Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-80/2025 26.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Füzuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4150 (dörd min yüz əlli) manat sığorta ödənişi məbləğinin və 61,50 (altmış bir manat əlli qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X9 arasında xx.xx.2018-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, ** KO ***dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21074” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Binəqədi rayonu, Azadlıq prospektində yolnəqliyyat hadisəsi törətmiş, “Ravon Nexia R3” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 4150,00 (dörd min yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Binəqədi RPİ DYPŞ-nin"xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21074” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. Bildirmək istəyirik ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 4150,00 (dörd min yüz əlli) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. "xxxx" ASC tərəfindən cavabdeh X1 ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/963 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək "xxxx" ASC-yə ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci və 147-ci maddələrinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. İş materiallarında olan AE 440019 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki,xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək Cavabdeh sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan ƏN- Vİ №687355 seriyalı etibarnamənin surətindən görünür ki,xx.xx.2018-ci il tarixdə X8 “VAZ 21074” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında xx.xx.2020-ci il tarixədək Cavabdeh vermişdir. İş materiallarında olan 19-03838/04/AA-3101/19 saylı sığorta aktından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə “VAZ 21074” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi sığorta hadisəsinə görə "xxxx" ASC tərəfindən “Ravon Nexia R3” markalı, ** PX *** dövlət nömrə nişanlı avtоmоbilə dəymiş ziyana görə 4150 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 24 aprel 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, 19- 03838/04/AA-3101/19 saylı sığorta aktına əsasən PAA********** sığorta şəhadətnaməsi üzrə sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan “Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti" tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtomobilin təmiri məqsədilə xx.xx.2019-cu il tarixində tərtib edilmiş hesablama aktının surətindən görünür ki, “Ravon Nexia R3” markalı, ** PX *** qeydiyyat nişanlı avtomobilin bərpası və təmiri üçün ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri 4150 manat təşkil edir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin 3(001)-1314/2019 saylı 13 may 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh AR İXRM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək,2 (iki) il müddətdinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhdudlaşıdırılaraq,700 (yeddi yüz) manat cərimə edilmişdir. İş materiallarında olan X3 22 iyul 2025-ci il tarixli 188 nömrəli rəyindən müəyyən olunur ki, “Ravon Nexia R3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməsi və təmiri nəzərdə tutulan ehtiyat hissələri və həmin hissələrə dair görüləcək təmir-bərpa işlərinin (xidmətlərin) dəyəri, “Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti" tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtomobilin təmiri məqsədilə xx.xx.2019-cu il tarixində tərtib edilmiş hesablama aktında göstərilən qiymətlərlə uyğunluq təşkil etmir.Qeyd edilən hesablama aktında 2019-cu il üzrə ümumi dəyər 3,440.00 manat olaraq göstərildiyi halda, hazırkı tədqiqat çərçivəsində müəyyən edilmiş qiymət (2025-ci ilə aid Cədvəl №2-yə əsasən) 2,465.00 manat təşkil edir.Lakin inflyasiya göstəricilərinə əsaslanaraq 2,465.00 manatın 2019-cu ildəki ekvivalent dəyəri təqribən - 1,772.00 manat olaraq hesablanmışdır. Bu isə o deməkdir ki, 2019-cu ildə təqdim edilən qiymət (3 440 manat) həmin dövr üçün real bazar göstəricilərini aşaraq, təxminən - 1,668.00 manat və ya 48.5% həcmində artıq göstərildiyi müəyyən edilmişdir.Qeyd: qüsur aktında qeyd edilən usta xərci barədə məlumat əldə edilmədiyindən həmin sahə üzrə tədqiqat aparılmamış, qüsur aktında qeyd edilən qiymətlər olduğu kimi saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM-1114.1) Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə məhkəmə iş materialları ilə qeyd edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Binəqədi rayonu, Azadlıq prospektində Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixində PAA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış idarə etdiyi “VAZ 21074” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobillə “Ravon Nexia R3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Hadisə ilə əlaqədar Binəqədi rayon Məhkəməsinin 3(001)-1314/2019 saylı 13 may 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh AR İXRM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək, 2 (iki) il müddətdinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhdudlaşıdırılaraq,700 (yeddi yüz) manat cərimə edilmişdir.Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə 19-03838/04/AA- 3101/19 saylı aktı tərtib edilməklə “Ravon Nexia R3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üzrə 4150 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti" tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtomobilin təmiri məqsədilə xx.xx.2019-cu il tarixində tərtib edilmiş hesablama aktının surətindən görünür ki, “Ravon Nexia R3” markalı, **-PX-*** qeydiyyat nişanlı avtomobilin bərpası və təmiri üçün ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri 4150 manat təşkil edir. Lakin X3 22 iyul 2025-ci il tarixli 188 nömrəli rəyindən müəyyən olunur ki, “Ravon Nexia R3” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməsi və təmiri nəzərdə tutulan ehtiyat hissələri və həmin hissələrə dair görüləcək təmir-bərpa işlərinin (xidmətlərin) dəyəri, “Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti" tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtomobilin təmiri məqsədilə xx.xx.2019-cu il tarixində tərtib edilmiş hesablama aktında göstərilən qiymətlərlə uyğunluq təşkil etmir.Qeyd edilən hesablama aktında 2019-cu il üzrə ümumi dəyər 3,440.00 manat olaraq göstərildiyi halda, hazırkı tədqiqat çərçivəsində müəyyən edilmiş qiymət (2025-ci ilə aid Cədvəl №2-yə əsasən) 2,465.00 manat təşkil edir.Lakin inflyasiya göstəricilərinə əsaslanaraq 2,465.00 manatın 2019-cu ildəki ekvivalent dəyəri təqribən - 1,772.00 manat olaraq hesablanmışdır. Bu isə o deməkdir ki, 2019-cu ildə təqdim edilən qiymət (3 440 manat) həmin dövr üçün real bazar göstəricilərini aşaraq, təxminən - 1,668.00 manat və ya 48.5% həcmində artıq göstərildiyi müəyyən edilmişdir.Qüsur aktında qeyd edilən usta xərci barədə məlumat əldə edilmədiyindən həmin sahə üzrə tədqiqat aparılmamış, qüsur aktında qeyd edilən qiymətlər olduğu kimi saxlanılmışdır.Odur ki, X3 rəyinə əsasən ehtiyyat hissələrinə görə 1772 manat və “Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti" tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtomobilin təmiri məqsəd ilə xx.xx.2019-cu il tarixində tərtib edilmiş hesablama aktına əsasən təmir xərclərinə görə 710 manat olmaqla, cəmi 2482 manat məbləğində dəymiş ziyan Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 61,50 (altmış bir manat əlli qəpik) dövlət rüsumunun 44,82 (qırx dörd manat səksən iki qəpik) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 2482 (iki min dörd yüz səksən iki) manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumunun 44,82 (qırx dörd manat səksən iki qəpik) manat hissəsi məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli,iddia qalan hissədə təmin edilməməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikasının “X6” MMC-nin hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2482 (iki min dörd yüz səksən iki) manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumunun 44,82 (qırx dörd manat səksən iki qəpik) manat hissəsi məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. “X6” MMC tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 400 (dörd yüz) manat Cavabdeh tutularaq “X6” MMC-nin hesabına (hesab: Az.MEM MMC VÖEN**********; AZ64AİİB400900C**********208, X4, KOD2011218; VÖEN**********; Müxbir hes Az37NABZ********************; S.W.İ.F.T. kod: AİİBAZ2X) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №e-2(048)-80/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-80/2025
26.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver