Məhkəmə qərarları › İş №e-2(048)-685/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-685/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-685/2024 18.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB (Azərbaycan)» ASC - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə iddiaçı “Bank VTB (Azərbaycan)» ASC arasında bağlanmış 27 aprel 2023-cü il tarixli, 331861-CNS- 44802 saylı “Borcun restrukturizasina dair müqaviləsi”nə əsasən Cavabdeh iddiaçı “Bank VTB (Azərbaycan)» ASC-nin xeyrinə 8355,04 (səkkiz min üç yüz əlli beş manat dörd qəpik) manat əsas borc, 349,67 (üç yüz qırx doqquz manat altımış yeddi qəpik) manat faiz borcu və 97,4 (doxsan yeddi manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 8802,11 (səkkiz min səkkiz yüz iki manat on bir qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 108,02 (yüz səkkiz manat iki qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2023-cü il tarixli, 331861-CNS-44802 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 27 aprel 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2021-ci il tarixli, 331861-CNS- 26984 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 11 faiz hesablanması şərti ilə 36 ay müddətinə 8355,04 (səkkiz min üç yüz əlli beş manat dörd qəpik) manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 8355,04 (səkkiz min üç yüz əlli beş manat dörd qəpik) manat əsas borc, 349,67 (üç yüz qırx doqquz manat altımış yeddi qəpik) manat faiz borcu və 97,4 (doxsan yeddi manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 8802,11 (səkkiz min səkkiz yüz iki manat on bir qəpik) manat məbləğində borcu qalmışdır. Borclu Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış borcu barədə xx.xx.2024-cü il tarixli, 2010 P saylı pretenziya məktubu göndərilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2023-cü il tarixli, 331861-CNS-44802 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”ndən görünür ki, “kredit alan”ın “Bank”a 27 aprel 2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2021-ci il tarixli, 331861-CNS- 26984 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 11 faiz hesablanması şərti ilə 36 ay müddətinə 8355,04 (səkkiz min üç yüz əlli beş manat dörd qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 aprel 2023-cü il tarixli, 331861-CNS-44802 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 8355,04 (səkkiz min üç yüz əlli beş manat dörd qəpik) manat əsas borc, 349,67 (üç yüz qırx doqquz manat altımış yeddi qəpik) manat faiz borcu və 97,4 (doxsan yeddi manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 8802,11 (səkkiz min səkkiz yüz iki manat on bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bank cavabdehdən 8355,04 manat əsas borc, 349,67 manat faiz borcu və 97,4 manat cərimə borcu olmaqla, cəmi 8802,11 manat vəsaiti 3 iş günü müddətində Banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olduğundan Cavabdeh 27 aprel 2023-cü il tarixli, 331861-CNS-44802 saylı “Borcun restrukturizasiyasına dair müqavilısi”nə əsasən 8355,04 (səkkiz min üç yüz əlli beş manat dörd qəpik) manat məbləğində əsas borc və 349,67 (üç yüz qırx doqquz manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbində göstərilən “97,4 (doxsan yeddi manat qırx qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 8355,04 (səkkiz min üç yüz əlli beş manat dörd qəpik) manat məbləğində əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 97,4 (doxsan yeddi manat qırx qəpik manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 30 (otuz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində qeyd edilən məbləğdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 108,02 (yüz səkkiz manat iki qəpik) manat məbləğində dövlət rüsumunun 107,34 (yüz yeddi manat otuz dörd qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 0,68 (altımış səkkiz) qəpik hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 27 aprel 2023cü il tarixli, 331861-CNS-44802 saylı “Borcun restrukturizasiyasına dair müqavilə” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 27 aprel 2023-cü il tarixli, 331861-CNS-44802 saylı “Borcun restrukturizasiyasına dair müqavilə”yə əsasən 8355,04 (səkkiz min üç yüz əlli beş manat dörd qəpik) manat məbləğində əsas borc, 349,67 (üç yüz qırx doqquz manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 8734,71 (səkkiz min yeddi yüz otuz dörd manat yetmiş bir qəpik) manat məbləğində borc və ödənilmiş 108,02 (yüz səkkiz manat iki qəpik) manat dövlət rüsumunun 107,34 (yüz yeddi manat otuz dörd qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 aprel 2023-cü il tarixli, 331861-CNS-44802 saylı “Borcun restrukturizasiyasına dair müqavilə”yə əsasən 8355,04 (səkkiz min üç yüz əlli beş manat dörd qəpik) manat məbləğində əsas borc, 349,67 (üç yüz qırx doqquz manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu və 30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 8734,71 (səkkiz min yeddi yüz otuz dörd manat yetmiş bir qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 107,34 (yüz yeddi manat otuz dörd qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar