Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1067/2025 10.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-in Cavabdeh qarşı qarşı kredit müqaviləsindən irəli gələn pul tələbinə dair mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC-in Cavabdeh qarşı qarşı kredit müqaviləsindən irəli gələn pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə kredit borcu olan X1 hüququ varisi Cavabdeh kredit müqaviləsi üzrə borcu tam şəkildə ödədiyini, bu səbəbdən iddia tələbindən imtina etdiklərini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri vaxtı barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Qeyd olunan hüquq normalarının ümumi məzmunundan müəyyən edilir ki, iddiaçının iddiadan imtina etməsi əsası ilə iş üzrə icraata xitam verilməsi üçün iddiaçı iddiadan imtina etdiyini yazılı ərizədə qeyd etməli və iddiadan imtina etmənin hüquqi nəticələrinin ona aydın olduğu ərizədə aydın surətdə göstərilməli, habelə, bu imtina məhkəmə tərəfindən qəbul olunmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hazırki ərizənin sonunda iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilsə də, iddiadan imtina etmənin hüquqi nəticələri ərizədə ifadə olunmadığından, məzmun etibarilə iddia ərizəsinin qaytarılmasını məhkəmədən xahiş etdiyindən məhkəmə hesab edir ki, həmin ərizə iddia ərizəsinin qaytarılması barədə vəsatət kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı "xxxx" KB ASC-in Cavabdeh qarşı qarşı kredit müqaviləsindən irəli gələn pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər "xxxx" KB ASC-yə qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-1067/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1067/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver