Məhkəmə qərarları › İş №e-2(048)-922/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-922/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-922/2024 18.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)090919-01 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7509,22 (yeddi min beş yüz doqquz manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 307,45 (üç yüz yeddi manat qırx beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 7816,67 (yeddi min səkkiz yüz on altı manat altımış yeddi qəpik) manat məbləğində kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 98,17 (doxsan səkkiz manat on yeddi qəpik) manat məbləğində vəsaitin müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə cavabdeh Məmmədov Elman Ağamməd oğlu arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 09 sentyabr 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)090919-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh Elman Məmmədova 09 aprel 2014-cü il tarixli, LAN-03315/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 7509,26 (yeddi min beş yüz doqquz manat iyirmi altı qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışına əsasən məlum olur ki, cavabdeh Məmmədov Elman Ağamməd oğlu öldüyü üçün 14 yanvar 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cavabdeh Məmmədov Elman Ağamməd oğluna kredit verilərkən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ilə bank arasında 09 sentyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən cavabdeh Məmmədov Elman Ağamməd oğlu kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 18 mart 2024-cü il tarixli **********978 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bu səbəbdən də xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)090919-01 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7509,22 (yeddi min beş yüz doqquz manat iyirmi iki qəpik) manat məbləğində əsas borc, 307,45 (üç yüz yeddi manat qırx beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 7816,67 (yeddi min səkkiz yüz on altı manat altımış yeddi qəpik) manat məbləğində borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında kredit məbləğini mərhum Məmmədov Elman Ağamməd oğlunun götürdüyünü, onun həmin şəxsə zamin durduğunu və borclu vəfat etdikdən sonra borc məbləğindən heç bir ödəniş edilmədiyini, hazırda özünün də kredit borcu olduğunu və aylıq ödənişlər etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə cavabdeh Məmmədov Elman Ağamməd oğlu arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)090919-01 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Məmmədov Elman Ağamməd oğluna 09 aprel 2014-cü il tarixli, LAN-03315/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 7509,26 (yeddi min beş yüz doqquz manat iyirmi altı qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******FİMSA(B)090919- 01/ZM/1 zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 09 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)090919-01 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******FİMSA(B)090919- 01/ZM/1 zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 09 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)090919-01 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******FİMSA(B)090919- 01/ZM/3 zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 09 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)090919-01 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******FİMSA(B)090919- 01/ZM/4 zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 09 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)090919-01 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı ASC (Ləğv prosesindədir) tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli, **********033 saylı maliyyə arayışından görünür ki, cavabdeh Məmmədov Elman Ağamməd oğlu ilə bank arasında bağlanmış 09 sentyabr 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)090919-01 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehin halhazırda banka 7509,22 (yeddi min beş yüz doqquz manat iyirmi iki qəpik) manat məbləğində əsas borc və 307,45 (üç yüz yeddi manat qırx beş qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7816,67 (yeddi min səkkiz yüz on altı manat altımış yeddi qəpik) manat borcu vadır. İş materiallarında olan İddiaçı ASC (Ləğv prosesindədir) tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlər Banka olan borcunu ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh Məmmədov Elman Ağamməd oğlu öldüyü üçün xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatdan görünür ki, Məmmədov Elman Ağamməd oğlu öldükdən sonra vərəsəlik işi aşkar edilməmişdir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli, MBNP ***- *******FİMSA(B)090919-01 nömrəli kredit müqaviləsinə əsasən Məmmədov Elman Ağamməd oğluna 60 ay müddətinə, illik 1 faiz hesablanmaqla 7509,26 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinə əsasən, zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)090919-01 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışına əsasən məlum olur ki, cavabdeh Məmmədov Elman Ağamməd oğlu öldüyü üçün xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Həmçinin müəyyən edilir ki, Məmmədov Elman Ağamməd oğlu öldükdən sonra vərəsəlik işi aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)090919-01 nömrəli kredit müqaviləsi üzrə Borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyırlar. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, cavabdeh Məmmədov Elman Ağamməd oğlu İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında məsuliyyət-cavabdehlik daşımışdır. Eyni zamanda digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da zaminlik müqavilələrindən irəli gələn öhdəliyi yerinə yetirməmişlər. Cavabdeh Məmmədov Elman Ağamməd oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, vəfatından sonra adına vərəsəlik işi açılmamışdır. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7509,22 (yeddi min beş yüz doqquz manat iyirmi iki qəpik) manat məbləğində əsas borc və 307,45 (üç yüz yeddi manat qırx beş qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7816,67 (yeddi min səkkiz yüz on altı manat altımış yeddi qəpik) manat borcun müştərək qaydada ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)090919-01 nömrəli kredit müqaviləsinə əsasən 7509,22 (yeddi min beş yüz doqquz manat iyirmi iki qəpik) manat məbləğində əsas borc və 307,45 (üç yüz yeddi manat qırx beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 7816,67 (yeddi min səkkiz yüz on altı manat altımış yeddi qəpik) manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 98,17 (doxsan səkkiz manat on yeddi qəpik) manat pul müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutalaraq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7509,22 (yeddi min beş yüz doqquz manat iyirmi iki qəpik) manat məbləğində əsas borc və 307,45 (üç yüz yeddi manat qırx beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 7816,67 (yeddi min səkkiz yüz on altı manat altımış yeddi qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 98,17 (doxsan səkkiz manat on yeddi qəpik) manat pul tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar