Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № e-2(048)-726/2025 18.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlu, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5151,11 manat əsas borc, 290,19 manat faiz borcu və 38,4 manat cərimə borcu olmaqla, cəmi 5479,7 manat məbləğində kredit borcunun, həmçinin dövlət büdcəsinə köçürülmüş 74,79 manat məbləğində dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet səhifəsindən (justice.gov.az) alınmış məlumatdan görünür ki, Cavabdeh adına vərəsəlik işi aşkar edilməmişdir. Göründüyü kimi hazırki iddia tələbinin predmeti kredit müqaviləsi üzrə yaranmış pul tələbidir. Cavabdeh borclu Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmiş və onun adına vərəsəlik işi açılmamışdır. Mübahisə edilən hüquq münasibəti üzrə vəfat etmiş cavabdehin varislərinin mövcudluğuna dair məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı “X1 Azərbaycan” QSCnin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.7, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Məhkəməyə müraciət etmək üçün iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən ödənilmiş 74,79 (yetmiş dörd manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli, **********23 saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-726/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №e-2(048)-726/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver