilələrdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş 19 iyul 2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 avqust 2017-ci il tarixli № LAN-182702/17 saylı kredit müqaviləsinə əsasən Şabanov Abdulla Rufulla oğlu İddiaçı ASC-yə 06 iyul 2023-cü il tarixə 5217.50 (beş min iki yüz on yeddi manat 50 qəpik) manat əsas, 2332.04 (iki min üç yüz otuz iki manat 04 qəpik) manat faiz, 19.96 (on doqquz manat 96 qəpik) manat cərimə və kredit müqaviləsi bitəndən sonra AR konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 239.04 (iki yüz otuz doqquz manat 04 qəpik) manat olmaqla cəmi ümumilikdə 7808 (yeddi min səkkiz yüz səkkiz) manat borcu vardır. Göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-ə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iş materiallarına əlavə edilmiş zaminlik müqaviləsini də nəzərdən keçirib hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 əsas borclu Şabanov Abdulla Rufulla oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank qarşısında cavabdehliyi öz üzərlərinə götürdüyündən kredit borcu və ona hesablanmış faizlər cavabdehlərdən eyni həcmdə tutularaq iddiaçının xeyrinə verilməlidir. Məhkəmə cavabdehlərdən tələb olunan cərimə məbləğinin silinməsini məqsədə müvafiq hesab etmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 98.09 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı işə iddia icraatı qaydasında baxıldığından iddiaçı tərəfindən ödənilmiş 98.09 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5217.50 (beş min iki yüz on yeddi manat 50 qəpik) manat əsas, 2332.04 (iki min üç yüz otuz iki manat 04 qəpik) manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 239.04 (iki yüz otuz doqquz manat 04 qəpik) manat olmaqla cəmi ümumilikdə 7788.58 (yeddi min yeddi yüz səksən səkkiz manat 58 qəpik) manat borc pul və 98.09 (doxsan səkkiz mant 09 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 11 dekabr 2023-ci il № 2 (048)-644/2023 İddiaçı ASC ( Bakı şəhəri, Xətai ray.,Babək pr-ti 16) surəti: Cavabdeh1 Lerik rayonu Tikəband kəndi surəti: Cavabdeh2 Lerik rayonu Tikaband kəndi Lerik Rayon Məhkəməsinin 11 dekabr 2023-ci il tarixli 2(048)-644/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 04 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №e-2(048)-644/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-644/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver