Məhkəmə qərarları › İş №e-2(048)-793/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-793/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-793/2024 07.10.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC - Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 008A********** saylı kredit müqaviləsi üzrə 6832,77 (altı min səkkiz yüz otuz iki manat yetmiş yeddi qəpik) manat məbləğində əsas bоrc, 726,8 (yeddi yüz iyirmi altı manat səksən qəpik) manat faiz bоrcu və 119,25 (yüz on doqquz manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 7678,82 (yeddi min altı yüz yetmiş səkkiz manat səksən iki qəpik) manat borc, xx.xx.2023-cü il tarixli, 008A********** saylı kredit müqaviləsi üzrə 24587,7 (iyirmi dörd min beş yüz səksən yeddi manat yetmiş qəpik) manat əsas bоrc, 1865,23 (min səkkiz yüz altmış beş manat iyirmi üç qəpik) manat faiz bоrcu və 512,9 (beş yüz on iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 26965,83 (iyirmi altı min doqquz yüz altmış beş manat səksən üç qəpik) manat borc, xx.xx.2021-ci il tarixli 008KK**********01 saylı kart kredit müqaviləsi üzrə 132,58 (yüz otuz iki manat əlli səkkiz qəpik) manat məbləğində əsas bоrc, 1,2 (bir manat iyirmi qəpik) manat faiz bоrcu və 77,38 (yetmiş yeddi qəpik otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 211,16 (iki yüz on bir manat on altı qəpik) manat borc olmaqla, ümumilikdə 34855,81 (otuz dörd min səkkiz yüz əlli beş manat səksən bir qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 194,57 (yüz doxsan dörd manat əlli yeddi qəpik) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 008A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 (doqquz min) manat məbləğində kredit götürmüşdür. Həmçinin eyni tarixdə 008A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 28500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində kredit götürmüşdür. Bundan başqa xx.xx.2021-ci il tarixdə bağladığı 008KK**********01 saylı kart kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kart kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500 (beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 008A********** saylı kredit müqaviləsi üzrə 2167.23 manat ödəniş etmiş və оnun iddiaçıya 6832.77 manat məbləğində kredit bоrcu qalmışdır. 008A********** saylı kredit müqaviləsi üzrə 3912.3 manat ödəniş etmiş və оnun iddiaçıya 24587.7 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirlər ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 008A********** saylı kredit müqaviləsi üzrə 123 gün üçün hesablanmış faiz borcu 726.80 manat, 008A********** saylı kredit müqaviləsi üzrə 156 gün üçün hesablanmış faiz borcu 1865.23 manat, 008KK**********01 saylı kart kredit müqaviləsi üzrə 148 gün üçün hesablanmış faiz borcu 1.20 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 008A********** saylı kredit müqaviləsi üzrə 123 gün üçün hesablanmış cərimə borcu 119.25 manat, 008A********** saylı kredit müqaviləsi üzrə 156 gün üçün hesablanmış cərimə borcu 512.9 manat, 008KK**********01 saylı kart kredit müqaviləsi üzrə 148 gün üçün hesablanmış cərimə borcu 77,38 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, məktəbdə müəllim işləyir və eyni zamanda İİ qrup əlilliyi olmuşdur. O, buna görə həm pensiya, həm də əmək haqqına əlavə alırdı. Lakin sonradan əlilliyi ləğv olunduğu üçün pensiyası və əmək haqqına əlavəsi kəsilmişdir. O, bankdan həm də kart vasitəsilə pul götürmüş, həmin kart vasaitəsilə pulu ödəmək istədikdə problem yaranmış, bununla bağlı bank əməkdaşı ilə əlaqə saxlamış, karta görə kredit borcunu bilmədiyini bildirmiş, bank əməkdaşı ona müştərinin çox olduğunu, müraciətinə baxacağını bildirmiş, lakin baxmamışdır. Daha sonra karta pul ödəməyi onun da yadına düşməmiş, bu söhbətin üstündən bir müddət keçmiş, bank əməkdaşı ilə təkrar əlaqə saxladıqda ona karta ödəniş edə biləcəyi bildirilmiş, o da 2 aylıq kredit ödənişini etmişdir. Sentyabr ayında o götürdüyü krediti yeniləmək istəmiş, lakin bank əməkdaşı ona 41 gün gecikməsi olduğunu, bu səbəbdən krediti yeniləyə bilməyəcəklərini bildirmiş, o banka getmiş, bankda ona 48 ay müddətinə ayda 630 manat ödəniş olunması şərti ilə müqavilə bağlamağı təklif etmişlər, qalan 25.000 manat məbləği də sonradan borcun üstünə gələcəklərini bildirmişlər. O, da bu təklifin onu qane etmədiyini bildirmiş, bu səbəbdən ona məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 008A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9000 (doqquz min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 008A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh aylıq faiz dərəcəsi 1.5% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 28500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 008KK**********01 saylı kart kredit müqaviləsindən görünür ki, Cavabdeh aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kart kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500 (beş yüz) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 008A********** saylı kredit müqaviləsi üzrə 6832,77 (altı min səkkiz yüz otuz iki manat yetmiş yeddi qəpik) manat məbləğində əsas bоrc, 726,8 (yeddi yüz iyirmi altı manat səksən qəpik) manat faiz bоrcu və 119,25 (yüz on doqquz manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 7678,82 (yeddi min altı yüz yetmiş səkkiz manat səksən iki qəpik) manat borc, xx.xx.2023cü il tarixli, 008A********** saylı kredit müqaviləsi üzrə 24587,7 (iyirmi dörd min beş yüz səksən yeddi manat yetmiş qəpik) manat əsas bоrc, 1865,23 (min səkkiz yüz altmış beş manat iyirmi üç qəpik) manat faiz bоrcu və 512,9 (beş yüz on iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 26965,83 (iyirmi altı min doqquz yüz altmış beş manat səksən üç qəpik) manat borc, xx.xx.2021-ci il tarixli 008KK**********01 saylı kart kredit müqaviləsi üzrə 132,58 (yüz otuz iki manat əlli səkkiz qəpik) manat məbləğində əsas bоrc, 1,2 (bir manat iyirmi qəpik) manat faiz bоrcu və 77,38 (yetmiş yeddi qəpik otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 211,16 (iki yüz on bir manat on altı qəpik) manat borc olmaqla, ümumilikdə 34855,81 (otuz dörd min səkkiz yüz əlli beş manat səksən bir qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, Bank cavabdehdən xx.xx.2023-cü il tarixli, 008A********** saylı kredit müqaviləsi üzrə 6832,77 (altı min səkkiz yüz otuz iki manat yetmiş yeddi qəpik) manat məbləğində əsas bоrc, 726,8 (yeddi yüz iyirmi altı manat səksən qəpik) manat faiz bоrcu və 119,25 (yüz on doqquz manat iyirmi beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 7678,82 (yeddi min altı yüz yetmiş səkkiz manat səksən iki qəpik) manat borc, xx.xx.2023cü il tarixli, 008A********** saylı kredit müqaviləsi üzrə 24587,7 (iyirmi dörd min beş yüz səksən yeddi manat yetmiş qəpik) manat əsas bоrc, 1865,23 (min səkkiz yüz altmış beş manat iyirmi üç qəpik) manat faiz bоrcu və 512,9 (beş yüz on iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 26965,83 (iyirmi altı min doqquz yüz altmış beş manat səksən üç qəpik) manat borc, xx.xx.2021-ci il tarixli 008KK**********01 saylı kart kredit müqaviləsi üzrə 132,58 (yüz otuz iki manat əlli səkkiz qəpik) manat məbləğində əsas bоrc, 1,2 (bir manat iyirmi qəpik) manat faiz bоrcu və 77,38 (yetmiş yeddi qəpik otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 211,16 (iki yüz on bir manat on altı qəpik) manat borc olmaqla, ümumilikdə 34855,81 (otuz dörd min səkkiz yüz əlli beş manat səksən bir qəpik) manat vəsaiti Banka ödəməklə kredit müqaviləsini ləğv etməyi təklif etmiş, əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borclarının tutulması hissəsində əsaslı olduğundan Cavabdeh xx.xx.2023-cü il tarixli, 008A********** saylı kredit müqaviləsi üzrə 6832,77 (altı min səkkiz yüz otuz iki manat yetmiş yeddi qəpik) manat məbləğində əsas bоrc, 726,8 (yeddi yüz iyirmi altı manat səksən qəpik) manat faiz bоrcu, xx.xx.2023-cü il tarixli, 008A********** saylı kredit müqaviləsi üzrə 24587,7 (iyirmi dörd min beş yüz səksən yeddi manat yetmiş qəpik) manat əsas bоrc, 1865,23 (min səkkiz yüz altmış beş manat iyirmi üç qəpik) manat faiz bоrcu və xx.xx.2021-ci il tarixli 008KK**********01 saylı kart kredit müqaviləsi üzrə 132,58 (yüz otuz iki manat əlli səkkiz qəpik) manat məbləğində əsas bоrc, 1,2 (bir manat iyirmi qəpik) manat faiz bоrcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbində göstərilən “xx.xx.2023-cü il tarixli, 008A********** saylı kredit müqaviləsi üzrə 119,25 (yüz on doqquz manat iyirmi beş qəpik) manat, xx.xx.2023-cü il tarixli, 008A********** saylı kredit müqaviləsi üzrə 512,9 (beş yüz on iki manat doxsan qəpik) manat və xx.xx.2021-ci il tarixli 008KK**********01 saylı kart kredit müqaviləsi üzrə 77,38 (yetmiş yeddi qəpik otuz səkkiz qəpik) manat cərimə borclarının tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn əsas borc məbləğlərini nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 119,25 (yüz on doqquz manat iyirmi beş qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 50 (əlli) manat, 512,9 (beş yüz on iki manat doxsan qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 100 (yüz) manat və 77,38 (yetmiş yeddi qəpik otuz səkkiz qəpik) manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 10 (on) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində qeyd edilən məbləğdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 194,57 (yüz doxsan dörd manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumunun 192,92 (yüz doxsan iki manat doxsan iki qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 1,65 (bir manat altmış beş qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 008A********** saylı kredit müqaviləsi üzrə 6832,77 (altı min səkkiz yüz otuz iki manat yetmiş yeddi qəpik) manat məbləğində əsas bоrc, 726,8 (yeddi yüz iyirmi altı manat səksən qəpik) manat faiz bоrcu və 50 (əlli) manat məbləğində cərimə olmaqla, cəmi 7609,57 (yeddi min altı yüz doqquz manat əlli yeddi qəpik) manat borc, xx.xx.2023-cü il tarixli 008A********** saylı kredit müqaviləsi üzrə 24587,7 (iyirmi dörd min beş yüz səksən yeddi manat yetmiş qəpik) manat məbləğində əsas bоrc, 1865,23 (min səkkiz yüz altmış beş manat iyirmi üç qəpik) manat məbləğində faiz bоrcu və 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 26552,93 (iyirmi altı min beş yüz əlli iki manat doxsan üç qəpik) manat borc, xx.xx.2021-ci il tarixli 008KK**********01 saylı kart kredit müqaviləsi üzrə 132,58 (yüz otuz iki manat əlli səkkiz qəpik) manat məbləğində əsas bоrc, 1,20 (bir manat iyirmi qəpik) manat məbləğində faiz bоrcu və 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 143,78 (yüz qırx üç manat yetmiş səkkiz qəpik) manat borc olmaqla, ümumilikdə 34306,28 (otuz dörd min üç yüz altı manat iyirmi səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 192,92 (yüz doxsan iki manat doxsan iki qəpik) manat hissəsi tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun 1,65 (bir manat altmış beş qəpik) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 008A********** saylı kredit müqaviləsi üzrə 6832,77 (altı min səkkiz yüz otuz iki manat yetmiş yeddi qəpik) manat məbləğində əsas bоrc, 726,8 (yeddi yüz iyirmi altı manat səksən qəpik) manat faiz bоrcu və 50 (əlli) manat məbləğində cərimə olmaqla, cəmi 7609,57 (yeddi min altı yüz doqquz manat əlli yeddi qəpik) manat borc, xx.xx.2023-cü il tarixli 008A********** saylı kredit müqaviləsi üzrə 24587,7 (iyirmi dörd min beş yüz səksən yeddi manat yetmiş qəpik) manat məbləğində əsas bоrc, 1865,23 (min səkkiz yüz altmış beş manat iyirmi üç qəpik) manat məbləğində faiz bоrcu və 100 (yüz) manat məbləğində cərimə olmaqla, cəmi 26552,93 (iyirmi altı min beş yüz əlli iki manat doxsan üç qəpik) manat borc, xx.xx.2021-ci il tarixli 008KK**********01 saylı kart kredit müqaviləsi üzrə 132,58 (yüz otuz iki manat əlli səkkiz qəpik) manat məbləğində əsas bоrc, 1,20 (bir manat iyirmi qəpik) manat məbləğində faiz bоrcu və 10 (on) manat məbləğində cərimə olmaqla, cəmi 143,78 (yüz qırx üç manat yetmiş səkkiz qəpik) manat borc olmaqla, ümumilikdə 34306,28 (otuz dörd min üç yüz altı manat iyirmi səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 192,92 (yüz doxsan iki manat doxsan iki qəpik) manat hissəsi tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar