Məhkəmə qərarları › İş №e-2(048)-884/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-884/2025

05.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-884/2025 05.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 24039,79 (iyirmi dörd min otuz doqquz manat yetmiş doqquz qəpik) manat pulun, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 102 (yüz iki) manat dövlət rüsumunun Cavabdeh tutularaq Cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə administrator vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə mağaza müdiri vəzifəsinə keçirilmiş və eyni tarixli “X4” haqqında müqavilə imzalanmışdır. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin “Xırdalan 3” mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə 24039,79 (iyirmi dörd min otuz doqquz manat yetmiş doqquz qəpik) manat zərər vurması müəyyən edilmişdir. İnventarizasiya yoxlaması zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmışdır. xx.xx.2025-ci il tarixdə qeyd olunan çatışmazlıqlarla əlaqədar sərbəst audit tərəfindən rəy verilərək Cavabdehnın Cəmiyyətə 24039,79 manat zərər vurması müəyyən edilmişdir. Beləliklə Cavabdehnın hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 24039,79 (iyirmi dörd min otuz doqquz manat yetmiş doqquz qəpik) manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin xx.xx.2025-ci il tarixində mediasiya prosesin keçirilməsi üçün Mediasiya Şurasına müraciət olunmuşdur. Cavabdeh mediasiya prosesinə gəlmədiyi üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. Daha sonra İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsinin həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, mağaza sayım kəsri 24039,79 (iyirmi dörd min otuz doqquz manat yetmiş doqquz qəpik) manat olsa da, dövriyyənin 0,005% həcmində azaldılma hesablanmış, iddia verilərkən həmin məbləğ nəzərə alınmamışdır. Qeyd edilən məbləğ 6895,71 (altı min səkkiz yüz doxsan beş manat yetmiş bir qəpik) manat təşkil edir. Odur ki, Cavabdeh İddiaçı MMC-nin xeyrinə vurmuş olduğu zərərin əvəzi olaraq 17144,09 (on yeddi min yüz qırx dörd manat doqquz qəpik) manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-də adminstrator vəzifəsinə işə qəbul edilmiş, daha sonra xx.xx.2023-cü il tarixdə mağaza müdiri vəzifəsinə keçirilmiş və bütün malların, invertarların maddi məsul şəxsi olmuşdur. Belə ki, stokda olan malların sayı ilə realda olan malların sayı arasında əksiklik olduğu üçün müəyyən məhsuların sayılması ilə bağlı mağazada cavabdehin iştirakı ilə ara sayımı keçirilmiş və 11384,24 manat əskikgəlmə müəyyən edilmiş, bir müddət sonra cavabdehin iştirakı ilə yenidən sayım keçirilmiş və 12655,55 manat əskikgəlmə aşkarlanmışdır. Bundan sonra mağazaya kənar audit dəvət olunmuş və cababdehin mağazaya 24039,79 (iyirmi dörd min otuz doqquz manat yetmiş doqquz qəpik) manat ziyan vurması müəyyən olunmuşdur. Cavabdeh ilə aralarında olan əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh “Araz” Marketlər Şəbəkəsinə administrator vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh “Araz” Marketlər Şəbəkəsinə mağaza müdiri vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “X4 haqqında müqavilə”dən görünür ki, işəgötürən İddiaçı MMC tərəfindən Cavabdeh maddi sərvətlərin qorunub saxlanması etibar edilmiş, Cavabdeh görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, İddiaçı MMC-nin “Xırdalan 3” mağazasının müdiri işləmiş maddi-məsul şəxs Cavabdeh iştirakı ilə 03 noyabr 2023-cü il – 12 oktyabr 2024-cü il tarixləri arasındakı qismən inventarizasiya siyahısına əsasən siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatları ilə uçot məlumatlarının üzləşdirməsi aparılmış və inventarizasiyanın nəticəsinə əsasən 11384,24 (on bir min üç yüz səksən dörd manat iyirmi dörd qəpik) manat əskikgəlmə müəyyən edilmişdir. İş materiallarında olan aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, İddiaçı MMC-nin “Xırdalan 3” mağazasının müdiri işləmiş maddi-məsul şəxs Cavabdeh iştirakı ilə 12 oktyabr 2024-cü il tarixli inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatları ilə uçot məlumatlarının üzləşdirməsi aparılmış və inventarizasiyanın nəticəsinə əsasən 12655,55 (on iki min altı yüz əlli beş manat əlli beş qəpik) manat əskikgəlmə müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iltizamnamədən görünür ki, Cavabdeh inventarizasiya müddətinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmiş, kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmiş, heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş icazə ilə fəaliyyət göstərən sərbəsi auditor X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, İddiaçı MMC-nin mağaza müdiri Cavabdeh öhdəsində xx.xx.2024-cü il tarixə 24039,79 (iyirmi dörd min otuz doqquz manat yetmiş doqquz qəpik) manatlıq ehtimal olunan mal çatışmazlığı aşkar edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş Cavabdeh barəsində olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, yoxlama aralığında marketin satış dövriyyəsi 1379141,2 manat, ümumi kəsr 24039,79 manat, prosedur üzrə tutulma hesablama faizi 0,005% yəni limit 6895,71 manat, limitdən kənar yəni yekun borc məbləği 17144,09 manat olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki,İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli, 049- K saylı əmrinə əsasən Cavabdeh əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh Cəmiyyətdə administrator vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə mağaza müdiri vəzifəsinə keçirilmiş, onunla X4 haqqında müqavilə imzalanmış, Cavabdeh işlədiyi İddiaçı MMC-nin “Xırdalan 3” mağazasında 03 noyabr 2023-cü il – 12 oktyabr 2024-cü il tarixləri arasında invertarizasiya keçirilmiş, inventarizasiyanın nəticəsinə əsasən 11384,24 (on bir min üç yüz səksən dörd manat iyirmi dörd qəpik) manat və 12655,55 (on iki min altı yüz əlli beş manat əlli beş qəpik) manat əskikgəlmə müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı MMC tərəfindən verilmiş Cavabdeh barəsində olan xx.xx.2025-ci il tarixli arayışa əsasən yoxlama aralığında marketin satış dövriyyəsinin 1379141,2 manat, ümumi kəsrin 24039,79 manat, prosedur üzrə tutulma hesablama faizi 0,005% yəni limit 6895,71 manat, limitdən kənar yəni yekun borc məbləği 17144,09 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış maddi ziyanın ödənilməsi hissəsində mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3.). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. -194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. - 200-ci maddəsinə əsasən 1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X4 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən X4 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. 4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. 5. X4 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. - 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. - 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Göstərilənlərə əsasən məhkəmə vurulmuş zərərlə bağlı iddiaçı tərəfin təqdim etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə, göstərilənlərə əsasən iddiaçıya vurulmuş maddi ziyanın Cavabdeh tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17144,09 (on yeddi min yüz qırx dörd manat doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsümunun 141,43 (yüz qırx bir manat qırx üç qəpik) manat hissəsi (81,43 (səksən bir manat qırx üç qəpik) manat dövlət rüsumu + 60 (altmış) manat mediasiya xərci) tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17144,09 (on yeddi min yüz qırx dörd manat doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsümunun 141,43 (yüz qırx bir manat qırx üç qəpik) manat hissəsi (81,43 (səksən bir manat qırx üç qəpik) manat dövlət rüsumu + 60 (altmış) manat mediasiya xərci) tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar