Məhkəmə qərarları › İş №e-2(048)-910/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-910/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-910/2023 25.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X7, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin direktoru Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə 5826.70 manat asas, 127.87 faiz borcu olmaqla, cəmi 5954.57 manat borcun və ödənilmiş 79.54 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx"xxxx"Azərbaycan Beynəlxalq Bank ASC ilə X11 arasında xx.xx.2015-ci il tarixli 474-xx.xx.2015-SM105 kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 illik 22 % olmaqla, 36 ay müddətinə 10753 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə də müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödeməlidir.AZ-İ 808045 saylı ölüm haqqında şəhadətnaməyə əsəsən, X8 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Astara rayon notariat ofisi tərəfindan verilmiş xx.xx.2023-cü il tarixli 447 nömrəli məktubdan görünür ki, X3 mirası qabul etmiş vərəsə Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə xx.xx.2016-cı il tarixli 2V-58 reyestr nömrəli, "Qanun üzrə vərəsəllik hüququ haqqında" şəhadətnamə verilmişdir.Bankın Müştəri Xidməti Departamenti trəfindan təqdim edilmiş xx.xx.2023-ci tarixli maliyyə arayışına əsasən, X9 xx.xx-2023-cü ilədək Banka ödənilməmiş sözügedan kredit üzrə 5826.70 manat əsas, 127.87 faiz borcu olmaqla, cami 5954.57 manat borcu qalmışdır.Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "Azərbaycan Beynabalq Bankı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kanar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixli 6-2-22/2-25115/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X13 məhkəmə iclası zamanı iddianı müdafiə edib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı "xxxx" ASC tərəfindən tələb olunan pulu mərhum atası bankdan götürmüşdür.Mərhum atası Tələt Rufullayevlə anası arasında ciddi narazılıq olduğundan atası onlardan ayrılıb uzun müddət Bakı şəhərində yaşamışdır.Bu narazılıqa görə onun mərhum atası Tələt Rufullayevlə müansibəti soyuq olduğundan mərhum atasının bankdan pul götürməsindən məlumatı olmamışdır.Atası 2016-cı ildə vəfat etmişdir. O, mərhum atasının pensiya kartından pul çıxartmaq üçün mərhum atasının vərəsəsi kimi ona xx.xx.2016-cı il tarixində 2V-58 reyestr nömrəli, "Qanun üzrə vərəsəllik hüququ haqqında" şəhadətnamə verilmişdir.O, banka 23 manat dövlət rüsumu köçürtmüş, mərhum atasının pensiya kartında olan 54 manat pulu isə çıxarmışdır.Sonradan məhkəmədən ona bildiriş gəlmiş atasının banka borcu olduğu və atasının vərəsəsi olduğu üçün bank onu cavabdeh şəxs kimi məhkəməyə verməsi ona məlum olmuşdur. Atası ilə bank arasında müqavilə 2015-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır.Göründüyü kimi bank məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Göstərilənləri nəzərə alaraq iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən bank tərəfindən X4 illik 36 ay müddətinə 10753 (on min yeddi yüz əlli üç) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 09 oktyabr 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmi vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Lerik rayon Dövlət Notariat ofisi tərəfindən 23 noyabr 2016-ci il tarixli 2V-58 reyestr nömrəli, "Qanun üzrə vərəsəllik hüququ haqqında" şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin tərtib etdiyi 30 oktyabr 2023-cü il tarixli maliyyə arayışa əsasən X2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5826.70 manat asas, 127.87 faiz borcu olmaqla, cəmi 5954.57 manat ümumi borcu yaranmışdır. Məhkəmə iş üzrə toplanmış yazılı sübutlara, tərəflərin izahatlarına məcmu şəkildə və müqayisəli qaydada hüquqi qiymət verərək iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasbətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Eyni Məcəllənin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə borclu və kreditorun qarşılıqlı hüquq və vəzifələri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.1. maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Məhkəmə bu halı nəzərə alaraq qeyd edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmiş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməsəydi belə iddiaçının hərəkətlərində açıq-akşar hüquqdan sui istifadə halları vardır. Belə ki, iyul 2000-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 19 sentyabr 2000-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınmış «Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalar»-nın 2.2. bəndinə əsasən Kredit təşkilatları aşağıdakı hallarda kreditlərə «faizləri hesablanmayan» kreditlər statusu verərək, faizlərin hesablanmasını dayandırırlar: əsas məbləği və faizləri «yaxşı təmin edilmiş» və «yığılma prosesində olan» kreditlər (hər iki şərt birgə yerinə yetirilirsə) istisna edilməklə, kreditlərin qaytarılma müddətindən asılı olmayaraq faizlərin, yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə; müqavilə ilə kreditin qaytarılma müddətindən asılı olmayaraq əsas məbləğin, yaxud faizlərin tam ödənilməsinin gözlənilmədiyi hallar təsdiqedici sənədlər, maliyyə hesabatları əsasında sübut olunduqda və ya müştəri təbii fəlakətlə, yanğınla və s. əlaqədar (fors-macor), yaxud hər hansı bir digər səbəbdən müflis elan olunduqda. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 2.3. maddəsinə əsasən Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» və «Kredit İttifaqları haqqında» Azərbaycan Respublikası qanunları, Mərkəzi Bankın bunlara müvafiq olaraq, qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə iddia verilmişdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarına əsasən iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, yəni ki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımı əsasa söykənmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyi görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, «məhkəmə» üçün öz qərarına aid olubolmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 79.54). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X11 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 5 ( beş) il keçdikdən sonra “X5 vərəsəsi X12 qarşı” yəni 15 noyabr 2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Həmin məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarından görünür ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası ilə bağlı tələb irəli sürülərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclası zamanı işin araşdırması halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh mərhum atası X4 10 aprel 2015-ci il tarixdə "xxxx" ASC-dən 36 ay müddətinə 10753 manat nağd kredit verilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi X10 09 oktyabr 2016-cı il tarixdə vəfat etmiş və X10 vəfat etdikdən sonra hazırki Cavabdeh xx.xx.2016-cı il tarixində 2V-58 reyestr nömrəli, "Qanun üzrə vərəsəllik hüququ haqqında" şəhadətnamə almışdır. Cavabdeh “Qanun üzrə vərəsəllik hüququ haqqında" şəhadətnamə almaqda məqsədi atasının pensiya kartında olan 54 manat pulu çıxarmaq olmuşdur.Cavabdeh mərhum atası Tələt Rufullayev onlardan ayrı Bakı şəhərində Beynəlxalq bankdan kredit götürməsi barədə heç bir məlumatı olmamışdır.Ona görə də Cavabdeh 2016-ci il tarixdə aldığı “Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnaməni Beynəlxalq banka göndərməmişdir.Hazırki mübahisə üzrə iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında qanun üzrə vərəsə kimi məsuliyyət xx.xx.2016-cı il tarixdən yaransada, lakin iddiaçı "xxxx" ASC iddia tələbi ilə qanun üzrə vərə kimi cavabdeh X4 qarşı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.Bununlada iddiaçı"xxxx" ASC qanunda nəzərdə tutulan 3 illik iddia müddətin üzürsüz səbəbdən ötürmüşdür. Məhkəmə qeyd olunan qanunvericiliyin tələbinə əsasən hesab edir ki, iddiaçı"xxxx" ASC ilə borclu cavabdeh X10 arasında 10 aprel 2015-ci il tarixdə 36 ay müddətə kredit müqaviləsi bağlanmış və kredit müqaviləsi üzrə borclu X10 09 oktyabr 2016-cı il tarixdə tarixdə vəfat etmiş olsa da, xx.xx.2016-cı il tarixli "Qanun üzrə vərəsəllik hüququ haqqında" şəhadətnamə əsasında oğlu hazırki cavadeh Cavabdeh atası X2 qanun üzrə vərəsəsi kimi şəhadətnamə almışdır. Lakin iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC kredit müqaviləsi üzrə borclu tərəfindən borc öhdəliyinin təmin olunmamasını, həmçinin “Qanun üzrə vərəsəlik haqqında şəhaədtnamə” verilmiş olsa belə vərəsəyə qarşı Azərbaycan Respublikasının MM-də nəzərdə tutulmuş müddətə iddia qaldırmamış, iddia müddəti keçdikdən sonra “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhaədtnamə almış şəxs Cavabdeh qarşı tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 3 (üç) ildən artıq müddət keçdikdən sonra müraciət etdiyindən, Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən bu tələblə bağlı iddia müddətini ötürdüyündən iddia tələbi rədd edilməlidir. Beləliklə məhkəmə istər iddia tələbinin mahyyəti üzrə əsassız olmasına, eləcə də iddia müddətinin keçməsinə görə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən "xxxx" ASC-nin iddia qaldırılması ilə bağlı ödədiyi 79.54 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borc tələbinə dair iddia tələbi rədd edilsin. İddiaçı "xxxx" ASC-nin iddia qaldırılması ilə bağlı ödədiyi 79.54 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 479.540 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 25 dekabr 2023-ci il № 2 (048)-910/2023 "xxxx" ASC-ə (Bakı şəh., Nizami küçəsi 67) Surəti: Cavabdeh (Lerik rayonu Anbu kəndi) Lerik Rayon Məhkəməsinin 25 dekabr 2023-ci il tarixli 2(048)-910/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 07 vərəqədə qətnamə. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar