Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1004/2023 20.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1000 manat əsas, 292.02 manat faiz, 11.20 manat cərimə. 1 manat komisyon haqqı, cəmi 1304.22 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 33.45 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı 6869sCNTR/21 saylı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia tələblərindən həmin kredit müqaviləsi üzrə Banka olan borc məbləği tam olaraq ödənildiyi üçün imtina edirlər və bununla əlaqədar olaraq mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. (xx.xx.2023-cü il tarixli etibarnamə ilə iddiadan imtina edilməsi barədə ərizəni imzalamaq səlahiyyəti verilmişdir). Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər arasında hər hansı mübahisə mövcud olmadığından və yaranmış mübahisə aradan qalxdığından və bu hal hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından iddiaçının iddiasından imtinası məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin həmin iddia ilə əlaqədar qanunverciliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməzliyi iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiasından imtinası qəbul edilsin və həmin mülki işin icraata xitam verilsin. İddiaçı "xxxx" KB ASC tərəfindən ödənilmiş 33,45 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2(049)-1004/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1004/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver