Məhkəmə qərarları › İş №e-2(049)-1100/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1100/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1100/2024 24.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair iddia ərizəsi üzrə mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİR HİSSƏ İddiaçı "xxxx" ASC ərizə ilə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 15842.64 manat əsas, 1977.58 manat faiz, cəmi 17820.22 manat məbləğində kredit borcu, 143.46 manat dövlət rüsumu və 2.0 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-nin “Cəlilabad” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********15 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən ona 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə hesablanmaqla 16600 manat məbləğində kredit verilmişdir. Borclu tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün kreditor səy göstərsə də, borclu öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Hazırda xx.xx.2023-cü il tarixli, BPM**********15 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə Cavabdeh əsas borc üzrə 15842.64 AZN, faiz borcu üzrə 1977.58 AZN olmaqla, cəmi 17820.22 AZN borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun cavabdehdən məhkəmə qaydasında tam tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan BPM**********15 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC tərəfindən illik 16% dərəcəsi tətbiq edilməklə 48 ay ərzində qaytarmaq şərti ilə 16600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, Cavabdeh BPM**********15 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 16434 manat məbləğində nağd pul götürmüşdür. İş materiallarında olan BPM**********15 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh 48 ay müddətinə götürdüyü krediti xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hər ay 470.45 manat, sonuncu ay 470.25 manat olmaqla "xxxx" ASC-nə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka əsas borc üzrə 15842.64 manat, faiz borcu üzrə 1977.58 manat borcu qalmışdır. İş materiallarında olan ödəniş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən 143.46 manat dövlət rüsumu və 2.0 manat bank xidməti olmaqla, ümumilikdə 145.46 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Cəlilabad filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********15 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 48 ay müddətinə illik 16 faiz dərəcəsi ilə hesablanmaqla 16600 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin, kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şfahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Hal-hazırda cavabdehin "xxxx" ASC-yə əsas borc üzrə 15842.64 manat, faiz borcu üzrə 1977.58 manat borc olmaqla, cəmi 17820.22 manat məbləğində borcu mövcuddur. İşin göstərilən halları işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatı və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia təmin edilməli və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 15842.64 manat əsas, 1977.58 manat faiz olmaqla cəmi 17820.22 manat məbləğində kredit borcu, 143.46 manat dövlət rüsumu və 2.0 manat bank xidmət haqqı tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh BPM**********15 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 15842.64 manat əsas və 1977.58 manat faiz olmaqla cəmi 17820.22 manat məbləğində kredit borcu, 143.46 manat dövlət rüsumu və 2.0 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar