Məhkəmə qərarları › İş №e-2(048)-939/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-939/2025

15.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-939/2025 15.01.2026 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Muradov Nurlan Əlyar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2600 (iki min altı yüz) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 46 (qırx altı) manat dövlət rüsumu, ümumilikdə 2646 (iki min altı yüz qırx altı) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsiödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Renault Megane” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixində PME********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2023-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Renault Megane” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Ford Transit” markalı, ** EU *** və “Hyundai İx35” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Xəzər rayon DYPŞtərəfindən tərtib olunan qərara əsasən “Renault Megane” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənlərə 2600 (iki min altı yüz) manat məbləğində maddi zərər dəymişdir. Beləliklə, "xxxx" ASC tərəfindən qeyd edilən yol nəqliyyatı hadisəsində zərərçəkənlərə 2600 (iki min altı yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclası onun iştirakı olmadan keçirilib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, hadisə zamanı idarə etdiyi maşını ilə yüngül sürətlə bir avtomobilə arxadan dəyərək qəza törətmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş hadisə nəticəsində törətdiyi inzibati xəta 100 manat cərimə və 3 balla qiymətləndirilmişdir. Xəstəsi olduğundan o, hadisə yerin tərk edib sığorta şirkətinin gəlməsini gözdəyə bilməmişdir.Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatın dinləyib iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:24-də Binə qəsəbəsi ərazisində “Renault Megane” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə sürücülük hüququndan məhrum edilmişdir. İş materiallarında olan “Kia Motors” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, “Ford Transit” markalı, ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 350 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “Kia Motors” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, Hyundai İx35” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 2250 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan № İAS231814 nömrəli xx.xx.2023-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Meqa Sığorta” ASC tərəfindən X2 350 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan № İAS231813 nömrəli xx.xx.2023-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Meqa Sığorta” ASC tərəfindən X1 2250 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Renault Megane” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh “Ford Transit” markalı, ** EU *** və “Hyundai İx35” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə zərər vurmuş və nəticədə “Ford Transit” markalı, ** EU *** və “Hyundai İx35” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən qeyd edilən yol nəqliyyatı hadisəsində zərərçəkənlərə 2600 (iki min altı yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.Qeyd olunanlara əsasən iddiaçı ödənilmiş 2600 (iki min altı yüz) manat sığorta ödənişini cavabdehdən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən, bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2600 (iki min altı yüz) manat pul vəsaiti və 46 (qırx altı) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat pul vəsaiti və 46 (qırx altı) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar