Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-769/2025 25.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxəliyev Nurlan Pərviz oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 iyul 2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)290719-01 saylı kredit müqaviləsi üzrə banka ödənilməmiş 10570,33 (on min beş yüz yetmiş manat otuz üç qəpik) manat əsas borc və 480,22 (dörd yüz səksən manat iyirmi iki qəpik) manat kredit müqaviləsinin müddəti üçün hesablanmış faiz borcu olmaqla, cəmi 11050,55 (on bir min əlli manat əlli beş qəpik) manat borcun və iş üzrə ödənilmiş 123,15 (yüz iyirmi üç manat on beş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh3 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 29 iyul 2019cu il tarixli, MBNP ***-*******FİMSA(B)290719-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 10570,7 (on min beş yüz yetmiş manat yetmiş qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən bank ilə Cavabdeh1, Cavabdeh2 arasında 29 iyul 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1 və 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh3 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və 02 aprel 2024-cü il tarixli **********114 saylı bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər Bu səbəbdən də Cavabdeh3 29 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)290719-01 saylı kredit müqaviləsi üzrə 27 mart 2024-cü il tarixə banka ödənilməmiş 10570,33 (on min beş yüz yetmiş manat otuz üç qəpik) manat əsas borc və 480,22 (dörd yüz səksən manat iyirmi iki qəpik) manat kredit müqaviləsinin müddəti üçün hesablanmış faiz borcu olmaqla, cəmi 11050,55 (on bir min əlli manat əlli beş qəpik) manat borcu təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)290719-01 saylı kredit müqaviləsindən görünür ki, bank borcluya 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 10570,7 (on min beş yüz yetmiş manat yetmiş qəpik) manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh1 və Cavabdeh2 29 iyul 2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)290719-01 saylı kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi ƏSF tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 29 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)290719-01 saylı kredit müqaviləsi üzrə banka ödənilməmiş 10570,33 (on min beş yüz yetmiş manat otuz üç qəpik) manat əsas borc və 480,22 (dörd yüz səksən manat iyirmi iki qəpik) manat kredit müqaviləsinin müddəti üçün hesablanmış faiz borcu olmaqla, cəmi 11050,55 (on bir min əlli manat əlli beş qəpik) manat borcu qalmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi ƏSF tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024cü il tarixli bildirişdən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçıASC cavabdehləri 3 (üç) iş günü ərzində borcu ödəmələrinə dair xəbərdarlıq etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)290719-01 saylı kredit müqaviləsinə əsasən bank borcluya 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 10570,7 (on min beş yüz yetmiş manat yetmiş qəpik) manat məbləğində kredit vermişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında 29 iyul 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Bankla Borcalan arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)290719-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Hazırda cavabdehlərin banka ödənilməmiş 10570,33 (on min beş yüz yetmiş manat otuz üç qəpik) manat əsas borc və 480,22 (dörd yüz səksən manat iyirmi iki qəpik) manat kredit müqaviləsinin müddəti üçün hesablanmış faiz borcu olmaqla, cəmi 11050,55 (on bir min əlli manat əlli beş qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM739.2.) Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 iyul 2019cu il tarixli, MBNP ***-*******FİMSA(B)290719-01 saylı kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş xx.xx.2019-cu il tarixdə, sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə həyata keçirilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizləri ən geci xx.xx.2024-cü il tarixdə qaytarılmasını razılaşdırmışlar. Göründüyü kimi, Cavabdeh3 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hazırkı iddiası Cavabdeh3 aid hissədə əsaslıdır. Odur ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)290719-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 10570,33 (on min beş yüz yetmiş manat otuz üç qəpik) manat əsas borc və 480,22 (dörd yüz səksən manat iyirmi iki qəpik) manat kredit müqaviləsinin müddəti üçün hesablanmış faiz borcu olmaqla, cəmi 11050,55 (on bir min əlli manat əlli beş qəpik) manat borc Cavabdeh3 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, iddia tələbi üzrə borc məbləğinin zaminlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 və Cavabdeh2 ilə bağlanılmış 29 iyul 2019-cu il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Bankla Borcalan arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)290719-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Belə ki, Cavabdeh3 29 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)290719-01 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının son tarixi xx.xx.2024-cü il kimi müəyyənləşdirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı 29 iyul 2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)290719-01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün zaminlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas öhdəliyin icrası vaxtı (xx.xx.2024-cü il) çatdığı gündən bir il ərzində - xx.xx.2025-ci il tarixədək iddia irəli sürmək hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürməmişdir. Məhkəmə, qeyd edilənlərin bilavasitə qanunun tələbindən, eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtlərindən irəli gəldiyini, qanunla və müqavilə şərtinə əsasən müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, zaminlik müqaviləsinə xitam verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh1, Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş, zaminlərin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 123,15 (yüz iyirmi üç manat on beş qəpik) manat dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)290719-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 10570,33 (on min beş yüz yetmiş manat otuz üç qəpik) manat əsas borc və 480,22 (dörd yüz səksən manat iyirmi iki qəpik) manat kredit müqaviləsinin müddəti üçün hesablanmış faiz borcu olmaqla, cəmi 11050,55 (on bir min əlli manat əlli beş qəpik) manat borc və ödənilmiş 123,15 (yüz iyirmi üç manat on beş qəpik) manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 29 iyul 2019-cu il tarixli, MBNP ***-*******FİMSA(B)290719-01 saylı kredit müqaviləsinə əsasən 10570,33 (on min beş yüz yetmiş manat otuz üç qəpik) manat əsas borc və 480,22 (dörd yüz səksən manat iyirmi iki qəpik) manat kredit müqaviləsinin müddəti üçün hesablanmış faiz borcu olmaqla, cəmi 11050,55 (on bir min əlli manat əlli beş qəpik) manat borc və ödənilmiş 123,15 (yüz iyirmi üç manat on beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-769/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-769/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver