Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-762/2024 04.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin – Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC – Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 5794,89 (beş min yeddi yüz doxsan dörd manat səksən doqquz qəpik) manat əsas borc, 628,28 (altı yüz iyirmi səkkiz manat iyirmi səkkiz qəpik) manat faiz borcu və 193,56 (yüz doxsan üç manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6616,73 (altı min altı yüz on altı manat yetmiş üç qəpik) manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 86,17 (səksən altl manat on yeddi qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 008A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizə əsasında o, aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 205,11 (iki yüz beş manat on bir qəpik) manat ödəniş etmiş və оnun iddiaçıya 5794,89 (beş min yeddi yüz doxsan dörd manat səksən doqquz qəpik) manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasındək hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 640 gün üçün hesablanmış faiz borcu 628,28 (altı yüz iyirmi səkkiz manat iyirmi səkkiz qəpik) manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 640 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 193,56 (yüz doxsan üç manat əlli altı qəpik) manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İş materiallarına əlavə edilmiş AR DİNin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən arayışdan cavabdeh X2 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən məlum olmuşdur ki, mərhum X2 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mövcuddur. Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyəti başçısının Lerik Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 404 saylı məktuba əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mərhumun arvadı Cavabdeh faktiki istifadəsindədir. Cavabdeh qeyd olunan fərdi yaşayış evindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onun tərəfindən qəbul edilmiş hesab edildiyindən Cavabdeh mərhum X2 faktiki vərəsəsi hesab edilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında krediti mərhum həyat yoldaşının götürdüyünü, onun bu kreditdən məlumatının olmdadığını, həyat yoldaşı vəfat etməmişdən bir il qabaq Bakı şəhərinə gedərək onlardan ayrı yaşadığını, krediti nəyə xərclədiyini bilmədiyini, həyat yoldaşı vəfat edəndən bir ay sonra bank tərəfindən ona zəng olunaraq mərhum həyat yoldaşının İddiaçı QSC-yə borcunun olduğu barədə xəbardarlıq edildiyini, hazırda üç uşağı ilə birlikdə yaşadıqları ev yoldaşının adına olsa da, faktiki olaraq qaynına məxsus olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 008A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən X3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixli, 008A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə İddiaçı QSC-yə 5794,89 (beş min yeddi yüz doxsan dörd manat səksən doqquz qəpik) manat əsas borc, 628,28 (altı yüz iyirmi səkkiz manat iyirmi səkkiz qəpik) manat faiz borcu və 193,56 (yüz doxsan üç manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6616,73 (altı min altı yüz on altı manat yetmiş üç qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Republikasının İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-ci il tarixli cavab məktubundan görünür ki, X2 adına Lerik qəsəbəsi, Ərdəbil küçəsi 3B ünvanında yerləşən və yaşayış sahəsi 62,6 kv.m. olan fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli, 220 nömrəli Qeydiyyat vəsiqəsi ilə, Lerik qəsəbəsində yerləşən və ümumi birgə mülkiyyətdə olan 1,17 ha pay torpaq sahəsi xx.xx.2005-ci il tarixli,JN-0049 nömrəli “Torpağa mülkiyyət hüquqna dair” Dövlət Aktı ilə və Lerik qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,07 ha həyətyanı torpaq sahəsi xx.xx.2006-ci il tarixli, JN- 605A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Republikası Lerik RİHB-nın Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Lerik Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 404 nömrəli məktubdan görünür ki,1970-ci il təvəllüdlü X8 vəfat etmişdir. 1981-ci il təvəllüdlü arvadı Cavabdeh Lerik rayonu, Livədirqə kənd qeydiyyatında olmasına baxmayaraq Lerik şəhəri, Ərdəbil küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Orta təhsillidir. Lerik Rayon Gigiyena və Epidemiologiya Mərkəzində kiçik tibb işçisi vəzifəsində işləyir. 2011-ci il təvəllüdlü oğlu X4, 2012-ci il təvəllüdlü qızı X9 və 2013-cü il təvəllüdlü oğlu X6 məktəblidir. Lerik şəhərində aparılan torpaq islahatı zamanı ona norma daxili qaydada 1 nəfər üçün 0,09 ha pay torpağı verilmişdir. Ailənin şəxsi təsərrüfatında mal-heyvan yoxdur. Məlumat üçün bildirirlər ki, Lerik Rayon Aqrar İslahat Komıssiyasınm 05 yanvar 2005-ci tarixli, 083 saylı qərarı ilə Lerik şəhərində torpaq islahatı aparılıb, X8 və onunla bərabər paya sahib digər ailə üzvlərinə islahat zamanı 1,17 ha ümumi birgə istifadədən ötrü kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib. (KOD 80301004, JN 0049) Həmin torpaq sahəsi hal-hazırda 2-ci Qarabağ Müharibəsində şəhid olmuş X5 qardaşı X7 istifadəsində, mülkiyyətində olan 0,07 ha həyatyanı torpaq sahəsi isə onun ailə üzvlərinin istifadəsindədir. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bank cavabdehi 5794,89 (beş min yeddi yüz doxsan dörd manat səksən doqquz qəpik) manat əsas borc, 628,28 (altı yüz iyirmi səkkiz manat iyirmi səkkiz qəpik) manat faiz borcu və 193,56 (yüz doxsan üç manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6616,73 (altı min altı yüz on altı manat yetmiş üç qəpik) manat borcun ödənilməsi barədə xəbərdar etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı QSC ilə X8 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 008A********** saylı Kredit Müqaviləsinə əsasən Bank kredit alana 36 ay müddətinə ödəmək şərti ilə 6000 manat məbləğində kredit vermiş, borcalan istifadə etdiyi kreditə görə aylıq ödəniş etməyi öhdəsinə götürmüşdür. X1 üzərinə düşən öhdəliyi icra etməmiş və bu səbəbdən borclu X2 xx.xx.2022-ci il tarixli, 008A********** saylı kredit müqaviləsi üzrə 5794,89 (beş min yeddi yüz doxsan dörd manat səksən doqquz qəpik) manat əsas borc, 628,28 (altı yüz iyirmi səkkiz manat iyirmi səkkiz qəpik) manat faiz borcu və 193,56 (yüz doxsan üç manat əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 6616,73 (altı min altı yüz on altı manat yetmiş üç qəpik) manat məbləğində kredit borcu yaranmışıdr. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, X8 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Azərbaycan Republikasının İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən mərhum X2 adına xx.xx.2005-ci il tarixli, 220 nömrəli Qeydiyyat vəsiqəsi ilə Lerik qəsəbəsi, Ərdəbil küçəsi 3B ünvanında yerləşən və yaşayış sahəsi 62,6 kv.m. olan fərdi yaşayış evi, xx.xx.2005-ci il tarixli,JN- 0049 nömrəli “Torpağa mülkiyyət hüquqna dair” Dövlət Aktı ilə Lerik qəsəbəsində yerləşən və ümumi birgə mülkiyyətdə olan 1,17 ha pay torpaq sahəsi və xx.xx.2006-ci il tarixli, JN- 605A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə Lerik qəsəbəsində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,07 ha həyətyanı torpaq sahəsi mövcuddur, Azərbaycan Republikası Lerik RİHB-nın Lerik şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məktubuna əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mərhumun arvadı (hazrki mülki iş üzrə cavabdeh) Cavabdeh faktiki istifadəsindədir. Qeyd edilənləri məhkəmə iclasında iştirak etmiş Cavabdeh da təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Beləliklə, mirasın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası qəbul etmiş vərəsələrə qarşı irəli sürə bilər. Eyni zamanda mirası qəbul etmiş vərəsələrin daha sonra həmin əmlak barəsində sərəncam hüquqlarını həyata keçirmələri (yəni bağışlamaları) onları miras qoyanın kreditorları qarşısında məsuliyyətdən azad etmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı QSC Cavabdeh borcun ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olduğundan Cavabdeh xx.xx.2022-ci il tarixli,008A********** saylı kredit müqaviləsinə əsasən 5794,89 ( beş min yeddi yüz doxsan dörd manat səksən doqquz qəpik) manat məbləğində əsas borc və 628,28 (altı yüz iyirmi səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbində göstərilən “193,56 (yüz doxsan üç manat əlli altı qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 5794,89 ( beş min yeddi yüz doxsan dörd manat səksən doqquz qəpik) manat məbləğində əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 193,56 (yüz doxsan üç manat əlli altı qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 86,17 (səksən altı manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumunun 84,73 (səksən dörd manat yetmiş üç qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 1,44 (bir manat qırx dörd qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli,008A********** saylı kredit müqaviləsinə əsasən 5794,89 (beş min yeddi yüz doxsan dörd manat səksən doqquz qəpik) manat əsas borc, 628,28 (altı yüz iyirmi səkkiz manat iyirmi səkkiz qəpik) manat faiz borcu və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 6473,17 (altı min dörd yüz yetmiş üç manat on yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 86,17 (səksən altı manat on yeddi qəpik) manat dövlət rüsumunun 84,73 (səksən dörd manat yetmiş üç qəpik) manat hissəsi tutularaq iddiaçıya ödənilməli, 1,44 (bir manat qırx dörd qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli,008A********** saylı kredit müqaviləsinə əsasən 5794,89 (beş min yeddi yüz doxsan dörd manat səksən doqquz qəpik) manat əsas borc, 628,28 (altı yüz iyirmi səkkiz manat iyirmi səkkiz qəpik) manat faiz borcu və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 6473,17 (altı min dörd yüz yetmiş üç manat on yeddi qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 84,73 (səksən dörd manat yetmiş üç qəpik) manat hissəsi tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şivan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-762/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-762/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver