Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1068/2025 21.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 32.101,80 (otuz iki min bir yüz bir manat, 80 qəpik) manat – bundan 12.603,36 (on iki min altı yüz üç manat, 36 qəpik) manat əsas, 12.574,74 (on iki min beş yüz yetmiş dörd manat, 74 qəpik) manat faiz, 5.135,20 (beş min bir yüz otuz beş manat, 20 qəpik) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.788,50 (bir min yeddi yüz səksən səkkiz manat, 50 qəpik) manat faiz borcunun, iş üzrə ödənilmiş 186,31 (bir yüz səksən altı manat, 31 qəpik) manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsinə, yuxarıdakı əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasına və satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 və birgə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 3828 nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə 60 (altmış) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Birgə borcalanlar Cavabdeh1 və Cavabdeh3 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-3828 nömrəli xx.xx.2014cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 3828 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1039-RE nömrəli 24 fevral 2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 15.120,91 (on beş min yüz iyirmi manat, doxsan bir qəik) Manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadlmışdır. ZM-3828 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsi üzrə Cavabdeh2 ilə 1039-RE nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlər bağlanmış və Zamin bu Əlavə Sazişi imzalamaqla 3828 nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 1039-RE nömrəli 24 fevral 2017-ci il tarixli Əlavə Sazişlərlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdirlər. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 arasında 20 noyabr 2014-cü il tarixli 3828 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. 20 noyabr 2014-cü il tarixli 3828 nömrəli İpoteka müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1039-RE nömrəli Əlavə saziş bağlanmışdır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən cavabdehlər müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 12-5/2-K-41-5881/2024 saylı xx.xx.2024-cü il tarixli bidirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixinə Cavabdeh1 və Cavabdeh3kredit üzrə cəmi borcu 32.101,80 (otuz iki min bir yüz bir manat, 80 qəpik) Manat təşkil edir. Bundan 12.603,36 (on iki min altı yüz üç manat, 36 qəpik) Manat əsas, 12.574,74 (on iki min beş yüz yetmiş dörd manat, 74 qəpik) Manat faiz, 5.135,20 (beş min bir yüz otuz beş manat, 20 qəpik) Manat cərimə borcu və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.788,50 (bir min yeddi yüz səksən səkkiz manat, 50 qəpik) Manat faiz borcu təşkil edir. Cavabdeh1 iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında iddiaçı "Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd edilənlərə əsasən iddia tələbini qəbul etmir və hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddia ərizəsinin giriş hissəsinə nəzər yetirdikdə orada iddia tələbinin qısa məzmunu olaraq Dəmirbank ASC Cavabdeh1 oglu və birgə borcalan X1 arasında bagianmış xx.xx.2014-cü il tarodi nömrəli Kredit müqaviləsinə əsasən Bank tərəfindən muştəriyə 60 (altmış) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 20.000 (iyirmi min manat məbləğində kredit verilmişdir. Birgə borcalanlar Cavabdeh1 və Cavabdeh3kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-3828 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 3828 nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə 1039- RE nömrəli 24 fevral 2017-ci il tarixdi Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 15.120.91 (on beş min yüz lyirmi manat, doxsan bir qaik) Manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadımışdır. ZM-3828 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsi üzrə Cavabdeh2 ilə 1039-RE nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlər bağlanmış və Zamin bu Əlavə Sazişi imzalamaqla 3828 nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 1039-RE nömrəli 24 fevral 2017-ci il tarixli Əlavə Sazişlərlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdirlər. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli, M seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 arasında 20 noyabr 2014-cü il tarixli 3828 nöm İpoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ile yüklü edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. 20 noyabr 2014-cü il tarixli 3828 nömrəli İpoteka müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 1039-RE nömrəli Əlavə saziş bağlanmışdır. xx.xx.2024-cü il tarixinə Cavabdeh1 və Cavabdeh3 kredit üzrə cəmi borcu 32.101,80 (otuz iki min bir yüz bir manat, 80 qəpik) Manat təşkil edir. Bundan 12.603,36 (on iki min altı yüz üç manat, 36 qəpik) Manat 12.574,74 (on iki min beş yüz yetmiş dörd manat, 74 qəpik) Manat faiz, 5.135,20 (beş min bir yüz otuz beş manat, 20 qəpikl cərimə borcu və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.788,50 yeddi yüz səksən səkkiz manat, 50 qəpik) Manat faiz borcu təşkil edir. Lakin, "Dəmirbank” Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır. Həmçinin, faizlərin hansı qaydada və qanunvericiliyin tələblərinə uyğun hesablanıb-hesablanmaması da məlum deyildir. Bu səbəbdən hesab edir ki, iddiaçı tərəfindən verilən iddia əssasızdır. Məhkəmə tərəfindən işin halları tam və hərtərəfli qiymətləndirilərək iddia tələbi təmin edilməməlidir. Yuxarıda yazılanları nəzərə alaraq, iddiaçı "X4 Cəmiyyəti (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, qalan hissədə qəbul etmədiyini bildirərək, iddia tələbinin qismən, yəni əsas borc hissəsində təmin edilməsini, qalan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə uyğun olaraq işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: İddiaçı ASC ilə birgə borcalanlar Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 3828 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə 60 (altmış) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir Birgə borcalanlar Cavabdeh1 və Cavabdeh3 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-3828 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 3828 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1039-RE nömrəli 24 fevral 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, birgə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 15.120,91 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. ZM-3828 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 ilə 1039- RE nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlər bağlanmış və zamin həmin Əlavə Sazişi imzalamaqla 3828 nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 1039-RE nömrəli 24 fevral 2017-ci il tarixli Əlavə Sazişlərlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdirdir. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh1 arasında 20 noyabr 2014-cü il tarixli 3828 nömrəli ipoteka müqaviləsindən görünür ki, kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2010-cu il tarixli, MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 20 noyabr 2014-cü il tarixli, 3828 №-li əsas kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən başlayaraq 60 ay müddətinə İddiaçı ASC-nin Lənkəran filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 ilə bağlanmış 20 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə onun bank qarşısında 12.603,36 manat əsas, 12.574,74 manat faiz, 5.135,20 manat cərimə və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.788,50 manat faiz borcu olmaqla cəmi 32.101,80 manat məbləğində kredit borcu hesablanmışdır. “Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” haqqında bildirişin qeydiyyata alınmasına dair ərizədən görünür ki, ipoteka saxlayan tərəfindən borcalana bildiriş göndərilmiş və bu bildiriş xx.xx.2025-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün iddiaçı tərəfindən 51 manat vəsait ödənilmişdir. xx.xx.2025-ci il tarixli, **********35 №-li ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia verilməsi üçün 186.31 manat dövlət rüsumu ödənilmişdir. Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, ipoteka saxlayan LPO İddiaçı ASC tərəfindən cavabdehlərə borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə bank tərəfindən məhkəməyə müraciət ediləcəyi diqqətə çatdırılmışdır. xx.xx.2014-cü il tarixli 3828 №-li ipoteka müqaviləsinin 3.2-ci bəndindən görünür ki, ipoteka predmeti qarşılıqlı razılığa əsasən 60000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş vəsatət təmin edilərək, kompleks məhkəmə-mühəndis və əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/2350 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixədək (müqavilə müddəti bitən tarixə) banka olan borcu əsas borc üzrə 12.751,09 manat, faiz borcu üzrə 11.844,86 manat müəyyən olunur. Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixədək (iddia ərizəsində qeyd olunan tarixə) banka olan borcu əsas borc üzrə 12.751,09 manat, faiz borcu üzrə 11.844,86 manat, gecikdirilmiş faiz borcu üzrə 1785,15 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir. “Uniprice” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 54800 manat təşkil edir. Xidmət haqqı 300 manat təşkil edir. Məhkəmə, iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, öhdəliklər tərəflər arasında bağlanmış kredit, ipoteka və zaminlik müqavilələrindən əmələ gəlmiş, cavabdehlər iddiaçı qarşısında götürdükləri öhdəlikləri icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlər (birgə borclular) Cavabdeh1 və Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onlar kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduqları halda müəyyən miqdar ödəniş etsələr də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişlər. Məhkəmə digər cavabdeh (zamin) Cavabdeh2 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əlavə sazişə əsasən öhdəliyin icrası vaxtı 24 fevral 2022-ci il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı 24 fevral 2023-cü il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Belə ki, qeyd olunan normanın tələbinə görə zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə məhkəmə hesab edir ki, ZM-3828 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi (1039-RE nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Saziş) zaminlik müqaviləsi xitam olduğu üçün Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə kredit müqaviləsi üzrə 5135.20 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehlərdən 630 manat həcmində tutulmasını daha ədalətli hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, yaşayış evlərinin və mənzillərin ipotekası haqqında müddəaların tətbiqini tənzimləyən qeyd olunan normaların tələbinə görə həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılmasına yalnız ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda yol verilir. Əgər ev və ya mənzil satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri tutduqları yaşayış sahəsini tərk etməzlərsə, bu halda həmin şəxslər məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 12.603,36 manat əsas, 11.844,86 manat faiz, 630 manat cərimə və gecikdirilmiş faiz borcu üzrə 1785,15 manat faiz borcu, iddia tələbinin ödənilmiş hissəsində mütənasib olaraq 170,75 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat tutularaq İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli, əmlakın likvid dəyəri 54800 manat məbləğində müəyyən edilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəlməli və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh3 tutulmalı, iddia Cavabdeh2 münasibətdə və qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumunun 15,56 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinin tələbinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat və qiymətləndirmə rəyinin verilməsi üçün xidmət haqqını təşkil edən 300 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və hesabına “Uniprice” Məhdud Məsuliyyəti Cəmiyyətinin hesabına köçürülməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 12.603,36 manat əsas, 11.844,86 manat faiz, 630 manat cərimə və gecikdirilmiş faiz borcu üzrə 1785,15 manat faiz borcu, iddia tələbinin ödənilmiş hissəsində mütənasib olaraq 170,75 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İpoteka predmeti olan daşınmaz əmlak - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin likvid dəyəri 54800 manat məbləğində müəyyən edilsin. Həmin daşınmaz əmlak açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulsun. İddia Cavabdeh2 münasibətdə və qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 15,56 manat hissəsi iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat və qiymətləndirmə rəyinin verilməsi üçün xidmət haqqını təşkil edən 300 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi və hesabına “Uniprice” Məhdud Məsuliyyəti Cəmiyyətinin hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-1068/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1068/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver