Məhkəmə qərarları › İş №e-2(049)-1066/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1066/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1066/2024 07.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3822.25 manat əsas, 672.55 manat faiz və 211.08 manat cərimə, cəmi 4705.88 manat borcun, 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 67.06 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddianı qəbul etmədiyini, kreditin çox hissəsini ödədiyini bildirib, iddiaçının iddiasına kişik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasına etiraz etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qəraradı ilə işə iddia icraatında baxılması qərara alınmışdır. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 35nkSLY/23 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı xx.xx.2025-ci il tarixinədək, illik 25% ödəmək şərtilə 4112 AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür (ödəniş cədvəli tərtib olunub). Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı digər bir kredit müqaviləsinin bağlanmasıdır. Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borcalanın xx.xx.2021-ci il tarixli 3278nkNFT/21 saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli 5196sNFT/21 saylı kredit müqaviləsi üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən akseptsiz qaydada silinmişdir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nağd qaydada hesabdan məxaric edilməsini istisna edir. Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə kredit vəsaitinin borclunun cari hesabına köçürülməsi, borcun akseptsiz silinməsi əməliyyatları bank hesablarından çıxarışla öz əksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən Borcalan kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsini 1 təqvim günündən çox gecikdirdikdə, həmin gündən başlayaraq Bank Borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40 %-i miqdarında cərimə tətbiq edir. Cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə, məhkəmə hazırlıq iclasında cavabdeh bildirmişdir ki, ekspert rəyinə etiraz edir, “Uniban”ka ödədiyi məbləğ 1500 manatdır. Onun onlardan aldığı rəsmi məbləğ 2500 manatı nağd almış, 2300 manatı da “Albalı” kartı ilə almışdır. Bundan əlavə heç bir pul almamışdır. Yerdə qalan məbləğ şişirdilib. Məbləği bir az aşağı salsalar ödəməyə hazırdır. xx.xx.2024-cü il tarixdə, məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi X2 göstərmişdir ki, iddianı qəbul etmir, ekspert rəyı ilə razı deyildir. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş: "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 35nkSLY/23 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinədək, illik 25% ödəmək şərtilə 4112 AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermişdir. 15 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli 35nkSLY/23 saylı saylı kredit müqaviləsi 3822.25 manat əsas, 672.55 manat faiz və 211.08 manat cərimə, cəmi 4705.88 manat borcu vardır. xx.xx.2023-ci il tarixli 35nkSLY/23 saylı №-li kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 24 ay müddətində hər ay 220 manat olmaqla, sonuncu ödənişi 208.80 manat xx.xx.2023-cü il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2025-ci il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış borcu "xxxx" KB ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 0.40 manat xidmət haqqı və 67.06 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2024-cü il tarixli 9/3825 saylı rəyindən görünür ki, Cavabdeh xx.xx.2023-ci il tarixli 35nkSLY/23 saylı saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə olan borcu 3843,26 manat əsas, 645,88 manat faiz borcu təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil eləyir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 35nkSLY/23 saylı saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı xx.xx.2025-ci il tarixinədək, illik 25% ödəmək şərtilə 4112 AZN məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Göründüyü kimi, öhdəliklər tərəflər arasında bağlanmış müqavilədən əmələ gəlmiş və cavabdeh götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı əsas borc kimi 3822,25 manat tələb etsə də, ekspert rəyinə əsasən həmin məbləğ 3843,26 manat təşkil eləyir. Göründüyü kimi, bank, əsas borc olaraq ekspert rəyində göstərilən məbləğdən aşağı məbləğdə pul tələb etmişdir. Belə olan halda məhkəmə əsas borc kimi, ekspertin göstərdiyi məbləği deyil, iddiaçının tələb etdiyi məbləği əsas kimi götürməlidir. Belə ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3822,25 manat əsas, ekspert rəyində göstərildiyi kimi 645,88 manat faiz borcu, 211,08 manat məbləğində cərimə borcu, cəmi 4679,21 manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia tələbi 99% təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 67.06 manat, cəmi 67.46 manat məbləğin 66.78 manatı Cavabdeh aid edilməli və sonuncudan alınaraq, iddiaçıya verilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 99 manatı cavabdehə, 01 manatı isə iddiaçıya aid edilməlidir. Cavabdehdən 99 manat, iddiaçıdan isə 01 manat alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-ci il tarixli 35nkSLY/23 saylı saylı kredit müqaviləsi üzrə 3822,25 manat əsas, 645,88 manat faiz borcu, 211,08 manat məbləğində cərimə borcu, cəmi 4679,21 məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia və qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş xidmət haqqı və dövlət rüsumu olaraq cəmi 67.46 manatın, 66.78 manatı Cavabdeh aid edilsin. Cavabdeh xidmət haqqı və dövlət rüsumu olaraq 66.78 manat məbləğində pul alınaraq, iddiaçıya verilsin. xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 99 manatı cavabdehə, 01 manatı isə iddiaçıya aid edilsin. Cavabdeh 99 manat, iddiaçı "xxxx" KB ASC-dan isə 01 manat,cəmi 100 manat alınaraq, aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar