Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-656/2023 11.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ X2 Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçıASC-nin Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı LPO İddiaçıASC-nin Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 606.86 ABŞ dolları əsas borc 384.90 ABŞ dolları faiz borcu, 1915.07 ABŞ dolları cərimə borcu,kredit müqaviləsi bitəndən sonra AR konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 85.28 ABŞ dolları olmaqla cəmi ümumilikdə 2992.11 ABŞ dolları pulun və ödənilmiş 70.87 manat dövlət rüsumunun alınaraq iddiaçı LPO İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 80002605 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 26 faiz dərəcəsi ilə 6350 ABŞ doları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci taridi əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") 4497.17 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdı. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu elavə Saziş imzalandığı tarixdən etibaran illik 8% ödənilməli olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə, bu müqaviləyə əsasən borcverən göstərilən məbləğdə və müddətə borcalana kredit verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürür. 05.06 2023-cü il tarixə Hasanov Ehtiram Ehram oğlunun kredit üzrə cəmi borcu 2992.11 ABŞ dollan təşkil edir. Bundan 606.86 ABŞ dolları asas, 384.90 ABŞ dollan faiz, 1915.07 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanımış 85.28 ABŞ dolları borcu təşkil edir. İddiaçının LPO İddiaçıASC-nin Vəkalətnamə üzrə nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edib, iddia tələbini müdafiə etdiyini göstərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı LPO İddiaçıASC tərəfindən Cavabdeh 24 ay müddətinə 6350 ABŞ doları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 16 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə 05 iyun 2023-cü il tarixə iddiaçı LPO İddiaçıASC-yə 606.86 ABŞ dolları əsas borc 384.90 ABŞ dolları faiz borcu, 1915.07 ABŞ dolları cərimə borcu,kredit müqaviləsi bitəndən sonra AR konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 85.28 ABŞ dolları olmaqla cəmi ümumilikdə 2992.11 ABŞ dolları vardır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə LPO İddiaçıASC-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, 26 may 2014-cü il tarixli kredit müqaviləsinin 5.4.3-cü bəndinə əsasən Cavabdeh ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə krediti, ona hesablanmış faizləri, cərimələri və sair haqları ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı LPO İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin heç bir yerdə işləmədiyini nəzərə alaraq cavabdehdən tələb olunan cərimə məbləğini 35 ABŞ dolları həddinədək azaldılamsın məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 70.87 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 70.87 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 606.86 ABŞ dolları əsas borc 384.90 ABŞ dolları faiz borcu, 35 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 85.28 ABŞ dolları faiz borcu olmaqla cəmi ümumilikdə 1112.04 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına məzənnəsi ilə) pulun və 70.87 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı LPO İddiaçıASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atəbəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 11 dekabr 2023-ci il № 2 (048)-656/2023 LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Bakı şəhəri, Xətai ray., Babaək pr.,16) Surəti: Cavabdeh (Lerik rayonu Pirasora kəndi ) Lerik Rayon Məhkəməsinin 11 dekabr 2023-ci il tarixli 2 (048)-656/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atəbəy Kiçibəyov
Məhkəmə qərarları › İş №e-2(048)-656/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-656/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver