Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-820/2023 11.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Cəlilova Nazilənin Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cəlilova Nazilə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1569/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin, Cavabdeh alınaraq iddiaçı Nazilə Cəlil xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixində Cavabdeh ilə 5 saylı ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsində nikahlarını 609 sayla rəsmiləşdirərək ailə həyatı qurmuşlar.Birgə nikahlarından 19 dekabr 2015-ci il tarixdə X5 adlı uşaq doğulmuşdur.Onların nikahı Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-1569/2020 saylı qətnaməsinə əsasən pozulmuş azyaşlı uşaq anasının yanında qalmaqla həmin uşaq yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Nazilə Cəlilovaya verilməsi qət edilmişdir.Uşaq böyüdükcə onun maddi təlabatları artmışdır.Odur ki, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı Nazilə Cəlilovanın etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında səhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, iddianı müdafiə edib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, iddiaçının və cavabdehin izahatın dinləyib məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqqında şəhadətnamələrin sürətindən görünür ki, tərəflərin birgə nikahından 19 dekabr 2015-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə edilmiş Mediasiya Şurası Bakı 2 saylı Mediasiya təşkilatının X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MŞB/2-3209/2023 saylı arayışdan görünür ki, iddiaçı Cəlilova Nazilə Bakı 2 saylı Mediasiya təşkilatına Alimentin artırılması tələbi ilə müraciət etmiş və 50 manat rüsum ödəmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu rayon Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(008)- 1569/2020 saylı qətnaməsinə əsasən 19 dekabr 2015-ci il tarixdə X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Nazilə Cəlilovaya verilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, məhkəmənin qətnaməsinə əsasən Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Nazilə Cəlilovaya verilməsi qət edilmişdir. Hazırda cavabdehin ödəməli olduğu aliment uşaqın tələbatını ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 19 dekabr 2015-ci il tarixdə doğulmuş X5 adlı yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Nazilə Cəlilovaya verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş Mediasiya xərci üzrə 50 manat pul vəsaiti cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 19 dekabr 2015-ci il tarixdə doğulmuş X5 adlı uşaqın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Nazilə Cəlilovay verilsin. Artırılmış alimentin tutulmasına Lerik Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2(048)-820/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq Cavabdeh ödənilmiş Mediasiya xərci olan 50 (əlli) manat pul alınaraq iddiaçı Nazilə Cəlilovaya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 11 dekabr 2023-cü il № 2 (048)-820/2023 Nazilə Cəlilovaya (Bakı şəh.,Sabunçu ray., Sabunçu qəs., Elşən Mehdiyev küç., döngə 3 ) Surəti Cavabdeh (Lerik şəh., Həzi Aslanov küç., ev 36) Lerik Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli 2 (048)-820/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 04 vərəqədə qətnamə hər bir ünvana Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №e-2(048)-820/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-820/2023
11.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver