Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-88/2025 13.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kiçik iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1252 manat 98 qəpik məbləğində əsas borcun, və mediasiya üçün ödənilmiş 55 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur.xx.xx.2017-ci il tarixdə “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X2” haqqında müqavilə imzalanmışdır.xx.xx.2022-ci il tarixli xxxxxxx001X0 saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” madəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, "xxxx" MMC-nin- OBA Binə 2 mağazasındı çalışdığı zaman, xx.xx.2022-i il tarixində aparılmış İnventarizasıya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 3045 manat 67 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli "İnventarvasiya Nəticələrinə" dar Aktda da yekun ziyan məbləğ öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda "xxxx" MMC-yə ümumilikdə 1252 manat 98 qəpik borcu qalmaqdadır. Qalq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir Məhkəmə İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixlinə təyin olunmuş məhkəmə baxış iclasında iştirakedə bilməyəcəyini işə onların iştirakı olmadan baxılıb iddinanın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli 136-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixindən etibarən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə Satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. - İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli 433-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixindən etibarən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə administrator vəzifəsinə işə qəbul edilmişdir. - X2 haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X2 haqqında müqavilə imzalanmışdır. - Cavabdeh ərizəsindən və İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli xxxxxxxS001X0 saylı əmrdən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixindən Cavabdeh əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. 11 may 2022-ci il tarixli inventarizasiyanın nəticələrinə dair aktdan görünür ki,İddiaçı MMC-nin Oba – Binə 2 mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, araşdırmanın nəticələri ilə tanış olmuş və yekun sənədləri imzalamışdır. İşin materiallarından görünür ki, Cavabdeh işə qəbul edilərkən onunla X2 haqqında müqavilə imzalanmışdır. Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış maddi ziyanın ödənilməsi hissəsində mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. -194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. -200-ci maddəsinə əsasən, 1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X2 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən X2 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. 5. X2 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. - 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. - 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Göstərilənlərə əsasən məhkəmə vurulmuş zərərin məbləği ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, göstərilənlərə əsasən iddiaçıya vurulmuş 1252 manat 98 qəpik məbləğində maddi ziyanın Cavabdeh tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1252.98 (min iki yüz əlli iki manat doxsan səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 55 (əlli beş manat) manat dövlət rüsumunun 32.53 (otuz iki manat əlli üç qəpik) manat hissəsi tutulub İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1252.98 (min iki yüz əlli iki manat doxsan səkkiz qəpik) manat məbləğində pul və 32.53 (otuz iki manat əlli üç qəpik) manat məhkəmə xərci tutulub İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №e-2(048)-88/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-88/2025
13.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver