Məhkəmə qərarları › İş №e-2(049)-1002/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1002/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1002/2023 06.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2051sSUMb/21 nömrəli kredit xətti müqaviləsi üzrə 966.21 manat əsas borc, 225.27 manat faiz borcu, 9.31 manat cərimə - cəmi 1200.79 manat borc və 32.41 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materallarını nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı eyni tələblə bundan əvvəl də Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinin tələblərinə əsasən ərizənin qəbul olunmasından imtina edilərək ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadda ərizənin qaytarılmasının əsası olaraq iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısının iddia ərizəsində göstərilmədiyi, eyni zamanda, iddia ərizəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış 2051sSUMb/21 nömrəli kredit xətti müqaviləsi üzrə cavabdehin adına bank hesabı açılaraq 10.000 manatadək məbləğdə kredit limiti ayrıldığı və cavabdehə ödəniş kartı verildiyi qeyd edilsə də, həmin kartın cavabdehə faktiki olaraq verilməsini təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilmədiyi, bundan əlavə, iddia ərizəsində 2051sSUMb/21 nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehdən 966.21 manat əsas borc, 225.27 manat faiz borcu, 9.31 manat cərimə - cəmi 1200.79 manat borc məbləği tələb edilsə də, həmin məbləğin necə hesablanması barədə sübutların iş materiallarına əlavə edilmədiyi, ərizəyə əlavə edilən maliyyə arayışı və işdə olan digər sənədlərin isə verilmiş tələbi təsdiq etmək üçün yetərli olmadığı qeyd edilmişdir. Yuxarıda qeyd olunan əsaslarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, eyni zamanda, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı məhkəmənin həmin qərardadında qeyd olunanlara əməl etməyərək, göstərilən nöqsanları aradan qaldırmadan həmin məzmunlu ərizə ilə yenidən Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, hazırki iddia ərizəsində də iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısı göstərilməmişdir. Eyni zamanda, iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2051sSUMb/21 nömrəli kredit xətti müqaviləsi üzrə cavabdehin adına bank hesabı açılaraq 10.000 manatadək məbləğdə kredit limiti ayrılmış və cavabdehə ödəniş kartı verilmişdir. Lakin, həmin kartın cavabdehə faktiki olaraq verilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə, iddia ərizəsində 2051sSUMb/21 nömrəli kredit xətti müqaviləsi üzrə cavabdehin iddiaçıya 966.21 manat əsas borc, 225.27 manat faiz borcu, 9.31 manat cərimə cəmi 1200.79 manat borcu qaldığı qeyd edilsə də, həmin məbləğin necə hesablandığı iş materiallarından müəyyən edilmir. Ərizəyə əlavə edilən maliyyə arayışı və işdə olan digər sənədlər isə verilmiş tələbi təsdiq etmək üçün yetərli deyildir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldığından həmin nöqsanların işin icraatı dövründə aradan qaldırılması da mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1, 284-4.1.3 və 284- 4.1.4-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunanlara əsasən hazırki tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsinə uyğun olmadığından, ərizənin qəbul olunmasından imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya təkrarən izah edilir ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməsi qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 263, 264, 266-268, 284-cü maddələrinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Hakim:Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar