Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1030/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu iddiaçı X2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti-nin (bundan sonra LPO İddiaçı ASC olacaq) cavabdehlər Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızına və Cavabdeh2 Mebud oğluna qarşı kredit borcunun müştərək qaydada qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızına və Cavabdeh2 Mebud oğluna qarşı kredit borcunun müştərək qaydada qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızının xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcun 4795,16 manat olmaqla-bundan 3305,8 manat əsas, 1313,86 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 175,5 manat faiz borcun, iş üzrə ödənilmiş 68 manat dövlət rüsumunun cavabdehlər Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızından və Cavabdeh2 Mebud oğlundan müştərək qaydada tutularaq, X2 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı LPO İddiaçı ASC LƏSF-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızına və Cavabdeh2 Mebud oğluna bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişlər. İddiaçı LPO İddiaçı ASC LƏSF kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Babək filialı ilə cavabdeh Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 06/1980/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit verilmişdir. Cavabdeh Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızına kredit verilərkən Cavabdeh2 Mebud oğlu ilə bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən X1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızının cəmi borcu 4795,16 manat olmaqla-bundan 3305,8 manat əsas, 1313,86 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 175,5 manat faiz borcu vardır. Beləliklə kredit müqaviləsinin şərtlərini kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və xx.xx.2022-ci il tarixli, **********312 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu səbəbdən iddiaçı LPO İddiaçı ASC cavabdehlər Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızına və Cavabdeh2 Mebud oğluna qarşı kredit borcunun müştərək qaydada qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cəmi borcun 4795,16 manat olmaqla-bundan 3305,8 manat əsas, 1313,86 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 175,5 manat faiz borcun, iş üzrə ödənilmiş 68 manat dövlət rüsumunun cavabdehlər Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızından və Cavabdeh2 Mebud oğlundan müştərək qaydada tutularaq, X2 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdehlər tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş bağlanmış xx.xx.2019-cu il tarixli, 06/1980/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdeh Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızına 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızına 4500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 06/1980/DİK saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Mebud oğlu LPO İddiaçı ASC-nin Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızı ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 06/1980/DİK saylı kredit müqaviləsində zamin şəxsdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********312 saylı bildirişdən görünür ki, kredit veren LPO İddiaçı LƏSF borcalan Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızına və Cavabdeh2 Mebud oğluna borclu olduqları və bu borcun 3 gün ərzində təmin edilməsi ilə əlaqədar bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470 və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Bununla belə, borclu zaminlik müqaviləsinin olması barədə məlumatlandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, cavabdeh Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızı müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun və bu müqavilə üzrə onunla bərabər cavabdehlik daşıyan Cavabdeh2 Mebud oğlunun LPO İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 4795,16 manat olmaqla-bundan 3305,8 manat əsas, 1313,86 manat faiz və AR MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 175,5 manat faiz borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 68 manat məbləğində dövlət rüsumu və 0,4 xidmət haqqı ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 68 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızının xx.xx.2022ci il tarixə kredit üzrə cəmi borcu 4795,16 manat olmaqla-bundan 3305,8 manat əsas, 1313,86 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 175,5 manat faiz borcu, iş üzrə ödənilmiş 68 manat dövlət rüsumu cavabdehlər Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızından və Cavabdeh2 Mebud oğlundan müştərək qaydada tutularaq, iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı LPO İddiaçı ASC LƏSF-nin xeyrinə cavabdeh Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızının xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 4795,16 manat olmaqla-bundan 3305,8 manat əsas, 1313,86 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 175,5 manat faiz borcu, iş üzrə ödənilmiş 68 manat dövlət rüsumu cavabdehlər Mirzəyeva (Həsənova) Rövşanə Rəfiəli qızından və Cavabdeh2 Mebud oğlundan müştərək qaydada tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-1030/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1030/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver