Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-779/2024 17.10.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC – Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 389,78 (üç yüz səksən doqquz ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları əsas borc, 162,75 (bir yüz altmış iki ABŞ dolları yetmiş beş sent) ABŞ dolları faiz borcu, 1026,53 (bir min iyirmi altı ABŞ dolları əlli üç sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50,45 (əlli ABŞ dolları qırx beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1629,51 (bir min altı yüz iyirmi doqquz ABŞ dolları əlli bir sent) ABŞ dolları borcun və iş üzrə ödənilmiş 47,71 (qırx yeddi manat yetmiş bir qəpik) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ********* №-li 28 oktyabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 34 (otuz dörd) faiz dərəcəsi ilə 1920 (bir min doqquz yüz iyirmi) ABŞ dolları məbləğində kredit verilmişdir. ********* №-li 28 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə 25 may 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 1631,73 (bir min altı yüz otuz bir ABŞ dolları yetmiş üç sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 30 ay təyin edilir. ********* №-li 28 oktyabr 2014-cü il tarixli Kredit müqaviləsinə 27 sentyabr 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2.330,49 (iki min üç yüz otuz ABŞ dolları qırx doqquz sent) ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1323,53 (bir min üç yüz iyirmi üç ABŞ dolları 53 sent) ABŞ dolları əsas borc, 732,98 (yeddi yüz otuz iki ABŞ dolları 98 sent) ABŞ dolları faiz borc və 273,98 (iki yüz yetmiş üç ABŞ dolları 98 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə 389,78 (üç yüz səksən doqquz ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları əsas borc, 162,75 (bir yüz altmış iki ABŞ dolları yetmiş beş sent) ABŞ dolları faiz borcu, 1026,53 (bir min iyirmi altı ABŞ dolları əlli üç sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50,45 (əlli ABŞ dolları qırx beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1629,51 (bir min altı yüz iyirmi doqquz ABŞ dolları əlli bir sent) ABŞ dolları borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********443 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Lerik Rayon Məhkəməsinin 2(048)-779/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh cərimə borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2014-cü il tarixli, ********* saylı Kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə illik 34 (otuz dörd) faiz dərəcəsi ilə 1920 (bir min doqquz yüz iyirmi) ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 25 may 2015-ci il tarixli 01 nömrəli əlavə sazişdən görünür ki, 28 oktyabr 2014cü il tarixli, ********* saylı Kredit müqaviləsinə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 1631,73 (bir min altı yüz otuz bir ABŞ dolları yetmiş üç sent) ABŞ dolları təşkil edir, kreditin müddəti 30 ay təyin edilir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ********* №-li 28 oktyabr 2014-cü il tarixli Kredit müqaviləsinə 27 sentyabr 2017ci il tarixdə 02 nömrəli əlavə Sazişdən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2.330,49 (iki min üç yüz otuz ABŞ dolları qırx doqquz sent) ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 389,78 (üç yüz səksən doqquz ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları əsas borc, 162,75 (bir yüz altmış iki ABŞ dolları yetmiş beş sent) ABŞ dolları faiz borcu, 1026,53 (bir min iyirmi altı ABŞ dolları əlli üç sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50,45 (əlli ABŞ dolları qırx beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1629,51 (bir min altı yüz iyirmi doqquz ABŞ dolları əlli bir sent) ABŞ dolları kredit borcu vardır. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh Banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ********* №-li 28 oktyabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 34 (otuz dörd) faiz dərəcəsi ilə 1920 (bir min doqquz yüz iyirmi) ABŞ dolları məbləğində kredit verilmiş, ********* №-li 28 oktyabr 2014cü il tarixli kredit müqaviləsinə 25 may 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmış, müqaviləyə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 1631,73 (bir min altı yüz otuz bir ABŞ dolları yetmiş üç sent) ABŞ dolları təşkil etmiş, daha sonra ********* №-li 28 oktyabr 2014-cü il tarixli Kredit müqaviləsinə 27 sentyabr 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmış, Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2.330,49 (iki min üç yüz otuz ABŞ dolları qırx doqquz sent) ABŞ dolları təşkil etmiş, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1323,53 (bir min üç yüz iyirmi üç ABŞ dolları 53 sent) ABŞ dolları əsas borc, 732,98 (yeddi yüz otuz iki ABŞ dolları 98 sent) ABŞ dolları faiz borc və 273,98 (iki yüz yetmiş üç ABŞ dolları 98 sent) ABŞ dolları cərimə borcu təşkil etmiş, Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış və illik 8 (səkkiz) faiz müəyyən edilmiş, Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə 389,78 (üç yüz səksən doqquz ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları əsas borc, 162,75 (bir yüz altmış iki ABŞ dolları yetmiş beş sent) ABŞ dolları faiz borcu, 1026,53 (bir min iyirmi altı ABŞ dolları əlli üç sent) ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50,45 (əlli ABŞ dolları qırx beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1629,51 (bir min altı yüz iyirmi doqquz ABŞ dolları əlli bir sent) ABŞ dolları borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almış, tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı əsas, faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda Bankın məhkəmə qaydasında Cavabdeh 389,78 (üç yüz səksən doqquz ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları əsas borc, 162,75 (bir yüz altmış iki ABŞ dolları yetmiş beş sent) ABŞ dolları faiz borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50,45 (əlli ABŞ dolları qırx beş sent) ABŞ dolları faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “1026,53 (bir min iyirmi altı ABŞ dolları əlli üç sent) ABŞ dolları cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 389,78 (üç yüz səksən doqquz ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış “1026,53 (bir min iyirmi altı ABŞ dolları əlli üç sent) ABŞ dolları cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 30 (otuz) ABŞ dolları məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 47,71 (qırx yeddi manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumunun 30,76 (otuz manat yetmiş altı qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 16,95 (on altı manat doxsan beş qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 389,78 (üç yüz səksən doqquz ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları əsas borc, 162,75 (yüz altmış iki ABŞ dolları yetmiş beş sent) ABŞ dolları faiz borcu, 30 (otuz) ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50,45 (əlli ABŞ dolları qırx beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 632,98 (altı yüz otuz iki ABŞ dolları doxsan səkkiz qəpik) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iş üzrə ödənilmiş dövlət rüsumunun 30,76 (otuz manat yetmiş altı qəpik) manat hissəsi tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 389,78 (üç yüz səksən doqquz ABŞ dolları yetmiş səkkiz sent) ABŞ dolları əsas borc, 162,75 (yüz altmış iki ABŞ dolları yetmiş beş sent) ABŞ dolları faiz borcu, 30 (otuz) ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50,45 (əlli ABŞ dolları qırx beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 632,98 (altı yüz otuz iki ABŞ dolları doxsan səkkiz qəpik) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iş üzrə ödənilmiş dövlət rüsumunun 30,76 (otuz manat yetmiş altı qəpik) manat hissəsi tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №e-2(048)-779/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-779/2024
17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver